Növbəti Vətənpərvər Layihə - Elza Seyidcahan
����: 23-09-2021, 01:01

Sözləri 20-ci əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Dədə Şəmşirə məxsusdur. Layihə işğaldan azad olumuş Kəlbəcər rayonuna həsr olunub .


YARAŞIR
Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.
İlanlı səhralar verir ağ üzüm,
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.
Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.
Zefertv.az Məhəmməd Osmanlı .