XTQ-nın Igidi
����: 20-12-2021, 23:55

Bir qazimizlə şəhid məclislərinin birində qarşılaşdım.Qazimiz C..V.. ilə həmsöhbət olduq.Onun danışdığı bir mövzu diqqətimi çəkdi.
"İnsan var ölməyim yaşayım deyir,bizim şəhidlərimiz isə şəhadətə ucalım amma ürəklərdə yaşayım deyir".Bu gün (20.12.2021-ci il)o ürəklərdə yaşayan XTQ-şəhidimiz Elçin Fərhad oğlu Bağırovun şəhadətə yüksəldiyi gündən bu yana 1 il ötür.Bu gün şəhidimizin ailəsi tərəfindən onun ehsan süfrəsi verildi.Şəhidimiz ailəlidir.Onun xalqımıza 4 yadigar övladı qaldı.Qeyd edək ki,2 oğul övladı vətən keşiyi çəkəcək gələcəyin Azərbaycan əsgəridir.2 qız övladı isə gələcəyin hansısa bir müəsisəsində xalqımıza hər hansı bir peşədə laiqincə xidmət gösdərəcəyinə inanırıq.
Allah cəmi şəhidlərimizin ,məqamını uca yerini cənnət etsin.Ailə və yaxınlarına səbr və dözüm diləyirik.
QARABAĞ BİZİMDİR.QARABAĞ AZƏRBAYCANDIR.

