Xocalı Soyqırımı
����: 26-02-2022, 00:58
Xocalı faciəsi -1992-ci il fevralın 25-dən 26-na keçən gecə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.
Zefertv.az Məhəmməd Osmanov

QƏHRƏMANLAR ÖLMÜRLƏR
����: 26-02-2022, 00:45
Xocalı Soyqırımı-1992-ci il,fevralın 25-dən 26-na keçən gecə,Ermənistan Silahlı qüvvələri,tərəfindən Rusiyanın,366-cı motoatıcı alayının,iştirakı ilə,Xocalı şəhərini işğal edərkən,etnik azərbaycanlılara qarşı baş vermiş,soyqırımdır.
Bu gün o Xocalı soyqırımında torpağımız üçün,millətimiz üçün öz canından qanından keçərək şəhid olan,3 qəhrəman qardaşın Xəqani,Hasil Vidadi Aslanovların anım günü idi.Bu gün Milli qəhrəmanlarımızı yad etmək üçün,Binəqədi
rayon mədəniyyət evində şəhidlərimizin anım günü keçirildi.
Tədbirdə,İcra bələdiyyə,media nümayəndələri şəhid ailələri qazilər iştirak edirdi.Tədbirdə iştirak edənlər 26 fevral Xocalı faciəsində şəhid olan bacı qardaşlarımızı və 3 milli qəhrəmanlarımızı dərin hüznlə andılar.Bizim üçün şəhidin ili və yeri yoxdur.Hər biri baş tacımızdır.Bizdə zəfərtv.az olaraq qəhrəmanlarımızın xatirəsini daima yaşadan 2 övladına Sadiq və Cəsarət Aslanov qardaşlarına səbr diləyirik..Allah rəhmət etsin
zefertv.az
XOCALI QAN YADDAŞIMIZ
����: 26-02-2022, 00:42
23.02.2022 il tarixində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi ictimai birliyi "Xocalı" qan yaddaşımız adlı tədbir keçirtdi.
Tədbirdə şəhid anaları,ictimayət nümayəndələri,QHT sədrləri,jurnalistlər iştirak ediblər.Tədbirdə qan yaddışı çözələnib,Xocalıda baş verən hadisələr,8 ailənin tamamilə ermənilər tərəfindən məhv edilməsi,bu kimi ürək yandırıcı hadisələr xatırlandı.Xocalı yangılı şerlər səslənib.Şəhidlərimizin ruhuna dualar oxundu,qazilərimizə tezliklə şifalarına qovuşmaqları üçün dualar edildi.
Tədbirdə Qəbələ rayon şəhid anaları,Ceyhun Hacıbəyli,Mübariz Süleymanov,UĞURYOLU TV.az saytının təsisçisi Raziyə Kamilqızı,yazarlar Rəsmiyə xanım,vətənpər məktəbli Səma,Şəhid Ailələri və Qazilərə Dəstək İctimai birliyinin sədri Ceyhun Ağayev,daima şəhid ailələrinin yanında olan vətənpərvər Süsən xanım və başqaları iştirak etdilər.Tədbirdə Qarabağı təmsil edən gənc xanəndə Əsmər Məmmədova öz canlı ifası ilə hər kəsi heyran etdi.Tədbirin sonunda ictimai işdə daima fəal olanlar fəxri diplomlarla təltif edildilər.
Zəfər TV.az saytı olaraq təltif olunan hər kəsə uğurlar diləyirik.
Zəfər TV.az