"Usuboğlu group" şirkətindən növbəti nümunəvi atdım.
����: 26-04-2022, 15:40
Təcrübəli Vəkil "Usuboğlu Group"şirkətin rəhbəri Samiral Usuboğlu həmkarları ilə birlikdə İstanbulda "Kültürlü Gençlik derneği"nin təşkil etdiyi İftar yardımı proqramında iştirak edib,onlar ənənəsinə sadiq qalaraq bu dəfədə ehtiyacı olan ailələrə qapı qapı gəzib isti yeməklər payladılar, pozitivliyi ilə kimsəsiz ailə və uşaqları sevindirdilər .
Məqsəd Ramazan ayı və xeyirxahlıq ənənələri ilə yanaşı, həm də könüllülük fəaliyyətini cəmiyyətdə təbliğ etmək və insanlarda xoş təəssürat yaratmaqdır. Azərbaycan mediası.
Məqsəd Ramazan ayı və xeyirxahlıq ənənələri ilə yanaşı, həm də könüllülük fəaliyyətini cəmiyyətdə təbliğ etmək və insanlarda xoş təəssürat yaratmaqdır.
Bu barədə İstanbulda səfərdə olan
Şəhid ailələrinə dəstək və nümunəvi media qurumun fəaliyyəti məqsədilə yaradılan Zəfərtv.az-ın Şöbə müdiri Məhəmməd Osmanov məlumat verib.
Xüsusən müqəddəs Ramazan ayında bu cür atdımlar atan qurum və şəxsləri böyük qürur hissi ilə alqışlayır, onlara dərin təşəkkürümüzü bildiririk .
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı olub
����: 26-04-2022, 14:46
İmişli rayonunda Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin təşəbbüsü ilə “Vətən adını zirvələr ucaldanlar” adlı kitabın təqdimatı keçirilib.Kitab əslən İmişli rayonundan olan, II Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş 48 şəhidin həyat hekayəsindən və döyüş yolundan bəhs edir. Təqdimat mərasimində İmişli RİHB Aparatı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev, layihə rəhbəri və kitabın müəllifi Qasım Həsənov, şəhid ailələrinin nümayəndələri və gənclər iştirak ediblər.
Zəfər tv az aran bürosu
Tədbiri giriş sözü ilə açan İ.Quliyev “Vətən adını zirvələrə ucaldanlar” kitabının hazırlanıb ərsəyə gəlməsində xüsusi əməyi olan şəxslərə və təşkilatlara minnətdarlığını bildirib. O, qeyd edib ki, bu kitabın rayon gəncləri üçün maarifləndirici əhəmiyyəti çox böyükdür. Şöbə müdiri əlavə olaraq bildirib ki, təşkilatın bu kimi layihələrə üstünlük verməsi təqdirəlayiq hadisədir. Layihə rəhbəri və kitabın müəllifi Qasım Həsənov kitabın ərsəyə gəlməsində xüsusi rolu olan və maliyyə yardımı göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilində xidməti olan hər kəsə, o cümlədən İmişli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Q.Həsənov tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə kitabın hazırlanması prosesində qəhrəman şəhidlərimizin həyat yolu və döyüş salnamələri haqqında məlumatın toplanması işində yardım etdikləri üçün bir daha təşşəkkür edib. O, qeyd edib ki, bu kitabın hazırlanmasında əsas məqsəd qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə paralel, gənclərə hərbi vətənpərvərlik ruhu aşılamaq olub. Çıxış edən İmişli şəhər 5 nömrəli texniki təmayüllü məktəb liseyin direktoru Validə xanım Zülfüqarova bildirib ki, 48 şəhidin üçü məhz onun rəhbərlik etdiyi məktəb liseydə təhsil alıblar. Direktor həmin şəhidlərin uşaqlıq və gənclik dövrləri ilə bağlı maraqlı məlumatlar danışıb. Tədbirdə həmçinin şəhid ailələrinin üzvləri də çıxış ediblər.
Sonda tədbir iştirakçılarına “Vətən adını zirvələrə ucaldanlar” kitabı hədiyyə edilib və xatirə şəkilləri çəkilib.