Yuxarı Qarabağ kanalı daşıb
����: 17-04-2023, 19:48
Hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.


Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalın daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.
Zefertv.az Məhəmməd Osmanov
Ərəb mediası Misir-Azərbaycan Dostluq Cəmiyyəti və ərəb ölkələrində Azərbaycan icmasının bəyanatını yayıb
����: 17-04-2023, 19:39

Misir-Azərbaycan Dostluq Cəmiyyətindən zefertv.az-a bildiriblər ki, “Əl Hərir”, “Qarbnews”, “Nayrouz”, “Journalalasvat”, “Sama-Atlantis”, “”Rayetmısr” və s. qəzet və portallarda dərc olunmuş bəyanatda Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib və onlara qarşı qeyri-insani rəftar ərəb oxucuların diqqətinə çatdırılıb.

Bəyanatda vurğulanıb ki, ərəb ölkələrində yaşayan soydaşlarımız Ermənistanın davranışını qətiyyətlə pisləyir, bu təcavüzkar ölkənin mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyasını, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyini bəyan edirlər.
Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.
