TÜRKBİRKON sədri: "Kılıçdaroğlunun seçilməməyinin səbəblərindən biri də Azərbaycan əleyhinə verdiyi mesajlardır"
����: 30-06-2023, 13:17
“Kamal Kılıçdaroğlu və “Millət İttifaqı”nın seçkilərdə qalib gələ bilməməsinin ən böyük səbəblərindən biri də Azərbaycan əleyhinə verilən mesajlardır”.
Bu sözləri KONKRET.az-a müsahibəsində Türk Dünyası və Beynəlxalq İş Dünyasında İnvestisiya Birliyi Konfederasiyasının (TÜRKBİRKON) sədri, politoloq Hakan Aktürk deyib.
Müsahibəni təqdim edirik:
– Hakan bəy, Ermənistan hər fürsətdə beynəlxalq gücləri Azərbaycanla şərti sərhədə gətirməyə çalışır. Həmçinin, son zamanlarda ermənilər tərəfindən tez-tez təxribatlar da törədilir. Sizcə, Türkiyə bu istiqamətdə hansı addımları atmalıdır?
– Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar hər gün şiddətini artırır. Ancaq Türkiyə dövlətinin ermənilərin törətdiyi bu təxribatlara cavabı çox açıq və qətidir. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində Azərbaycana qarşı edilən hər cür hücumun Türkiyəyə qarşı edilən hücum kimi sayılacağı göstərilib. Şuşa Bəyannaməsinin ən önəmli maddələrindən biri də müdafiə sənayesində Türkiyə və Azərbaycan arasındakı işbirliyidir. Buna görə də əgər qarşıdakı günlərdə Ermənistanın təxribatlarının şiddəti artarsa, Şuşa Bəyannaməsində göstərildiyi kimi Azərbaycana edilən hücum Türkiyəyə edilmiş kimi sayılacaqdır.
– “Millət İttifaqı”nın və Kamal Kılıçdaroğlunun seçkilərdə uğur qazana bilməməsində Azərbaycan əleyhində verilən mesajların təsiri olduğunu düşünürsünüz?
– Bəli, “Millət İttifaqı” və Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gələ bilməməsinin ən böyük səbəblərindən biri də Azərbaycan əleyhinə verilən mesajlardır. Türkiyə və Azərbaycanın qardaşlığı hər iki ölkənin prezidentləri və xalqları tərəfindən bütün dünyaya bəyan edilib. Ona görə də Azərbaycan Respublikasını yox saymaq, Türkiyə Respublikasını və türklüyü yox saymaqdır. Amma Kamal Kılıçdaroğluna ən böyük və ən gözəl cavabı türk milləti verdi. Azərbaycan və Türkiyə qardaşlığı isə əbədi şəkildə davam edəcəkdir.
– Seçkilərdən sonra “Millət İttifaqı”nda çox ciddi parçalanmalar yaşanmasının əsas səbəbi nədir?
– “Millət İttifaqı” seçkilərdən həmən sonra dağılmağa başladı. Çünki “altılı masa” partiyaların toplanmasından formalaşan, heç bir layihəsi olmayan, Türkiyəyə xidmət etməyən və vətən sevgisini millətinə aşılaya bilməyən bir ittifaq idi. Bunu görən türk milləti həmin 6 partiyanın da sədrinə lazım olan cavabı seçkilərdə verdi. Bir-birləri ilə belə anlaşa bilməyən ittifaq artıq millətin gözündə sıfıra enmişdi. Üstəlik, onların qarşılarında zəki, uzaqgörən siyasəti və Prezidentin etdiklərini görən bir türk milləti var idi. Onsuz da heç nə PKK terror qruplaşmasını dəstəkləyən “Millət İttifaqı”nı dağılmaqdan qurtara bilməzdi.
– Xüsusilə Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlunun, İYİ Partiyada isə Meral Akşenerin istefası tələb olunur. Lakin onların heç biri bu tələbə müsbət cavab vermir. Bəs bu vəziyyətdə CHP və İYİ Partiyanı nələr gözləyir?
– Bəli, öz partiya üzvləri tərəfindən CHP sədri Kamal Kılıçdaroğlunun və İYİ Partiya sədri Meral Akşenerin istefası tələb olunur. Amma Kılıçdaroğlu və Akşener qoltuq sevdalarına görə istefa etməmək üçün dirənirlər. Buna baxmayaraq, onlar, istefa etsə də, etməsə də CHP və İYİ Partiya öz daxillərindəki xaosdan sonra bitməyə məhkum olacaqlar. Çünki türk milləti son seçkilərdə “altılı masa”nın oynadığı oyunları gördü və bundan sonra Kamal Kılıçdaroğlu və Meral Akşenerə siyasət arenasında etibar etməyəcəyini açıq şəkildə göstərdi.
– Bəs müxalifətdəki xaos davam edəcəyi təqdirdə, növbəti seçkilərdə nə baş verəcəyini proqnozlaşdırırsınız?
– Növbəti seçkilərin də yenə türk xalqı üçün vətən, millət və bayraq sevdası üzərinə qurulan bir seçki olacağını düşünürəm. Çünki Türkiyə dövləti bütövdür, parçalana bilməz və parçalanması təklif belə edilə bilməz. Fikrimcə, xarici güclərdən təmizlənmiş, inkişaf edən, böyüyən və gücünü göstərən bir Türkiyə dövlətini bundan sonra da təmsil edəcək Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif edəyi şəxs olacaq. Türk milləti də yenə vətən deyəcək və vətənini sevən şəxsi seçəcək. Əlbəttə ki, Ərdoğan növbəti seçkidə yenidən namizəd olsa, türk xalqı yenidən onu seçəcək. Amma Ərdoğan özü siyasətdən yorulduğunu və namizəd olmayacağını desə də, yenə türk milləti dirayətli şəkildə vətən torpaqlarının bütünlüyünü qoruyacaq və torpaqların müqəddəsliyini biləcək bir övladına səs verəcək.
Elmir Kamal.
KONKRET.az - a istinaden
Zefertv.az
SİLAHLI QÜVVƏLƏR GÜNÜ
����: 30-06-2023, 12:36
26 iyun Silahlı Qüvəllər günüdür.Bu gün münasibəti ilə Uğuryolu TV.az saytı bayram tədbiri təşkil etdi.
Tədbiri Azərbaycan Respublikası Jurnalistlər birliyinin üzvü şairə-publisist Raziyə Kamilqızı gələn qonaqları salamladı.Tədbirdə şəhid ailələri,qazilər və ictimaət nümayəndələri iştirak etdi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasınin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğul,qızların xatirəsi ehtiramla anıldı.
Tədbirdə çıxış edən hər kəs qəhraman oğullardan qürurla danışdılar.Ali Baş Komandan İlham Əliyev cənablarına,Mehriban xanım Əliyevaya göstərdiyi diqqət qayğıya görə təşəkkür etdilər.Rəsadətli müzəffər ordumuza güc-qüvvət arzu etdilər.
Sonra isə bədii hissədə Salyan rayon məktəblisi Zinyət Bağırova,Qaradağ rayon məktəblisi Səma Əliyeva vətənpərvər mövzuda şerlər səsləndirildi.Arif Səlimov,Vüsal Xəyal,Səbuhi Biləcəri,Pərviz Salyanlının ifasında vətənpərvər ruhda mahnılar səsləndirildi.
Sonda vətənpərvər məktəblilər təltif olundular.
"ZUZU"restaranın rəhbəri Könül xanım Qasımovaya təşəkkur elan olundu.
Tədbirdə müxtəlif mətbuat nümayəndələr iştirak etdi.
Bayramınız mübarək olsun.
Uğuryolu TV az
ŞƏHİD ARİF ALLAHVERDİYEV EHTİRAMLA ANILDI
����: 30-06-2023, 11:04
Şəhidlik ali zirvə, uca məqamdır.
Bu gün Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüslərdə qəhramanlıqla şəhid olan Afif Bəxtiyar oğlu Allahverdiyevi ehtiramla anırıq.Bu gün Azərbaycan Respublikası Vətən Müharibəsi Vetranların İctimai Birliyinin Səbail rayon şobəsində AJB-nin üzvü,şairə publisist Raziyə Rzayevanın təşkilatçılıgı ilə Vətən müharibəsində 28.06.1992-ci ildə Füzuli rayonu Qırmızıbazar Tuğ istiqamətində şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin anım tədbiri keçrildi.
Zefertv.az
Bu gün Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüslərdə qəhramanlıqla şəhid olan Afif Bəxtiyar oğlu Allahverdiyevi ehtiramla anırıq.Bu gün Azərbaycan Respublikası Vətən Müharibəsi Vetranların İctimai Birliyinin Səbail rayon şobəsində AJB-nin üzvü,şairə publisist Raziyə Rzayevanın təşkilatçılıgı ilə Vətən müharibəsində 28.06.1992-ci ildə Füzuli rayonu Qırmızıbazar Tuğ istiqamətində şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin anım tədbiri keçrildi.
Tədbirdə şəhid ailələri,qaziləri, Kürdəmir rayonundan,Mingəçevir rayonundan şəhid anaları, ictimai birlik rəhbərləri,mətbuat nümayəndələri,ziyalılar,Arif Allahverdiyevin döyüş yoldaşları iştirak etdilər
Tədbir Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğul,qizların xatirəsini ehtiramla yad etməklə başladı.Daha sonra Sevinc xanım çıxis edərək şəhid qardaşı haqqında xatirələrini bölüşdü.Tədbirdə Arif Allahverdiyevin döyüş yoldaşlari onun necə qorxmaz,igid biri olmağından qürurla danışdılar.Daha sonra isə Yasəmən xanım,Mehriban xanım digər qonaqlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.Uğuryolu.az xəbər portalının təsisçi-drektoru çixışıni bitirdikdən sonra Fəxri-diplom təqdim etdi.Şəhid Arif Allahverdiyevin məzarı ziyarət olundu.
Azərbaycan Respublikası Müharibə Veteranlarının Səbail rayon Şurasının sədri Fəqan Nəsibzadə ,sədr müavini Ənvər Qarayev və işçi heyətinə,Rasim müəllimə təşəkkur edirik. Sonda isə xatirə şəkili çəkdirildi.
Zefertv.az