VƏTƏN ÜÇÜN ÖLƏN VARSA VƏTƏNDİR !
����: 20-07-2023, 15:46
Vətən bizim namusumuz ,şərəfimiz, azadlığımız,mənliyimizdir .
Tarixi yurdumuz Azərbaycan bizim ana vətənimizdir . Vətən əbədi və əzəlidir. Şəhidlərimizin ,əcdadlarımızın ruhları ruhları üzərində dolaşan vətəni qorumaq , onu sevmək hər bir vətəndaşın borcudur. Vətənpərvərlik ən müqəddəs hissdir . İnsanın qiyməti millətinə , vətəninə ,xalqına xidməti ilə ölçülür . Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb ,bağça ,məktəb ,ali təhsil müəssisələrində davam edib cəmiyyətdə formalaşmalıdır .
Uzun illərdir Azərbaycanın tarixi torpaqlarının üzərində mənfur erməni quldurlarının gözü olduğu hərkəsə məlumdur . Bu illər ərzində ürəyində vətən sevgisi olan hərkəs müxtəlif sahələrdə yeni ön , arxa cəbhə demədən xidmət edib . Azərbaycanın ərazi bütövlüyü uğrunda minlərlə mərd Azərbaycan oğulları qəhrəmancasına şəhid oldular . Eyni zamanda minlərlə Azərbaycan oğulları qazi oldu . Ali baş komandan İlham Heydər oğlu Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycan ordusu uzun müddət işğalda olan tarixi , əbədi torpaqlarımızı işğaldan azad etdilər. Beləliklə "8noyabr " Azərbaycan xalqının yaddaşına "Zəfər Günü " olaraq həkk olundu . Zəfər günü nəyinki Azərbaycanda , dünyanın 70dən çox ölkəsində yaşayan Azərbaycanlılar arasında qeyd edildi . Xarici ölkələrdə diaspor gəncləri tərəfindən müxtəlif konsert tədbirləri keçirildi . Zəfər günü habelə ayaq basdigimiz torpaqlar üçün , rahat firavan həyat yaşadığımız üçün Şəhidlərimizə borcluyuq .
Ömrünü xalqına həsr etmiş , Azərbaycançılıq ideologiyasının formalaştırmış dahi şəxsiyyət - Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir . Onun vətən sevgisi biz gənclərə ən böyük nümunədir . Hər bir Azərbaycan vətəndaşının doğma diyarımız ,tariximiz ,azadlığımız ,ənənəmiz ,ana yurdumuz olan vətənimizə xidmət etmək borcudur . Vətəni ,milləti sevmək böyük bir əxlaqi keyfiyyətdir . Rəvayətlərin birində "Vətəni sevmək Allaha imandır " buyurulmuş , vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allah sevgisi olan hər bir kəsin xalqına , vətəninə , milətinədə sevgisi olacaq .
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyil ki, Vətən məhəbbəti , yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır . Vətənə sadiq olmaq , vətənini sevmək , torpağa bağlı olmaq budur vətənpərvərlik! Vətənpərvər olan şəxs vətənini sevən , ona sadiq , torpağına millətinə bağlı olan , bütün mənəviu sərvətlərə malik hərtərəfli şəxsdir . "Öncə vətən , ikinci xalq , sonra mən " kəlamı hamımızın həyat anlamıdır . Axı vətən təkcə yurd deyil . Vətən mənəm , vətən sənsən ən əsas vətən bizik . Vətənin dunəninə , bugününə , sabahına hamımız cavabdeh olmalıyıq .
Günü gündən müasirləşən Azərbaycanda gənc nəsillər üçün də lazımı şərait yaradılıb ki, buda bizlərin vətənə olan sevgisini , vətənpərvərlik ruhunu dahada artırır . Ali təhsil müəssisələrində təhsil alan gənclərin qarşılarına məqsəd qoyaraq Azərbaycana savadlı kadr olaraq xidmət etmək üçün var gücləri ilə çalışırlar. Bu sevindirici haldır ki, Azərbaycan gələcək illərdə dahada müasirləsib inkişaf edəcək .
"Mən fəxr edirəm ki, Azərbaycanlıyam"- bu sözlər ulu öndərimizə məxsusdur . Bəli , bizdə fəxr edirik ki, Azərbaycanlıyıq . Azərbaycanlı olan hər kəs , bu vətənin hər bir övladı , Azərbaycanın gələcəyi üçün əlindən gələni etməlidir .
Kənan Eldar oğlu Qurbanov.
Zefertv.az