Murad Ömər ( Gənc şair )
����: 31-07-2023, 00:21
Birinci Addım
Zefertv.az
İlk öncə bildirməliyəm ki həyatda asan əldə olunun hecnə olmur. Murad Ömərin İlk kitabını nəşr etməsinə gedən yolda asan olmamışdır.
Gənc şair illərdir şeirlerini sadəcə qısa bir çərçivədə oxucularına çatdıra bilirdi. Lakin yeni nəşr olunmuş “Mənə bir cümlə de” kitabı ilə gənc şairimizin arzulları gerçək oldu. Artıq oxuyucuları onun şeirlərini rahatlıqla oxuya biləcəklər. Murad Ömərin ilk kitabının təqdimat mərasimi 16.07.2023 cu ildə Qəbələ Şəhərində təşkil olunmuşdur. Tədbirdə “Qəbələ yazarlarına dəstək ictimai birliyi”- nin üzvləri eləcədə Ağsu rayonundan və digər bölgələrdən olan yazarlar iştirak edirdilər. Tədbir maraqlı və yaddaşlarda qalan olub. Tədbir iştirakçıları Murad Ömərə gələcək planlarında uğurlar arzulayıb ve dəstəkərini nümayiş etdiriblər. Murad Ömər daima istəklərinin arxasınca sona qədər mübarizə aparacaq bir əzmdə olub və zənnimcə bu kitabın ərsəyə gəlməsində o hisslərin böyük rolu olmuşdur. Həmçin qeyd etməliyik ki genc şair İkinci Qarabağ müharibəsi iştiraşçısıdır. Şairin vətənpərvərlik mövzusunda çox gözəl şeirləri vardır. Murad Ömər 44 günlük Vətən müharibəsindən qayıdıqdan sonra “Çatmışıq Vətən” şeiri yazmışdır. Şeirin 2 bəndini sizilə bölüşürəm.
Çatmışıq Vətən
Mən xarı bülbülü
solmaz demişdim,
Torpağdan pay vermək
olmaz demişdim,
Qısas qiyamətə
qalmaz demişdim ,
Çox şükür dadına
çatmışıq Vətən.
Düşməni qorxuya,
lərzəyə salıb,
Mərd kimi döyüşüb,
qələbə çalıb,
Cəmi qırx dörd günə torpağı alıb, Dünyanı heyrətə salmışıq, Vətən.
Murad Ömərə bu qəbildən olan şeirləri oxucularınada Vətənpərvərlik hisslərini daha da artır və məndə öz adımdan şairə gələçək işlərində uğur arzu edirəm.
Qiraətçi: Mustafa İbrahimov