QƏHRAMANLAR UNUDULMUR..
����: 6-07-2024, 14:56
Vətən tək dörd bir yanı sərhəddən ibarət olan deyil,vətən ürəyimizdə eşqi ilə yer tutan müqqəddəs evimizdir.

Biz doğma evimizi heç bir zaman,tərk edə bilmərik.Onun hər qarışı bizim üçün əziz,doğma və müqəddəsdir.Vətəni sevmək imandan gəlir.Allah imanımızı əlimizdən almasın.Vətən sevgisi heç nə ilə ölçülə bilməz.
Onun uğrunda neçə oğullar can alıb can verib.Onlar tarixə həm adını,həm şanını,həm qanını yazdırıb.Qərib ölkələri gəzsəkdə ürəyimizdəki vətən həsrəti hər yerdə bizimlədir.Necə deyib şair "Gəzməyə qərib ölkə Ölməyə vətən yaxşı".
Sənin uğruna canımız fəda,ey vətən!
Sənin uğrunda ölməkdə öldürməkdə şərəfdir.
Bəli ölümsüzlüyü ilə tarix yazan,vətən harayına çatan xalqın igidlərindən biridə,qəhraman Zaurdu.
Zaur Nizami oğlu İsmayılzadə 29.07.1995-ci ildə Lənkaran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur.2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına, Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində,təhsil almışdır.Hərbi xidmətini başa vurduqdan sonra, müxtəlif MMC-lərdə mühafizəçi kimi,fəaliyyət göstərmişdir.Subay idi.
Zaur İsmayılzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.2015-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,"Gizir"rütbəsi ilə xidmətini davam etdirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayan,Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında, cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətində şiddətli döyüşlər başlamışdır.Tarixə Aprel döyüşləri olaraq yazılan,döyüşlər zamanı Zaur İsmayılzadə Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,hərbi qulluqçu olaraq savaşmışdır.Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan,və Ermənistan Ordusunun yenilməz Ohanyan xətti olaraq tanınan,müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Zaur İsmayılzadə döyüş gedişatında,ağır yaralanmışdır və səhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan təxris olunmuşdur.
27sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamış və İsmayılzadə səfərbər olunmuş,könüllü olaraq ordu sıralarına qayıtmışdır.Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı başlanan İkinci Qarabağ müharibəsində,
O,Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.Zaur İsmayılzadə 09.10.2020-ci ildə Füzuli döyüşləri zamanı,qəhramanca şəhidlik zirvəsinə ucalmış və Lənkaran rayonunda dəfn edilmişir.
Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərancamına əsasən medallarla təltif edilmişdir.
TƏLTİFLƏRİ:
"Vətən Uğrunda"medalı (15.12.2020)
"Füzulinin azad olunmasına görə"medalı (25.12.2020)
"Cəsur döyüşçü"medalı (24.06.2021)
"Şuşanın azad olunmasına görə"medalı (05.11.2021)
"Vətənə xidmətinə görə "orden (05.11.2022)
Dərin hüzn və qürurla anırıq...
Dəniz Rüzgar
Zefertv.az
QAZİ Eldəniz Möhsün oğlu Qəhramanov
����: 6-07-2024, 12:41
Vətən Biz sənin haqqında nələr söyləsəkdə kəlimələrə sığmayacaq qədər,sevginin qarşısında çox acizik.Sən bizə əcdadlarımızın əmanətisən,bizdə isə əmanətə xəyanət edilməz sahib çıxılar.

Vətənpərvərlik dərin anlama malik kəlmədir.Vətən sevgisi,vətənə məhəbbət insanın daxilindən,qanından genindən gəlir.Ömrünü xalqına həsr etmiş,Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət-Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir.Onun vətən sevgisi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"sözləri elə məhz uzaq görən siyasətçi Ulu öndərimizə məxsusdur.Bəli biz fəxr edirik ki,Azərbaycanlıyıq.Vətən məhəbbəti ən ülvi hissdir.Vətənpərvərlik tərbiyəsi,hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.Vətən bizim varlığımızdır,fəxrimizdir,qürurumuzdur.
Neçə-neçə qəhramanlar öz canlarını torpaqlarımız uğrunda fəda edib.Torpaq vətən uğrunda,onun azadlığı və istiqlaliyyəti yolunda canını qurban verən qəhramanlar heç vaxt unudulmur,ölümsüzlüyə qovuşurlar.Bəli vətənə sadiq olmaq,Vətəni sevmək,torpağa bağlı olmaq-budur vətənpərvərlik!
Vətənpərvər olan şəxs vətənini sevən,ona sadiq,torpağına millətinə bağlı olan,bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Bizim yurdumuz Azərbaycanın başı çox bəlalar çəkib.31il mənfur düşmən taptağına məruz qalıb.Birinci Qarabağ vətən müharibəsində,ağır günlər yaşayan millətimiz var gücü ilə düşmənə meydan oxuyub.Bu yolda qəhramanlıqla şəhid olan insanlar, və yarıcan şəkildə,şəhid yarısı olan oğullar bizim qürur yerimiz oldular.Şəhid və qazilərimiz həm tarix yazdılar,həm tarix oldular.Burda qələm yoldaşım Tural Nəqşicahanın,
Şairin də dediyi kimi:
Kimlər ki, dünyaya gəlib gedəcək,
Həyatın hər üzün, bilib gedəcək,
Axırda hər bir kəs,ölüb gedəcək,
Yaşa kişi kimi,öl kişi kimi.
Bəli artıq 31 il öncə öz gücünü kişi kimi mənfur düşmənlərə göstərən o qəhramanı,bir yazıçı kimi sizlərə tanıtmaqdan və tanımaqdan qürur duyuram.
HƏYATI:
Eldəniz Möhsün oğlu Qəhramanov 05.04.1961-ci ildə Salyan rayon Camışcı kəndində anadan olmuşdur.İlk təhsilini (10 illik)Kərimbəyli kənd tam orta məktəbində almışdır.Orta məktəbi bitirdikdən sonra 1978-1979-cu illərin aprel aylarında Şirvan şəhərində " Texniki peşə"məktəbində təhsil alır.Təhsilini başa vurduqdan sonra 1979-cu ildə hərbi xidmətə başlayır.Ailəlidir üç övlad sahibidir.
DÖYÜŞ YOLU:
Eldəniz Qəhramanov
1979-cu il aprel ayının 15-i Almaniya Yutelborq şəhərində,2 il müddətində 216-cı polk 14-cü divzya,20 Arminya hərbi hissəsində xidmət edir.1981-ci ilin aprel aylarında xidmətini başa vuraraq,doğma vətənə geri qayıdır.Daha sonralar vətənimizin üstündə qara buludların dolaşdığı zamanlar başlayır,və get-gedə bu qara buludların artdığını görən,ürəyi vətən eşqi ilə döyünən, gənc döyüşçü Eldənizin ürəyi bu haqsızlıqlara dözməyir.O,mənfur düşmənlərin torpaqlarımıza zorla sahib olmaq istədiklərini gördükcə daha çox qəzəblənir və özünə yer tapa bilmirdi.Nəhayət o qərar verir,və 1993-cü ilin oktyabr ayının 23-də hər kəsdən xəbərsiz,Əlibayramlı şəhərində,( indiki Şirvan)batalyona hərbi sıralara yazılır,ordan Hacıqabula, daha sonra isə, batalyonda toplanan yüzlərlə könüllü vətənsevərlərlə birgə (N 706)hərbi hissəyə yollanaraq orada toplanırlar.Gəncə poliqonuna toplandıqdan sonra ilk olaraq dekabrın 31-i Ağdamın Soğanlı kəndinə,sabahı isə yanvarın 1-i Güllücə kəndində taxıl sahəsində yerləşirlər.
Və vətən torpaqlarının müdafiəsi o qızğın döyüşlər başlayır.Salahlı,Kəngərli döyüşləri başlayır.İlk döyüş yanvar ayının 8i Komandir (general mayor)Ağamir Sultanovun əmrində Güllücə kənd qəbirsanlığının yanından döyüşlərə başlayırlar.O döyüşdə bir çox (Hümbətov Əlikram,Həsənov Yaqub,Çingiz Musayev,)və daha neçə adını sadalaya bilmədiyimiz yoldaşlarını şəhid verir.11.01.1994-cü il döyüş bitir.Döyüşdən sonra Yanvar ayının 28-i döyüş yoldaşları ilə birgə Füzuli şəhərinə yola düşürlər.Füzulinin Arayaçlı kənd məktəbində qərargah qurulur.Daha sonra həmin qərargah (706N)4-cü batalyon Horadizə köçürüldü.Batalyon köçrüldükdən sonra Komandir İlham Mamedovun əmri altında,Lələtəpə döyüşləri başlayır və döyüş zamanı,komandir Mamedov,addelkadr Çingiz qəhramanlıqla şəhidlik zirvəsinə ucalırlar.Döyüş yoldaşlarından Vidadi Zeynalov ağır yaralanır və 17 gün sonra o da şəhadətə ucalır.Şəhid olan yoldaşlardan biri də igid Mirzəxan Qədirov olur.
Eldəniz Qəhramanov isə 1994-cü il aprelin 14-ü kəllə-beyin (kantuziya)traması alaraq,Beylaqan rayon xəstəxanasına ordan isə Bakı şəhərində yerləşən xəstəxanaların birində müalicə olunması üçün göndərilir.Ağır kəllə-beyin traması müalicəsi 4 ay 17 gün çəkir və 1995-ci il 13 sentyabrda təxris olunur.Qəhraman atanın elə qəhraman övladı olar.Atasının yarım qalan döyüşünü mərdlik cəsurluqla davam etdirən oğlu, 6 medal ilə (Cəbrayıl,Füzuli,Xocavənd,Şuşa,Hadrud)döyüşərək Şuşa fatehi qəhramanı adını alıb.
Bu cür qəhramanları unutmayaq...
Zefertv.az
UNUDULMAZLAR
����: 6-07-2024, 11:20
Bir vətənin ən böyük sərvəti,onun uğrunda canını qorxmadan vəfda edən igidlərinin olmasıdır.

Torpaq qorumaq,hər igidin hünəri deyil.Hünərli cəsur oğullara eşq olsun.Biz onların igidliyi,qəhramanlığı ilə qürur duyuruq.
Bizə azadlığı bəxş edən,qürurumuzu oxşayan,başımızı dünya ölkələri arasında bir daha yüksəklərə qaldıran, mərd oğulların hər birinə borcluyuq.
Adını tarixə yazdıran oğul
Canını torpağa qurban vermisən
Sənin igidliyin dillər əzbəri
Sinəni vətənə sipər etmisən.
Cəsur qəhramanım,cəsur igidim
Üç rəngli bayrağın səmalardadı,
Sənin qanınla yuyulan torpaq
Biləsən əmanət bu xalqındadı,
Adını unutmaz bir kimsə sənin,
Devid bu torpağın igid oğlusan
Üç rəngli al bayrağım libasın oldu
Getdiyin bu yolda sən ən doğrusan.
Artıq hansı qəhramandan söz getdiyini bildiniz bəli bu cəsur Deviddir.
Devid Rauf oğlu Cəlilov,2004-cü ildə Xaçmaz rayonu Xudat kəndində dünyaya göz açmışdır.
2009-2021-ci illərdə,K.Məhərrəmov adına Xaçmaz rayon Xudat şəhəri 3 nömrəli,tam orta məktəbdə təhsil almışdır.Məktəb illərində idmanın bir çox növlərinə (Karate,Güləş,boks,üzgüçülük)maraq göstərmişdidir.
7 il musiqi məktəbində,fortepiano
İxtisası üzrə təhsil almış,oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2022-ci ilin aprelin 1-i,Gəncə şəhərində N saylı hərbi hissədə 3 ay təlimlərdə iştirak etmiş,iyun ayının 24 isə Goranboy rayonunda ki,N saylı hərbi hissədə müddətli xidmətə başlamışdır.Komando kəşfiyyat bölüyündə tuşlayıcı,vəzifəsini idarə edirdi.2022-ci il 12-14 sentyabr,olduğu komando dəstəsində düşmanın hücumunun qarşısının alınmasında da,iştirak etmişdir.19 sentyabr 2023-cü ildə,Azərbaycan Ordusu lokal antiterror əməliyyatında iştirak etmişdir.20 sentyabr,Papravənd Ağdərə istiqamətində,düşmən mövqeyini ələ keçirərkən,düşmənin atdığı mərmi yaralarından şəhid olmuşdur.Dərin hüzn və ehtiramla anırıq.
Dəniz Rüzgar.
Zefertv.az