Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
����: 2-01-2025, 12:16
Zefertv.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 50 il ötür.
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür


P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Zefertv.az (Dəniz Rüzgar)
VƏTƏN SEVGİSİ
����: 2-01-2025, 10:33
VƏTƏN SEVGİSİ



Zefertv.az
Vətənə sevgisi bitib, tükənməz,
Döyüş yollarında zəfər qazandin.
Hər yerdə qürurla çəkilir adın
Ey mənim qəhraman igid Ramilim.

Bu gün Apşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən Şah Sarayda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan 01.01.1992- ci il tarixində Ceyranbatan qəsəbəsində ziyalı ailədə anadan olan Ramil Sücəddin oğlu Rəhimovun cənnətdəki doğum günü və özündən üç ay sonra dünyaya gələn qızı Yağmurun bir yaşı qeyd olundu.

İlk öncə şəhid Ramil Rəhimovun məzarı ziyarət olundu,sonra isə mərasim Şah Sarayda davam etdi.
İlk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı və Dövlət Himni çalındı.
Tədbirdə Apşeron rayon İcra hakimiyyətinin nümayəndələri,şəhid ailələri,qazilər,müəllimlər,
məktəblilər,ziyalılar,
mədəniyyət işçiləri,şairlər və bir çox vətənpərvərlər iştirak etdilər.

Daha sonra Apşeron rayon İcra başçısının salam və ehtiramı bütun məclis iştirakçılarına çatdırıldı.Daha sonra çıxış edən hər kəs Ramil Rəhimovun ruhunu ehtiramla yad etdi.Ramil Rəhimovun döyüş yoldaşları,dostları onunla bağlı xatirələrini bölüşdülər.
Daha sonra isə balaca dünyada xəbərsiz olan körpə Yağmura xoş günlər diləyərək hədiyyələrini təqdim etdilər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissədə xalq mahnıları,vətənpərvər muşiqilər səsləndirildi.Tədbirdə iştirak edən hər bir şəhid övladına yeni il hədiyyələri verildi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Bu tədbirin hazırlanmasında şəhid tədbirlərinin təşkilatçisı Arzu Əliyevaya,Şah Sarayının yüksək keyfiyyətli xidmətləri üçün rəhbərliyinə,ehtiyatda olan zabit Məcid Qurbanov,Azər Əliyev və işçi heyətinə təşəkkür edirik.
Ruhun şad olsun igid Ramil Sücəddin oğlu Rəhimov uğrunda canını fəda etdiyin vətən torpaqları azaddır.
Ruhun qarşısında ehtiramla baş əyirik.
Zefertv.az
Raziyə Kamilqızı