VƏTƏNPƏRVƏR XANIM
����: 14-03-2025, 02:35
Vətən mənim canımdır,





Raziyə Kamilqızı
Vətən damarımda qanımdır.
Vətən babaların yadigarı
Vətən arzu diləyimizdir.

Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir.Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.
09 mart 2025-ci il tarixində Bakı şəhəri Binəqədi rayonunda yerləşən 'YAĞMUR" restaranında "ON BİR AYIN SULTANI" adlı tədbir keçrildi. Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı İB-nin Xəzər rayon şöbəsinin sədri Şükufə Səfərova, Qayıdış və Bərpaya Dəstək İB- nin sədri,Zəngəzur İnformasiya Agentliyinin əməkdaşı Türkan Səfərovanın təşkilatçılığı ilə 50 nəfər şəhid ailəsi dəvət edərək onları bu müqəddəs ayda bir yerdə görməkdən fərəh duyduqlarını bildirdilər. İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra çıxıs edənlər Millət vəkilləri Aydın Mirzəyev,Ceyhun Məmmədov,Suraxanı rayon İcra Hakimiyyəti nümayənədləri,İB- n sədri Müşviq Əliyev,xeyirsevər Leyla Əhmədova,İctimai Birliyin şöbə sədrləri
" Yağmur restaranın" müdüri Elməddin İsmayılov şəhid ailələrinə ehtiramlarını bildirdilər və belə gözəl iftar süfrəsi açdığı üçün Şükufə və Türkan Səfərovalara təşəkkür etdilər.

Türkan Səfərova daima az təminatlı ailələrdən öz yardımlarını əsirgəmir. Ramazan ayında belə gözəl təşəbbus üçün başda "YAĞMUR" restoranın rəhbəri Elməddin İsmayıov və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Vətən müharbəsində,"Qisas",
" Antiterror" döyüslərində qəhrəmanlıqla döyüsərək şəhidlik zirvəsinə ucalan oğulların ailələri ilə görüşərək səmimi söhbət edərək hər zaman onlara dəstək olacaqlarını bildirdilər. Onu da qeyd edək ki,Şükufə və Türkan Səfərovalar hər zaman şəhid ailələrinə,qazilərə təmənnasız xidmət göstərdiklərini bildirdilər və onlara hədiyyələr təqdim etdilər.

Daha sonra isə bədii hissədə AZTV- nin solisti Yaqut Həsənova,Elsevər Muradov,xanəndə Adil İsmayılovun ifasında vətənpərvər mahnılar ifa olundu.
Yolunuz hər zaman uğurlu olsun Sukufə və Türkan Səfərovalar.
Vətənin vətənləşən övladları ilə qürur duyuruq.




AYB və AJB-nin üzvü
BORÇALIDAN QARABAĞA GEDƏN YOL
����: 14-03-2025, 02:26
İşıqlı sabahımsan,
Gözümün nurusan.
Mənim doğma elimsən
Canım Azərbaycanım!

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan oğulların xatirəsinə AYB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı " Borçalıdan Qarabağa gedən yol" adlı kitabın təqdimatı keçrilib.Tədbirdə şəhid ailələri,qazilər,ziyalılar,
mətbuat nümayəndələri,İctimai birlik sədrləri,müəllimlər,xeyir sevər insanlar iştirak etdilər.İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı.Sonra isə çıxış edənlər müəllifə uğurlar dinlədilər və qəhraman oğulların xatirəsinin hər zaman əbədiyyən yaddaşlarda yaşadacaqlarıni bildirdilər.Müəllif qələmə aldığı kitabda igid oğulların şücaətli döyuş yolundan,onların ailə üzvülərinin xatirələrini qələmə almışdır.

Sonda çıxış edən müəllif hər kəsə öz minnətdarlığını bildirdi və kitabın işıq üzü görməsində ona dəstək olan Leyla Əhmədovaya sonsuz təşəkkür etdi.
Tədbirin sonunda xatirə şəkili çəkildi.


Dəniz Rüzgar
12.03.2025