Reklam
Reklam
Xəbər lenti
30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

Ən çox oxunanlar
Reklam
Reklam

“Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabın təqdimatı keçirilib

����: 10-01-2023, 16:18

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının 75 illik yubileyi və “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabının təqdimat mərasimi olub. 

Tədbirdə ölkədə fəaliyyət göstərən ali təhsil olacaqlarından rektor və müəllim heyəti, tələbələr, media mənsubları iştirak ediblər.

“Hamlet İsaxanlı ali məktəb qurucusu kimi Azərbaycanda mütəxəssis yetişdirmə və təhsil sahəsində mühüm xidmətləri olan şəxsiyyətlərdəndir. Elə insanlar var ki, onların varlıq səbəbi yalnız bəşəriyyətə xidmət etmək, yəni insan yetişdirməkdir”. Bu fikirləri Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karakılıç səsləndirib. Onun sözlərinə görə qəlbində dərin insan sevgisi olan bu cür yaradıcı insanlar sırf “qurmaq və etmək” üçün dünyaya gəlirlər. “Onların daxili aləmində dağıntı və pozuntu, ədəbiyyatlarında mənfi düşüncə və ya neqativlik yoxdur, əksinə, belə ziyalılar müsbət düşünməklə və çətin rejimdə belə günəşin yenidən doğulacağına inanmaqla insanlarda böyük inam yaradırlar”.

Bugun.tv-yə müsahibə verən Hamlet İsaxanlı tədbirin təşkilatçısı olan Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə təşəkkürünü bildirib. O, ərsəyə gətirdiyi “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabından da danışıb. H.İsaxanlının sözlərinə görə müəllifi olduğu yeni nəşrdə Azərbaycan və erməni xalqları, Azərbaycan və Ermənistan arasında münasibətlərin tarixi, xüsusilə son dövrlərdə baş verənlər yer alıb. Kitabda yazar öz müşahidələrinə əsaslanıb. O, Azərbaycan və erməni xalqlarının həyatı və qayğıları barədə hər iki dövlətin ədəbiyyat və mətbuatında yazılanlardan qənaətlənərək, indiki vəziyyətdə “nə etməli, gələcəyimiz necə ola bilər” suallarına cavab tapmağa çalışıb. “Çıxılmaz vəziyyət, açılmaz düyün necə əmələ gəldi? Düyünü necə açmaq olar? Bu və buna bənzər suallar, həmçinin 2020-ci ilin payızında baş verən İkinci Qarabağ savaşı ətrafında düşüncələr məni bu yazı üzərində işləməyə çağırdı”-deyə, Hamlet İsaxanlı bildirib.

Tədbirdə çıxış edənlər H.İsaxanlının yaratdığı ali məktəbin peşəkar mütəxəssis yetişdirməsindən, onun yazdığı əsərlərdən söz açıblar. Yubilyarın fərqli və dəyərli, yüksək intellekt və dünyagörüşünə sahib olduğunu vurğulayıbar. Hamlet İsaxanlını orijinal və qeyri-adi bir ziyalı kimi, qəlbi mərhəmət və elm müdrikliyi ilə dolu olan, “Azərbaycanın əfsanəvi portreti” adlandırıblar.
Sonda müəllif “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabını tədbir iştirakçılarına imzalayaraq təqdim edib.

Zefertv.az

����������� 0 ���������: Xəbər ������� : ������

“Bakı Türk Filmləri Həftəsi” başladı

����: 21-12-2022, 01:06
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Bakı Türk Filmləri Həftəsi” başlayıb.
Qala gecəsində Türkiyədən gələn rejissorlar, aktyorlar və prodüserlər media nümayəndələrinə müsahibələr veriblər. Aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ, Didem Balçın, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel səhnədəki çıxışlarında Azərbaycanda olmalarından məmnunluq ifadə ediblər. Özlərini doğma vətənlərində hiss etdiklərini vurğulayıblar.

Çıxış edən Türkiyə və Azərbaycan Mədəniyyət nazirlərinin müavinləri tədbirin keçirilməsinin məramını açıqlayıblar. “Məqsədimiz Türk filmlərini Azərbaycan kinosevərlərinə izlətməklə yanaşı, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görməkdir. Bundan başqa, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissor, aktyor və ssenaristlər arasında əlaqələr yaratmaq, iki ölkənin mədəniyyət sənayesinə töhfələr verməkdir”.

“Bakı Türk Filmləri Həftəsi”nin Qala gecəsində Türkiyədən gələn tanınmış sənətçilərə və bu layihənin gerçəkləşməsində dəstək göstərən şirkət nümayəndələrinə təşəkkür bildirilib, mükafatlar təqdim olunub.

Bakıda keçirilən Türk Kino həftəsinin əsas təşkilatçılarından biri də Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Selçuk Karakılıç çıxış edərək, gerçəkləşdirilən tədbirin Türkiyə və Azərbaycanın kino sektorunun inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Azərbaycanlı kinosevərləri dekabrın 21-ə kimi məşhur türk filmlərini izləməyə dəvət edib.

Gecənin rəsmi hissəsi başa çatdıqdan sonra “Bakı Türk Filmləri Həftəsi”nin ilk filmi, rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi nümayiş etdirilib.

Xatırladaq ki, tamaşaçılar həftə boyu “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki, varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və digər ekran əsərlərini izləyə biləcəklər.

Qeyd edək ki, Nizami Kino Mərkəzində gerçəkləşdirilən türk filmlərinə giriş pulsuzdur.

Ülviyyə GÜLBABAQIZI
Zefertv.az Məhəmməd Osmanov 
����������� 0 ���������: Xəbər ������� : ������

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır.

����: 5-12-2022, 23:30
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.
Tədqiqatçı-alim Seymur Nəsirov 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.

Zefertv.az Muhamməd O.
����������� 0 ���������: Xəbər ������� : ������

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır.

����: 5-12-2022, 23:30
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.
Tədqiqatçı-alim Seymur Nəsirov 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.

Zefertv.az Muhamməd O.
����������� 0 ���������: Xəbər ������� : ������

"Allah yetirib" (Vugar Təmkin)

����: 23-11-2022, 22:44
Bir çox sevilən  mahnıların ifaçısı olan,gənc müğənni Vüqar Təmkin bu dəfə dinləyicilərinin qarşısına "Allah Yetirib"yeni mahnısı ilə çıxdı.Bir neçə gün öncə gənc müğənni öz yeni mahnısını dinləyicilərinə təqdim edib.
Uğurlu xeyirli olsun.
Klipi linkdən izləyə bilərsiniz

www.zefertv.az-a istinadən
����������� 0 ���������: Xəbər ������� : ������

GÖZLƏRİNDƏN GÜLƏN ŞƏHİDİM

����: 20-11-2022, 13:56
Bu gün İkinci Vətən müharibəsinin qalib ŞƏHİDLƏRİNDƏN biri olan Kürdəmir rayonun ilk şəhidi Adəm Əliyevin mövlud (doğum gününü)günüdür.
Bu gün Adəm sevənlərin hər biri onun ailəsinin yanında oldu.İlk öncə şəhidin məzarı Kürdəmir şəhidlər xiyabanında ziyarət olundu,daha sonra şəhidin təhsil aldığı  1nomrəli rayon tam orta məktəbində,xatirə tədbiri keçirildi.
Tədbir dövlət himni və şəhidlərin xatirəsini yad etməklə açıq elan edildi.Məktəblilərin kompazisyaları hər kəsi kövrəltdi.Tədbirdə çıxış edən şəhid ailələri,ziyalılar Adəm haqqında öz xatirələrini bölüşdülər.Tədbirin sonunda məktəbin yemək zalında çay süfrəsi,və şəhidin yaşadığı evdə ehsan süfrəsi verildi.
Allah məqamın uca məkanın cənnət etsin..
Zefertv.az-a istinadən.
Zefertv.az-i izləyirsiniz!
����������� 0 ���������: Xəbər ������� : ������

Misirdə Azərbaycanın Zəfər Günü və əlamətdar bayramları münasibətilə tədbir keçirilib

����: 15-11-2022, 14:17
Ölkəmizin Misirdəki səfirliyində Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, Türkiyə və Pakistanın diplomatları və hərbi attaşeləri, həmçinin Qahirədəki Azərbaycan icmasının üzvləri və yerli media təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə qazındığı möhtəşəm Qələbədən, torpaqlarımızın düşmən işğalından azad edilməsindən bəhs edib. O vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işləri aparılır, eyni zamanda, sülhsevər ölkə olan Azərbaycan regionda yeni reallıqlar fonunda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.
Səfir diqqətə çatdırıb ki, Azərbaycanın işğala məruz qaldığı illərdə dost ölkə olan Misir daim ölkəmizin ərazi bütövlüyünü, xalqımızın haqlı mövqeyini dəstəkləyib. O əlavə edib ki, Azərbaycan-Misir əlaqələri sürətli inkişaf dövrünü yaşayır və ikitərəfli münasibətlərimiz daha da möhkəmlənəcək.
Tədbirdə Azərbaycanın Zəfər Günü münasibətilə lentə alınmış sənədli film nümayiş etdirilib.

Zefertv.az 
Ankara, Məhəmməd O. 
����������� 0 ���������: Xəbər ������� : ������

“ZƏFƏR GÜNÜN” MÜBARƏK, AZƏRBAYCAN! Zümrüd-M prodakşın: “Qızıl zəfər” tədbiri.

����: 12-11-2022, 23:26
Haqq və şərəf savaşımız olan 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin məğrur və qalibiyyətini bir daha sübut etdi.
“Zümrüd-M” prodakşın tərəfindən 7 noyabr 2022-ci ildə əzəmətli “Qədim Xanlar” restoranında baş tutan “Qızıl Zəfər” tədbiri olmuşdur. Tədbirin ərsəyə gəlməsində “Zümrüd –M” prodakşının rəhbəri Zümrüd Güləliqızı və rejissor Emil Bayramzadənin böyük əməyi olmuşdur.

Tədbirin aparıcıları Zümrüd Güləliqızı və Fuad Əsgərov tədbiri açıq elan edib gələn qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra isə tədbirdə iştirak edən qazilərin müşayəti ilə Azərbaycan Bayrağı tədbir keçirilən zala gətirildi. Daha sonra isə tədbirə qatılan rəsmi qonaqlar, qazilər, şəhid anaları və incəsənət nümayəndələri növbəli şəkildə şıxış edərək Zəfər Günüilə bağlı öz təəssüratlarını bölüşdülər.

Qeyd etdiyimiz kimi təşkilatçıların dəvəti ilə tədbirdə bir çox şəhid ailələri, qazilər, ictimai xadimlər, incəsənət və media nümayəndələri, jurnalistlər və s nüfuzlu şəxslər iştirak etmişdirlər. Xüsusi qonaqlar arasında tanınan televiziya aparıcısı və xeyriyyəci Hacı Nuran, Dövlət Komitəsi yanında ictimai birliyinin sədr müavini, İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundxadə, Sosial İnkişaf və Sosial İnam Birliyinin sədri Vüsal Əliyev, “Dünya” Müstəqil Teleradio şirkətinin aparıcı nümayəndələri, Türkiyənin “Türk.az qrup” xəbər agentliyinin rəhbər və nümayəndələri, o cümlədən xanəndə, Əməkdar artist Sevinc Sarıyeva, tanınmış qiraət ustası və aktyor Şirzad Pirallahı, müğənni Ramin Sədalı, müğənni Səbuhi Əliyev, Ayxan rəqs qrupu iştirak etmişdir.
Tədbir iştirakçıları Zəfər Günü ilə bağlı çıxışlarından sonra şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə də cansağlığı diləmişlər. Eyni zamanda tədbirə dəvət olunan qonaqlar prodakşın tərəfindən “Qızıl Zəfər” mükafatı və digər hədiyyəlrlə təltif olunmuşlar.

Tədbir bir çox brend şirkətlərin “Otto Art” reklam və dizayın şirkətinin “Qədim Xanlar” ailəvi resstoranının “Dünya Market” marketlər şəbəkəsinin, “İydə” Parfium ətir dünyasının, “Bambi” yataq dəstinin, “Nazlı” şirniyyat evinin”, Ritual şamlar mağazasının, “Fuad” Kimya mərkəzinin “Gülşən” naxış moda evinin maddi və mənəvi dəstəyi ilə daha da rəngarəng keçmişdir.


Zefertv.az 


����������� 0 ���������: Xəbər ������� : ������

QARABAĞ FATEHİ RÖYAL

����: 26-10-2022, 22:56
Vətən-hər qarışında izimiz,hər qarışında nəfəsimiz var.Səni qorumaq bizim borcumuzdur.Suyunla çörəyinlə qidalanıb,qoynunda boy atırıq.Səni illər qərinələr keçsədə nəsildən-nəsilə,ötə-ötə qoruyuruq.Babək qeyrətli,Koroğlu şücaətli,igid oğulların canı bahasına səni qoruyur.
Bu gün sənin torpağını daşını hər addımda qoruyaraq öz canının düşman gülləsinə vətəni üçün sipər edən,oğullarından birinin xatirə,anım günüdür.
O,oğul ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında "44 günlük haqq savaşı Vətən müharibəsində"cəsarət mərdliklə savaşıb.
Şirvan şəhərinin igid oğlu Röyal Misil oğlu Məmmədov,xalqın azadlığı üçün öz canını isti ailə qucağından üstün tutub.
Bu gün 26.10.2022-ci il,Röyal Məmmədovun şəhadətindən 2 il ötür.
Şəhidin anım günü ilə bağlı ailəsi tərəfindən,xatirə tədbiri keçirilib.Tədbir ilk öncə Şirvan şəhər şəhidlər xiyabanında,Şirvan şəhər icra başçısı,onun nümayəndələri,şəhər ziyalıları,media nümayəndələri,şəhid ailələri,qazilər və şəhidin ən yaxınları onun məzarını ziyarət edərək tədbirin rəsmi hissəsində iştirak ediblər.
Ziyarətdən sonra şəhidin ailəsi tərəfindən Şirvan şəhər "Şam Qalası"restoranında ehsan süfrəsi açılıb.Sonda xatirə şəkilləri çəkilib.Ruhu şad olsun.
Zefertv.az-a istinadən
����������� 0 ���������: Xəbər ������� : ������

VƏTƏN..TORPAQ...ŞƏHİD

����: 25-10-2022, 22:02
Bir millətin sahib olduğu ən önəmli şey vətəndir.Vətən bayraq,hər bir xalq üçün müqəddəsdir.Vətən-bir millətin illər uzunu yaşadığı,adətinin,ənənəsinin,varlığının,şüurunun,birliyinin torpağı ilə birləşdiyi məkandır.
Elə bir məkan ki,ana qucağı kimi isti,ata qoynu kimi əmin və etibarlıdır.Vətən sadəcə müəyyən sərhədləri olan,coğrafi bir məkan deyildir.
Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Vətən müqəddəsdir.Ata-babalarımız  bu torpaqlarda yaşamış,onu becərmiş,qorumuş onun uğurunda vuruşmuşlar.
Onlar bu torpaqlar uğurunda canlarından kecib,şəhidlik rütbəsinə yüksəlmişlər.
Ata-babalarımızdan bizə əmanət olan bu torpaqları,onların böyüdüb boya-başa çatdırdıqları,nəsildən-nəsilə,buraxdıqları oğullar indi qoruyur.
Millətimizin azad firavan,öz doğma torpaqlarında yaşaması üçün,30 illik mənfur düşmanlarda qalan,müqəddəs yerlerimizi,bizlərə qaytaran oğullardan biridə bu oğuldur.
İLQAR MEHDİ OĞLU İSMAYILOV.
23 avqust 1988-ci ildə Beyləqan şəhərində anadan olmuşdur.
1994-2005-ci illərdə F.Hacıyev adına tam orta məktəbdə təhsil almışdır.Ailəlidir iki qız övladı var.
Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il,sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi,və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan,Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğurunda gedən döyüşlərdə savaşıb.
İlqar İsmayılov Sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı,"Nüzgar"istiqamətində Piyadaların Döyüş Maşınının (PDM)vurulması nəticəsində şəhid olub.
İLQAR İSMAYİLOV DÖYÜŞ TAPŞIRIQLARINI ŞƏRƏFLƏ YERİNƏ YETİRDİYİ ÜÇÜN,AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏRƏNCAMINA ƏSASƏN....
Ölumündən sonra "Vətən uğurunda" "Xocavəndin azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə"medalı ilə təltif edilib.
23.10.2022-ci il.
Vətən müharibəsinin qalib ŞƏHİDLƏRİNDƏN olan İlqar İsmayilovun şəhadətə yüksəldiyi gündən bu yana iki il ötür.
Vətənini Şəhidini sevən,oğulların olmağı bu vətən şəhidlərinin əsla unudulmayacağını və daima yaşadılacağını göstərir. 
Şəhid İlqar İsmayılovun ən yaxın dostu,qardaşı,sirdaşı olan Anar Məmmədzadənin redaksiyamıza olan müraciəti  üzərinə,şəhidimizin Beylaqanda ailəsi tərəfindən verilən məclisində iştirak etməyi özümüzə borc bildik.
Anar Məmmədzadənin təşkilatçılığı və dəstəyi üzərinə "Zefertv.az xeber saytın təsisçi direktoru Yazıçı Dəniz Rüzgar,Yazıçı Uğuryolutv.az saytın təsisçi direktoru Raziyə Kamilqızı,Şirvan şəhərinin igid şəhidi Röyal Məmmədovun atası Misil Məmmədov" da şəhidin ailəsinin yanında oldu.
İlk öncə açılış məclisi şəhidin yaşadığı evin qapısı önündə və sonra evində başladı.
Ailə üzvlərinin çıxışı hər kəsi kövrəltdi.
ŞƏHİDİN ANASI:Oğlumla qürur duyuram,bütün şəhidlər mənim ovladımdır.
ŞƏHİDİN XANIMI:
Böyük qızım Sara  ən böyük təsəllimdir.Çunki onun gözlərində İlqarı görürəm.Bəzən evdə oturanda elə bilirəm ki naryaddadır və harda olsa gələcək.Çox ağır olsada onunla qürur duyuram.
ŞƏHİDİN BACISI:
Qardaş dərdi ən ağır dərddir.Agır olsada qürur duyuram,danışmaq mənim üçün çox çətindir.O nəslimizin tək oğul övladı idi.İlqarsız tək mənə deyil,İlqarsız hər birimizə çətindir.
ŞƏHİDİN DOSTU VƏ SİNİF YOLDAŞI ANAR MƏMMƏDZADƏ:
Çox çətindir,heç bir söz deməklə o insanı tərif edə bilmərəm,bir kəlimə deyim:"O məndən belə yaxşı insan olub"tək istəyim İlqarı hər kəs tanısın....
Bəli, acı və çox  çətindir ailələri sevənləri üçün,bir o qədərdə qürurludur.Axi şəhidlər Allah dərgahında secilmişlərdir.
Ailəmizin və sevənlərinin xatirələrindən sonra şəhidimizin məzarı ziyarət edildi,dualar oxundu.Ziyarətdən sonra ailəsi tərəfindən şəhidin adından ehsan süfrəsi açıldı.
Allah ruhunu şad məqamını ucalardan uca etsin.
ZeferTvAz-a istinadən
����������� 0 ���������: Xəbər ������� : ������