Reklam
Reklam
Xəbər lenti
30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

Ən çox oxunanlar
Reklam
Reklam

Aprel Zəfərinin 6-ci ildönümü.

����: 2-04-2022, 23:49
 Zəfər TV Media qurumu bugün Fəxri Xiyabanı ziyarət edib, Şəhid anaları və yaxınlarından müsahibə aldı.  Azərbaycanın müasir hərb tarixinin şanlı səhifələrindən olan 4 günlük Aprel müharibəsindən 6 il keçir. Rəşadətli ordumuzun 2016-cı ildə təcavüzkar Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı keçirdiyi bu əks-hücum əməliyyatı xalqımızın mübarizə və qələbə əzmini nümayiş etdirdi.
 Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn hünərvər əsgər, gizir və zabitlərin xatirəsi bu gün dərin ehtiramla yad edilir. Onlar öz qanları, canları hesabına Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizənin yeni mərləsinin təməlini qoydular.
 Allah şəhidlərimizə rəhmət etsin ! 
Zefertv.az 
Dəniz Rüzgar 
Məhəmməd Osmanov 
 
����������� 0 ���������: Xəbər ������� : ������

Naxçıvanda məktəb çökdü, ölənlər var.(FOTO)

����: 31-03-2022, 16:40
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
 Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
 Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
Yaralı şəxs reanimasiyaya yerləşdirilib.
 Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
   Təhsil Nazirliyi də hadisə ilə bağlı verdiyi məlumata görə .
“Məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
  Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Zefertv.az

����������� 0 ���������: Xəbər ������� : ������

Bakıda yol qəzası .

����: 30-03-2022, 15:39
Bakıda , "Dərnəgül" adlandırılan ərazidə (Gara Garayev körpüsünə çatmamış ) yol qəzası baş verib . 
Maşında Hərbi geyimli gənclərin olduqu deyilir , hadisə araşdırılır .
 Məlumat yenilənəcək .. 
����������� 0 ���������: Xəbər ������� : ������

QARABAĞIN FATEHİ

����: 30-03-2022, 02:17
İgid anılar vətən tanınar.
Azərbaycan respublikasının,doğma yurdumuzun ərazi bütövlüyünün bərpa olunmasında,torpaqlarımızın azadlığı uğurunda gedən "44 günlük"haqq savaşı vətən müharibəsində igidliklə iştirak edərək öz xalqına millətinə canını fəda edən və qəhrəmanca şəhadətə ucalan oğullarımızdan biri Şirvan şəhər şəhidi Məmmədov Röyal Misil oğlunu qürurla anırıq.Və şəhidlərimizin xatirəsini bir vətəndaş olaraq yaşatmağı özümüzə borc bilirik deyən neçə igid və qeyrətli oğullarımız var.Bu gün(27.03.2022)6 ildirki xeyriyyəçiliklə məşqul olan bacardıqları qədər millətimizə dəstək olaraq prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşərək xalqımıza maddi mənəvi dəstək olan Şirvan şəhərinin dəyərli oğulları,bu dəfədə Şəhid qardaşımız Röyal Məmmədovun adını tutaraq yola çıxıblar.
Onlar Şirvan şəhərində yaşayan  30 imkansız ailələrə Şəhid Röyal Məmmədovun xatirəsinə həsr edilmiş ərzaq bağlamaları paylayıblar.İlk öncə Şəhidimizin ailəsini ziyarət edərək evində dualar ediblər və şəhidimizin atası başda olmaqla  qardaşlarına səbir diləyiblər.Övladının yad edilməsindən qürur hissi keçirən şəhidimizin atası Misil ata və qardaşları öz təşəkkürlərini bildiriblər.Sonda xatirə şəkili çəkilərək ərzaqlar lazımı ünvanlara paylanılıb.Bu qürurlu və şərəfli yolda addım atan qardaşlarımıza təşəkkür edirik.Bizdə "Zefertvaz"olaraq daima təmənasız olaraq  şəhid ailələrimizin yanındayıq. 

Zefertv.az 
Qarabağ Azərbaycandır! 


����������� 0 ���������: Xəbər ������� : ������

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.

����: 28-03-2022, 11:53
Ayaz Mütəllibov — Azərbaycan Respublikasının birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi. 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Şamaxının Sarıtorpaq məhəlləsindəndir.1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Soyuducular Zavodunda işə düzəlib və 26 yaşında zavodunun müdiri təyin olunub.

1974-cü ildə isə «Bakelektromaş» istehsalat birliyinin müdiri vəzifəsinə keçib. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin mayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib, 1992-ci il martın 6-da istefa verib.

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

Zefertv.az 
Məhəmməd Osmanov 
����������� 0 ���������: Xəbər ������� : ������

Yevlax rayonunda Şəhid Bulağına hörmətsizlik.

����: 20-03-2022, 19:28

  Şəhərin mərkəzində ,tam görünən ərazidə Elçin Ağayev küçəsində ,Elçin Ağayevin adına olan  şəhid bulağı uzun müddətdir ki yararsız vəziyyətdə . 
Buna cavab verən şəxslər hələki susublar. Səbəbi isə müəmmalı .. 
Məsələ araşdırılır . 
����������� 0 ���������: Xəbər ������� : ������

Şəhidim mənim.

����: 20-03-2022, 18:57
 Vətən mənə oğul desə nə dərdim
Mamur olub qayasında bitərdim.
Bu gün (20.03.2022) vətənin oğul dediyi igidlərdən biri olan Şirvan şəhər şəhidimiz Röyal Məmmədovun ailəsini və məzarını bayram günü ziyarət edib yad etdik.
Unudulmayan oğullarımızı daima yad edən zefertv.az kollektivi özünə borc bilərək bu gün yolunu igid  Röyalın ocağına ata evinə saldı.Şəhidimizin guşəsi önündə xatirə şəkili çəkərək onun xatirəsini əbədiləşdirməyi özlərinə şərəf bildilər.Ailəni ziyarət edən Zefertv.az-ın rəhbəri  yazar bədii qiraətçi Dəniz Rüzgar, İcraçı direktoru və Uğuryolutv.az-ın rəhbəri şairə Raziyə Kamilqızı,Milli qəhrəman Məzarı belə olmayan şəhid Rövşən Ağamalıyevin bacısı İlhamə xanım,Şəhidimiz Röyalın dayısı oğlu və zefertv.az-ın operatoru Təhmasib Almazov şəhidlərimizi daima yaşadacaq bacardığımız qədər ailələrin yanında olacaqlarını,şəhidimizin məzarı üstə atası Misil bəyə bildiriblər.Ziyarət üçün öz minnəddarlığını bildirən Misil bəydə daima şəhidləri öz oğlu ilə birgə yad etdiyini bildirib.Sonra ziyarət Şirvan şəhər şəhidlər xiyabanında bütün şəhidlərin məzarını ziyarət edərək dualar oxunaraq sonlandırılıb.Allah bütün şəhidlərimizin məkanın cənnət etsin.
����������� 0 ���������: Xəbər ������� : ������

Şəhidim mənim.

����: 20-03-2022, 18:57
 Vətən mənə oğul desə nə dərdim
Mamur olub qayasında bitərdim.
Bu gün (20.03.2022) vətənin oğul dediyi igidlərdən biri olan Şirvan şəhər şəhidimiz Röyal Məmmədovun ailəsini və məzarını bayram günü ziyarət edib yad etdik.
Unudulmayan oğullarımızı daima yad edən zefertv.az kollektivi özünə borc bilərək bu gün yolunu igid  Röyalın ocağına ata evinə saldı.Şəhidimizin guşəsi önündə xatirə şəkili çəkərək onun xatirəsini əbədiləşdirməyi özlərinə şərəf bildilər.Ailəni ziyarət edən Zefertv.az-ın rəhbəri  yazar bədii qiraətçi Dəniz Rüzgar, İcraçı direktoru və Uğuryolutv.az-ın rəhbəri şairə Raziyə Kamilqızı,Milli qəhrəman Məzarı belə olmayan şəhid Rövşən Ağamalıyevin bacısı İlhamə xanım,Şəhidimiz Röyalın dayısı oğlu və zefertv.az-ın operatoru Təhmasib Almazov şəhidlərimizi daima yaşadacaq bacardığımız qədər ailələrin yanında olacaqlarını,şəhidimizin məzarı üstə atası Misil bəyə bildiriblər.Ziyarət üçün öz minnəddarlığını bildirən Misil bəydə daima şəhidləri öz oğlu ilə birgə yad etdiyini bildirib.Sonra ziyarət Şirvan şəhər şəhidlər xiyabanında bütün şəhidlərin məzarını ziyarət edərək dualar oxunaraq sonlandırılıb.Allah bütün şəhidlərimizin məkanın cənnət etsin.
����������� 0 ���������: Xəbər ������� : ������

Vətəni Vətən edən igidlər .

����: 20-03-2022, 01:32
Artıq 2 ildir ki vətənləşən vətən övladlarını yad etməyə ailələrini ziyarət etməyə davam edirik zefertv.az olaraq.
 Xalqımızın qədim bayramlarından olan Novruz bayramı ərəfələrində az çox ailələrimizi ziyarət edib bayram günü tək qoymaq istəmədik.Bu gün (19.03.2022) Kürdəmir rayonunun igid oğulları şəhid Həşimli Cəmil və Əliyev Adəmin ocağını ziyarət etdik.Zefertv.az və Xəyal Xeyriyyə Cəmiyyətinin Rəhbəri Xəyal Musayevlə bərabər özümüzə hər zaman olduğu kimi borc bildik onların yanında olmağı.Məqamınız ucalardan uca olsun igidlər.
����������� 0 ���������: Xəbər ������� : ������

YAP-ın İmişli rayonunda tədbiri keçirildi.

����: 18-03-2022, 19:42
Yeni Azərbaycan Partiyası İmişli rayonun Oruclu kəndində təşkil etdiyi tədbirdə vətəndaşların Partiya haqqında fikirləri belə oldu ki,  Vətən müharibəsindən sonra kəndimizin gəncləri arasında Yeni Azərbaycan Partiyasına üzv olmağa maraq dahada yüksəlib.
1992- ci il noyabırın 22- də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə 550 nəfərdən ibarət təşəbbüs qurupunun iştirakı ilə yaradılan, 1992- ci il dekabrında rəsmən qeydiyyata alınan  siyasi partiya.  18 oktyabr 1991- ci ildə Azərbaycan müstəqilliyini  bərpa etdikdən sonra. Çətin bir dövrdə. Ulu öndərimizin rəhbərliyi altında  yeni Azərbaycan yaradıldı və həmin vaxtdan çiçəklənməyə başladı. Yeni Azərbaycanın yaranması ilə bərabər  Yeni Azərbaycan Partiyası yarandı və YAP Azərbaycan xalqının, Azərbaycan gənclərinin sağlam böyüməsi üçün qarşısına məqsəd qoydu. Bütün  şəhər və rayonlarda  idman kompleksləri tikdirdi. Xalqımızın sağlam böyüməsi üçün xüsusən gənclərin idmanla məşğul olmaları üçün diqqəti dahada artırdı. Bu gün Yeni Azərbaycan Partiyası  qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gəlib və qürurla fəailiyyətini davam etdirir.
      Artıq Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. Ən ucqar kəndlərdə YAP- a gənclərin maraqlarının artmasına səbəb. 1. Yeni Azərbaycan Partiyasının partiya üzvlərinə və xalqımıza yalan vədlərin verməməsi.
2. Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın düşmən tapdağından qısa müddətdə azad edilməsi.
3. Heç bir vətəndaşımızın diqqətindən kənarda qalmaması.
4. Dövlətimizin sürətlə inkişafı.
5. Şagirdlərimizin yüksək təhsil almaları üçün ən ucqar kəndlərdə müasir tipli məktəblərin tikilməsi və s.
   Yaşadığımız İmişli rayon Oruclu kəndində gənclər arasında Yeni Azərbaycan Partiyasına və partiya sədrinə çox böyük hörmər var. Mən Yeni Azərbaycan Partiyasının üzvü olduğumla qürur duyuram. Yaşasın yeni Azərbaycan, Yaşasın Yeni Azərbaycan Partiyası.

Hərbi müəllim Rövşən israfilov
Zəfər tv az xəbər aran bürosu
Rauf Abdullayev
����������� 0 ���������: Xəbər ������� : ������