Ali Baş Komandanın Dəstəkçiləri.
Baxılıb: 509 Tarix: 02-10-2021 00:14

Və bu gün Onun davamçısı olan, Ali Baş Komandan cənab prezident İlham Əliyevin ətrafında güclü,birləşən millətimiz,xalqımız var.
Bu gün o xalqın içindən seçilən,və cənab prezidentə dəstək olan bir çox dövlət qurumları və ictimai cəmiyyətlər var.
Bunlardan biri Azərbaycan Respubilkası "İctimai Nəzarət Koalisiyası Sabitlik İnkişaf Mərkəzi"-dir.
Bu cəmiyyət 01.10.2015-ci ildən bu günə kimi,fəaliyyət göstərir.Cəmiyyətin sədri,Cənab Rasim Məmmədovdur.
Cəmiyyətin fəaliyyəti:
1.Cəmiyyətin 3000-ə yaxın üzvü.
2.34 bölgə üzrə sədri.
3.7 Rayon üzrə "Regional Təşkilatı"
4.11 xarici ölkədə təşkilatı.
Cəmiyyət prezidentə dəstək olmaqla yanaşı,şəhid ailələrinin və qazilərin də,hər zaman yanındadır.Cəmiyyətin sədri cənab R.Məmmədov çıxış və müsahibələrində, hər zaman qeyd edir ki,biz daima şəhid və qazi ailələrinin sosial və digər problemlərində təmənasız,davamlı olaraq onların yanındayıq.Bizim bir amalımız və yolumuz var.Xalqımıza düzgün xidmət etmək və Ali Baş Komandanın ətrafında sıx birləşməkdir.
01.10.2021.tarixində cəmiyyət fəaliyyətlərinin, 6 illiyini qeyd etdi.
Zefertv.az xəbər saytına istinadən:Xəbər verir ki,Cəmiyyətin üzvüləri ilk addımını, əvəz olunmaz Dahi Lider Ulu Öndərin, Akademik Zərifə Əliyevanın, sonra isə 20 yanvar şəhidlərimizin məzarlarını ziyarət edərək başlayıblar.Tədbirdə cəmiyyətin sədri, Rasim Məmmədov olmaqla,bir çox üzvüləri,bölgə üzrə sədrləri,şəhid anaları,2-ci vətən müharibəsinin qaziləri iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar,onlara gösdərilən diqqətə və qayğıya görə ilk öncə Alibaş Komandan Cənab Prezident İlham Əliyevə ,və cəmiyyətin sədri,R.Məmmədov yoldaşa öz minnətdarlıqlarını bildiriblər.
Onlar bu şərəfli yolu daima davam etdirəcəklərini,qeyd ediblər.Bizdə Zəfərtv.az media xəbər saytı olaraq bu şərəfli yolda,Başda Cəmiyyətin sədri Rasim Məmmədov cənabları olmaqla,bütün kollektivinə uğurlar arzu edirik.


