Reklam
Reklam
Xəbər lenti
10-12-2024, 17:18

9-12-2024, 15:51

1-12-2024, 15:34

13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

Ən çox oxunanlar
Reklam
Reklam

Şəhid Əmrah Həmidov (Salyan r.,Kürsəngi kəndi)

����: 5-10-2021, 17:11
Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailəli idi.

Hərbi xidməti
Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi

Bu gün 05.10.2021-ci il Salyan rayon,Kürsəngi kənd şəhidimiz,XTQ giziri şəhid Həmidov Əmrah Firavan oğlunun il dönümü mərasimi keçirildi.H.Əmrahın ata baba yurdu Şamaxı olsada ehsan doğulduğu kənddə baş tutdu.Sevənləri yaxın qohumları,yoldaşları onun ocağına yığışmışdı.Mərasim şəhidin məzarını ziyarət etməklə başladı.

Mərasimdə Salyan rayon İcra hakimiyyətinin başçısı, Sevindik Hətəmov cənabları və bir çox icra  nümayəndələri,ailə üzvləri,kənd ağsaqqalları,döyüş yoldaşlarıda iştirak edirdi.Mərasimdə şəhidin həyat yolundan,keçdiyi döyüş yolundan danışıldı.İcra başçısı S.Hətəmov cənabları çıxışında qeyd etdi ki,biz hər zaman şəhid ailələrimizin yanındayıq,qazilərimizin yanındayıq,onlara olan diqqət və qayğımız daimidir.Və biz Alibaş Komandanımızın,cənab prezidentimiz İlham Əliyevin  ətrafında sıx birləşmişik daima ona dəstəyik, yanındayıq.Mərasim şəhidimizin ruhuna xatir verilən ehsanla sona çatıb.

 Zəfərtv.az kollektivi olaraq bütün şəhidlərimizə rəhmət diləyir,ruhları qarşısında baş əyirik.Vətən Sağ olsun!


����������� 0 ���������: Seçilənlər ������� : ������