FÜZULİ FATEHİ
Baxılıb: 103 Tarix: 18-01-2025 19:21
Bir ölkəni əsgəri varsa,bir ölkənin vətən qoruyan səngər aslanı varsa o ölkəyə,vətənə torpağa göz dikən düşmanın gözü yaşlıdır deməkdir.
Vətən sevgisi heçnə ilə əvəz edilməz.Bu sevgi ilahi sevgidir.Bizi azad vətəndə,yaşadan igidlərə,Mübarizlərə,Fəridlərə,Xudayarlara,Eminlərə,minlərlə can verən oğullara,salam olsun.
Salam sənə ey şəhid,uğruna can verdiyin vətən torpaqları azaddır.Salam sənə ey Emin qisasın alındı,cəsurluğun artıq dillər əzbəridir.Bu gün can verib,can alan,torpaq vətən deyən Emin Cəfərovun anım günüdür.
Emin Xeyrulla oğlu Cəfərov 05.09.1973-cü ildə Füzuli rayonunun Alxanli kəndində anadan olub.Zəhmətkeş ailədə böyüyən Emin vətən sevgisini ailəsindən üstün tutub hər zaman.Ailə üzvlərinin, söylədiklərindən:
"Emin çox mərhəmətli,sevgi dolu,hər kəsə qarşı anlayışlı biri olub.
O hər birimizdən çox fərqlənirdi,yaşı az olsada düşüncə tərzi,fikirləri sanki 60 yaşında bir insanın fikirləri idi.Anama çox bağlı biri idi.Anamın arxasınca dolanardı hər zaman".Nə qədər ailə canlı olsada vətəni bizdən üstün tutdu.O zaman geldi ki,Emin vətən səsinə,harayına cavab verməli oldu.Hər birimizlə ayrı ayrılıqda görüşüb yola çıxdı.O elə qəhraman kimi doğulmuşdu.O,Birinci vətən müharibəsində,qəhramancasına döyüşüb və 26.12.1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalmışdı.
Artıq 32-ci ilini qeyd edən ailəsi onun xatirəsini yaşatmağa davam edir.
Bu gün Eminsiz 32il ötür.Onun əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.Rəsmi Mərasim Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Mərasim Vətən igidlərinin əziz xatirəsini yad etməklə,və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.Mərasimdə Mərkəzin Rəhbərliyi,İcra Nümayəndəliyi,Əmircan qəsəbəsinin Bələdiyyə sədri,ziyalılar,ictimaiyyət nümayəndələri şəhid ailələri,qazilər,məktəblilər,media nümayəndələri,şəhidin döyüş yoldaşları və komandirləri iştirak edib.Mərasimdə Eminin timsalında bütün igidlərin qəhrəmanlığından,Alibaş Komandan cənab Prezident İlham Əliyevin güclü siyasətindən,Birinci Xanım Mehriban Əliyevanın xalqa olan etimad və şəhid ailələrinə olan qayğısından ürək dolusu danışılıb.Tədbirdə məktəblilərin hazırladığı vətənpərvər kompozisyalar nümayiş etdirilib.Rəsmi mərasimin sonuna yaxın şəhidin bacısı göstərilən diqqət və qayğıdan,məmnun olduğunu bildirərək,hər kəsə təşəkkür edib və qardaşı ilə qürur duyduğunu qeyd edib.Ən sonda şəhidin guşəsi önündə xatirə fotoları çəkilib.Rəsmi mərasimdən sonra,ailəsi tərəfindən restoranların birində şəhidin adına ehsan süfrəsi verilib.Allah məqamını uca etsin.
Xəbər/Rəsmi www.zefertv.az
Araştırmacı Yazar Dəniz Rüzgar