Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər (Qahirədə seminar)
Baxılıb: 60 Tarix: 09-04-2025 12:07
Qahirədə “İslam dünyası xalqlarının ərəb dilinin inkişafında rolu” mövzusunda seminar keçirilib.
Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov çıxışında Azərbaycan alimlərindən Xətib Təbrizi, İzzəddin Zəncani və başqalarının yaradıcılığına da toxunub, eyni zamanda azərbaycanlı alimlərin ərəb dilinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, sovet dövründə İslam dini sıxışdırılsa da, bu dinin müqəddəs kitabının nazil olduğu ərəb dili sahəsində Azərbaycanda böyük alimlər yetişib. Misirin Vəqflər Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr verib.





Muhamməd Osmanlı (Ankara )