İmişli rayon Əliqulular kəndində keçirilən səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib
Baxılıb: 236 Tarix: 20-04-2022 11:46
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq bu gün rayonun Əliqulular kəndində keçirib.
Səyyar qəbulda RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
Öncə RİH başçısı kənd sakinlərini salamlayıb və mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinin mütəmadi hal aldığını qeyd edib. Sonra rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat verib. İcra başçısı həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
Səyyar qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
Zefer tv az aran bürosu