Meyxana Aləminin "Ağsaqqalı" Dünyasını Dəyişdi:Ağakərim Vəfat Etdi
Baxılıb: 76 Tarix: 19-12-2025 23:15
Azərbaycan meyxana sənətinin görkəmli nümayəndələrindən biri, "Ağakərim" ləqəbi ilə tanınan Kərim Novruzov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.




Məşhur meyxanaçı bir neçə il əvvəl insult keçirdikdən sonra səhhətində ciddi problemlər yaranmışdı. Uzun müddət müalicə almasına və yataq şəraitində olmasına baxmayaraq, ustad sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Onun vəfatı həm ailəsi, həm də çoxsaylı pərəstişkarları üçün ağır itki olub.
Ağakərim meyxana sənətində özünəməxsus dəst-xətti, dərin məntiqli qafiyələri və geniş mütaliəsi ilə seçilirdi. O, klassik meyxana ənənələrini qoruyub saxlayan və gənc nəslə ötürən əsl ustad idi. Onun iştirak etdiyi "deyişmələr" və ifa etdiyi qəzəllər Azərbaycan folklorunun ayrılmaz hissəsinə çevrilmişdi.
Ağakərim təkcə meyxanaçı deyil, həm də sözün qədrini bilən bir şair idi. Onun gedişi ilə Bakı meyxana mühitində böyük bir boşluq yarandı.

Mərhumun yaxınlarından alınan məlumata görə, sənətkar doğulduğu və boya-başa çatdığı Maştağa kəndində torpağa tapşırılacaq. Vida mərasimində sənət yoldaşlarının, mədəniyyət xadimlərinin və sevənlərinin iştirakı gözlənilir.

Allah rəhmət eləsin!












