Reklam
Reklam
Xəbər lenti
16-02-2026, 16:28

15-02-2026, 23:37

10-01-2026, 15:18

19-12-2025, 10:34

30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

Ən çox oxunanlar
Reklam
Reklam

Seymur Nəsirov Qahirə Universitetində Azərbaycan dilini tədris edir

Baxılıb: 41     Tarix: 15-02-2026 21:32   
Misirin nüfuzlu Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də uğurla davam etdirilir. Artıq 10 ildir ki, bu ali təhsil ocağının Şərq dilləri bölməsində ana dilimiz tədris olunur.
  Dərslər Misirdəki Azərbaycan diasporunun və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tərəfindən keçirilir. S.Nəsirov bildirib ki, bu müddət ərzində ümumilikdə 1700 tələbə Azərbaycan dilinə yiyələnib. Onların arasında dilimiz üzrə magistratura pilləsində təhsilini davam etdirənlər, hətta məqalələri Azərbaycan dilindən ərəb dilinə peşəkar səviyyədə tərcümə edən gənclər də var.
 Tədris prosesində yalnız dil qaydaları deyil, həm də:
Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri;
İki ölkə arasındakı tarixi və müasir əlaqələr;
Azərbaycan həqiqətləri barədə geniş məlumatlar verilir.

 Seymur Nəsirov qeyd edib ki, dilimizə olan böyük marağı nəzərə alaraq, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində əlavə kurslar təşkil olunacaq.
  Hazırda diaspor mərkəzində dünyanın 59 ölkəsindən 650-dən çox tələbə ödənişsiz əsaslarla müxtəlif fənləri, o cümlədən Azərbaycan dilini öyrənir. Bu mərkəz Misirin müxtəlif universitetlərində təhsil alan əcnəbi gənclər üçün mühüm elm və mədəniyyət ocağına çevrilib.
 Qeyd edək ki, Seymur Nəsirov 30 ilə yaxındır ki, Misirdə Azərbaycanın təbliği, diaspor quruculuğu və ölkələrimiz arasında elmi-ədəbi əlaqələrin möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılmasında mühüm rol oynayır.

Zefertv.az Muhamməd Osmanlı