BAYRAM TƏDBİRLƏRİ
Baxılıb: 211 Tarix: 15-03-2026 14:24
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri üçün xüsusi bir tədbir təşkil olundu. Tədbir şəhid Etibar Qafarovun həyat yoldaşının təşəbbüsü ilə baş tutdu və bu mənalı gün şəhid anaları və xanımları üçün həm diqqət, həm də ehtiram nümunəsinə çevrildi.







Tədbirin aparıcısı AYB və AJB-nin üzvü Raziyə Kamilqızı tədbir iştirakçılarını səmimi sözlərlə salamladı. O, çıxışında qeyd etdi ki, Vətən uğrunda canından keçən igidlərimizin ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Tədbir ilk öncə şəhidlərin əziz xatirəsinin ehtiramla yad olunması ilə başladı. Şəhidlərin ruhuna dualar oxundu. Daha sonra 8 Mart münasibətilə şəhid anaları və xanımlar ünvanına səmimi təbriklər səsləndirildi.

Tədbirdə BAKU STEEL COMPANY şirkətinin rəhbərliyi tərəfindən 35 şəhid ailəsinə gül dəstələri və bayram hədiyyələri təqdim olundu. Bu nəcib addım tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıqla qarşılandı.
Tədbirin təşkilatçısı Mətanət xanım çıxış edərək BAKU STEEL COMPANY şirkətinin rəhbəri Kamal İbrahimov başda olmaqla bütün kollektivə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, şəhid ailələrinə göstərilən belə diqqət onların qəlbində böyük təsəlli yaradır və şəhidlərin xatirəsinin daim yaşadığını göstərir.

Sonda tədbir iştirakçıları bir daha vurğuladılar ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.



Dəniz Rüzgar












