Türkiyəli sahibkardan 715 min dollarlıq mənimsəmə iddiası
Baxılıb: 87 Tarix: 27-08-2026 14:22
Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edib. "Qafqazinfo"ya müraciət edən sahibkarın sözlərinə görə, "Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva ilə şərikli fəaliyyət zamanı göndərdiyi 715 min dollar dəyərində tekstil və tibbi avadanlıqların pulunu ala bilmir. E.Koçak məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.


Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Səkinə Babayeva isə iddiaları təkzib edib. O bildirib ki, E.Koçakla heç bir şərikliyi yoxdur və qarşı tərəfə heç bir borcu qalmayıb. S.Babayevanın sözlərinə görə, məsələ iqtisadi xarakter daşıyır, bütün ödənişlər və gömrük rəsmiləşdirilməsi qanuna uyğun aparılıb və iddialarla bağlı hüquq-mühafizə qurumlarına lazımi sənədlər təqdim olunub.

Mənbə: Qafqazinfo.az










