Reklam
Reklam
Xəbər lenti
7-06-2025, 15:34

6-06-2025, 22:22

28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

25-03-2025, 07:11

14-03-2025, 02:35

14-03-2025, 02:26

10-03-2025, 16:52

8-03-2025, 13:13

8-03-2025, 13:13

6-02-2025, 00:30

3-02-2025, 15:27

27-01-2025, 10:00

19-01-2025, 23:32

18-01-2025, 19:21

18-01-2025, 10:18

7-01-2025, 17:37

2-01-2025, 10:33

29-12-2024, 18:01

Ən çox oxunanlar
Reklam
Reklam

Bakı Marafonu 2022, Məhəmməd Osmanov: "Biz Küləyə bərabər qalib gəldik"

Baxılıb: 7 771     Tarix: 15-05-2022 14:32   
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2022” keçirilib.
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonu təşkil olunub və 15 minədək iştirakçı qeydiyyatdan keçib.
 Əməkdaşlarımız keçmiş futbolçu, jurnalist Məhəmməd Osmanov-dan finiş xətdini keçən dəqiqə müsahibə aldı, növbəti iştirak etməyi planlaşdırdığı Marafon İstanbul Marafonudur.
 Geyd edək ki Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var. 

 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.  

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilir. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq.

21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir: Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edir. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start veriləcək. 3-cü start isə ümumi iştirakçılar üçün olacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçiriləcək. 

  Bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

Zefertv.az