ŞƏHID ÖVLADLARI ANIM GÜNÜNÜ QEYD ETDILƏR "Uşaqlar müharibə ilə yox, Sevgi ilə böyümək istəyirlər" layihəsinin təqdimat mərasimi keçirilib.
Baxılıb: 341 Tarix: 30-09-2021 22:52
27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq idea müəllifi jurnalist Lalə Qəzənfərin və "Modern Estetik Mərkəzi"nin təşkilati dəstəyi ilə hazırlanmış"Uşaqlar müharibə ilə yox, sevgi ilə böyümək istəyirlər" devizi altinda "GƏLƏCƏK BİZİMDİR! ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" sosial layihəsinin təqdimat mərasimi keçirilmişdir.Tədbirdə öncə torpaqlarımız uğrunda canından keçmiş Şəhidlərimiz1 dəqiqəlik sükutla anıldı. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.
Tədbirə əsasən Şəhid ata-analari, bacıları, ailə ūzvləri və körpə övladları dəvət olunmuşdular. Bundan başqa Qazilər, müharibə veteranları, müharibə iştirakçıları (əsgərlər və həkimlər), Daxili Işlər Nazirliyinin mətbuat katibi Ruslan Vəliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi modelyer-dizayner Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadinlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, "Modern Estetik" mərkəzinin rəhbəri Gülnar Əlişova, "Milana Hospital"ın rəhbəri Xuraman Muradova, mütamadi olaraq əsgərlər və Şəhid ailələri ilə tez-tez görüşlər keçirən şair-bəstəkar-ifaçı Tərlan Novxanı və media nümayəndələri yer almışdılar.
Tədbirdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad edildi. Daha sonra Dövlət Himni səsləndirildi.
Lamiyə Əliyevanın aparıcılığı ilə keçirilən "Uşaqlar müharibə ilə yox, sevgi ilə böyümək istəyirlər" devizi altinda "GƏLƏCƏK BİZİMDİR! ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" sosial vətənpərvər ruhda çəkilmiş video-çarxa ictimai baxış keçirildi.
Layihənin rəhbəri həmin video-çarxın məhz Vətən müharibəsi zamanı qızğın döyüşlərin və hər dəqiqə, hər an işğaldan azad olunan torpaqlarımız uğrunda gedən döyüşlər zamanı çəkilişlərinin baş tutmasını bildirdi. Lalə Qəzənfər hətta çox qürur hissi ilə də məhz çəkilişlərin bitməsi isə Qələbə paradının keçirilməsi isə tam təsadüf olduğundan həmin Zəfər günümüzü və körpələrimizin qələbə sevinclərinin də həmin video-çarxa əlavə olunması çox xoş və qürurverici hiss olduğunu bildirdi.
"Sahibkar Qadınlar" İctimai Birliyinin rəhbəri Zemfira Ağayeva, Əmakdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, DİN mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı Ruslan Vəliyev Müzəffər Ordumuzun düşmənə qalib gələrək 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad olunmasında qanlarını həmin torpaqlara qatan, Şəhidlik zirvəsinə ucalaraq adlarını yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazan, tədbirdə iştirak edən Şəhidlərimizin ata-analarının, bacı-qardaşlarının, hətta övladlarının belə qarşısında özlərini borclu bilərək "Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik" söylədilər.
Şəhid Arif Vəliyev adina 258 sayli tam orta məktəbin 10-cu sinif şagirdi İsayev Ayxan Elşən oğlunun 44 günlük Vətən müharibəsi Şəhidlərinə həsr etdiyi "ZƏFƏR ÇƏLƏNGİ" layihəsindən olan hədiyyələr tədbirə təşrif buyuran Şəhid ailələrinə - general Polad Həşimov (bacisi Kəmalə Həşimova), pilot Urfan Vəlizadə (bacisi Xuraman xanima), Mayor Haciyev Ramid (həyat yoldaşi Sevinc xanim, 3 övladi) və iştirak eden digər Şəhidlərin - İsmayılov Emin,Quluyev Elgün,Həsənov Tofiq, Yusubov Elzar,Musayev Elşən,Məmmədov Elcan,Kazımov Kamran, Kərbəliyev Siyavuşun ailə üzvlərinə təqdim olundu.
Tədbir təşkilatçısı qazilərdən – mənfur düşmən əsirliyindən geri dönmüş Amin Musayevə, müharibədə ölümü gözə alaraq gedən qızdğın döyüşlərdə əsl qəhrəmanlıqlar göstərən Mübarizlərin, Fəridlərin davamçıları, Azərbaycanın mərd oğulları Tural Ağasıyev, Əsgər Rufullayev, Cəfərli Vətən, Orxan Hüseynov, Orxan İmanov,Tural Ağasiyevə xüsusi hörmət, ehtiram və minnətdarliğını bildirərək yaralılarımıza can verən, onlara ana, bacı, qardaş olan , Milli Ordu sıralarına könüllülərdən olanhəkimlərə də təşəkkür etməyi unutmadı:
Şahin Quşanov
İskəndər İskəndərov
Aynurə Hidayətqizi.
Tədbirə xüsusi dəvət alan Xeberekspress az saytinin adini daşidiği Şəhid Elşən Musayevin 3 körpələri ilə bərabər ömûr-gün yoldaşį Mətanət Musayeva da iştirak edirdi. Xeberekspress az rəhbəri Ruhiyyə Eldar qizi "Saytimiz adindan Musayevlər ailəsinə xüsusi təşəkkür bildirərək hər zaman fəxrlə daşiyacağimiza söz veririk."
Çıxış üçün söz verilən müharibə iştirakçısı həkim Aynurə Hidayətqızı döyüşlərdə şahid olduğu ağrılı günlərin çox acılı anlarından, yaralılara xidmətlərindən, Şəhidlərin son sözlərini xatirlayaraq, danışanda göz yaşlarına hakim ola bilmədi. Aynurə Hidayətqızı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə əsgərlərə həkim kimi, həm də döyüşçülərə mənəvi dəstək olaraq yaralı əsgərlərə əlindən gələn yardımlar etmişdir.
Eşq olsun Ali Baş Komandan, Azərbaycan Respublikasinin Prezidenti Cənab Ilham Əliyev başda olmaqla Azərbaycana Qələbə sevincini yaşadan bu cür oğul və qızlarımıza!
Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə tezliklə şəfalar diləyirik.
Tədbirə xüsusi dəvət alan Xeberekspress.az saytının adını daşıdığı Şəhid Elşən Musayevin 3 körpəsi ilə bərabər ömür-gün yoldaşı Mətanət Musayeva da iştirak edirdi. Xeberekspress.az saytının rəhbəri Ruhiyyə Eldarqızı "Saytimiz adından Musayevlər ailəsinə xüsusi təşəkkür bildirərək hər zaman fəxrlə daşıyacağımıza söz veririk."
Müəllif: Lalə Qəzənfər
Fotoqraf: Fərmail Əliyev
Xeberekspress.az , zefertv.az
Məhəmməd Osmanov .