Reklam
Reklam
Xəbər lenti
13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

Ən çox oxunanlar
Reklam
Reklam

Ziba Mustafayeva: “Azercell elə indi sizinlə birlikdə gələcəyi quracaq şirkət ola bilər”

Baxılıb: 348     Tarix: 02-03-2021 20:14   
Ən yeni texnologiyaların inkişafına sərmayələrin yatırılması bir telekommunikasiya şirkəti üçün ən prioritet sahə sayıla bilər. Şirkətin texnologiyalara nə qədər zaman və vəsait ayırmasına baxmayaraq, uğurun mənbəyi - inkişafın təkanverici qüvvəsi məhz insanlardır. Bu, həm iri holdinqlər, həm də kiçik bizneslər üçün, həm dövlət təşkilatları, həm də müxtəlif ölkələrdə nümayəndəlikləri olan multimilli korporasiyalar üçün keçərlidir. İnsanlar da, öz növbəsində, işdən məmnunluq duymaq və öz fəaliyyətinin nəticələri ilə fəxr etmək istəyirlər. Özünü uğurlu hiss etmək, gərgin səylərinin qiymətləndirildiyini anlamaq insan üçün vacibdir. Hər bir şirkət effektiv, rəqabətədavamlı olmaq və fasiləsiz olaraq baş verən dəyişikliklərə cəld reaksiya vermək üçün mütəmadi olaraq öz əməkdaşlarını inkişaf etdirməli, onların bacarıqlarını təlimlər vasitəsilə təkmilləşdirməli, onlara nailiyyətlər əldə etmək və uğur qazanmaq imkanı verməlidir.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin özünün sürətli rəqəmsallaşma vədinə sadiq qalaraq həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyətinin nəticəsi uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Bu dəfə şirkət dünya şöhrətli “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının ən yüksək pilləsi hesab edilən Platin sertifikatına layiq görülüb. Bu standart korporativ idarəetmənin səviyyəsi və şirkət mədəniyyətinin dayanıqlı inkişafı, eləcə də insan resurslarının idarə edilməsi təcrübəsi daxil olmaqla, 9 əsas fəaliyyət göstəricisinin qiymətləndirilməsinin nəticələrinə əsasən təqdim olunur. IIP standartı şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, əməkdaşlara müasir inkişaf imkanlarının verilməsi, onların qərar qəbul etmə prosesində iştirakı və insan potensialının inkişafına yönəlik effektiv idarəetmə kimi prinsipləri ölçür və onların daha da inkişaf etdirilməsini təşviq edir. Azercell həm ölkəmizdə, həm də MDB məkanında IIP Platin sertifikatı almış ilk və yeganə şirkətdir ki, bu da korporativ idarəetmənin və bu sahədə uğurun yüksək göstəricisidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı həmin akkreditasiya mərkəzinin apardığı qiymətləndirmənin ən yüksək səviyyəsidir və IIP tərəfindən akkreditə olunmuş bütün təşkilatlarının yalnız 2 %-i bu statusa malikdir. Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva Oxu.Az xəbər portalına müsahibəsində şirkətin bu məqsədə nail olmaq üçün keçdiyi yoldan danışıb.
- Zəhmət olmasa, “Investors in People” standartı barədə danışardınız. Bu standart təşkilati strukturun effektiv idarə edilməsi sisteminin yaradılması sahəsində digər beynəlxalq standartlardan nə ilə fərqlənir, və ya onları nə ilə tamamlayır?