Bacı qardaş və yüksək bal (Təhsil )
Baxılıb: 329 Tarix: 17-09-2021 11:24
Bu gün sizi ölkəmizdə tələbə adını qazanan ən gənc abituriyentlə tanış edəcəyik. O, yaşının az olmasına baxmayaraq, qarşısına qoyduğu yüksək hədəfə çatıb. Ali məktəbə qəbul olan yeniyetmə 600-dən çox bal toplayıb. Bu ilin ən gənc tələbəsi bacısı ilə birlikdə eyni universitetin eyni fakültəsində təhsil alacaq.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Goranboy rayon sakini Həmid Səfərlidən gedir. Ali məktəblərə qəbul imtahanında 602 bal yığan 15 yaşlı abituriyent bacısı Leyla Səfərli ilə birlikdə Tibb Universitetinin eyni fakülətəsinə qəbul olub.
Həmid Səfərli deyir ki, oxumağa həvəsi 4 yaşı olanda bacısı məktəbə gedərkən başlayıb. O, orta məktəbdə özündən 1 yaş böyük bacısı ilə eyni sinifdə oxuyub. Bu ilin ən gənc tələbəsi imthanlara hazırlaşarkən qarşısına yüksək hədəflər qoyub. Həmid 15 yaşında belə bir nailiyyət qazandığına görə çox sevindiyini deyir...
Həmidin bacısı Leyla Səfərli isə qəbul imtahanlarında 631 bal toplayıb. Universitetə bir yerdə hazırlaşan qardaş və bacı daim bir-birinə dəstək olublar.Onlar tibb universitetinin müalicə işi fakültəsində dövlət sifarişi ilə əyani şəkildə təhsil alacaqlar. Hər iki tələbə gələcəkdə anaları kimi yaxşı həkim olmağı arzulayır.