Tanınmış prodüser: “O subaydır, mən isə boşanmışam, hökmən deyil ki, kiminsə qızını alıb gəlin etsin”
Baxılıb: 466 Tarix: 02-03-2021 20:04

Bu barədə prodüser Təranə Səmədova News24.az-a açıqlamasında bildirib:
“Gördüyüm işlərlə irəliyə doğru getdikcə, ayağımdan dartanlar da çox oldu. Görünür nə qədər açıqsözlü olsan, bir o qədər də insanların gözündə “həyasız”, qalmaqallı olursan. Amma inanın ki, bu qədər iş görməyimə baxmayaraq, ancaq “Bacanaqlar” serialından, bir də içkili halda polislərin məni saxladığı görüntülərlə yadda qalmışam. Bəziləri haqq qazandırdı, digərləri isə təhqirlərimə görə məni söyürdü. İzah edə bilmirdim ki, o an sərxoş və əsəbi idim. Bəs mənim gördüyüm o qədər işlər nə oldu? Niyə insanlar heç birini xatırlamır?”