QƏHRƏMAN TURAL.
Baxılıb: 271 Tarix: 21-04-2022 00:09
Vətən sənə canım fəda deyərək canını vətənə fəda edən igid oğul Tural Ələmdar oğlu Əsgərlinin bu gün (20.04.2022)mövlud günüdür.
Şəhid Əsgərli Tural 20 aprel 1993-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunda anadan olub.Oktyabrın 1i 2020-ci ildə Vətən müharibəsində qəhramanca şəhid olub.Ailəlidir 2 qız övladı vardır.
Bu gün Xəyal Xeyriyyə Cəmiyyətinin rəhbəri Xəyal Musayevin təşkilatçılığı ilə şəhidimizin ehsan süfrəsi verildi.Məclis Bakı şəhər Razin stansiyası Badi Kübə şadlıq sarayında baş tutdu.Məclisdə şəhidin yaxınları şəhid ailələri qazilər icra və media nümayəndələri iştirak edirdilər.Məclis dövlət himni və şəhidmizin xatirəsini yad etməklə başladı.
İştirak edən qonaqlar şəhidimizin ailəsinə baş sağlığı verib səbir dilədilər.Bizdə Zefertv.az olaraq hər zaman olduğu kimi yenə təmanasız şəkildə ailələrimizin yanındayıq.
Zefertv.az