“Sən də dəstək ol!” Yarmarkası davam edir
Baxılıb: 336 Tarix: 07-08-2022 13:13
Bugün.tv.nin müxbiri Mehriban Bəylərqızının verdiyi məlumata görə Ankarada Azərbaycanlı iş adamı Arzuman Azaflının təşəbbüsü ilə “Kermesimize (yardım məqsədi ilə keçrilən satış kompaniyası) hepiniz davetlisiniz” adlı toplantı təşkil edilib.

Yarmarkada Azərbaycandan gətirilən bir-birindən gözəl sovqatlar, ölkəmizin rəmzi olan suvenirlər, milli mətbəximiz qonaqlara təqdim olunub. Milli rəqslərimiz nümayiş etdirilib.
Qeyd edək ki, satışdan əldə olunan gəlir tələbələrimizin təqaüd fonduna köçürülməklə yanaşı sosial vəziyyəti aşağı olan ailələrə də yardım məqsədi daşıyır. Yarmarka bir neçə gün davam edəcək. Hər kəs dəvətlidir.
Gəlin, birlikdə dəstək olaq!
Zefertv.az
Məhəmməd Osmanov