Azərbaycanlı tədqiqatçı-alim Misirdə VII Beynəlxalq Fətva Konfransında iştirak edib
Baxılıb: 301 Tarix: 20-10-2022 13:35
Misirdə 91 ölkədən din xadimləri və ilahiyyatçı alimlərin iştirakı ilə “Fətva və dayanıqlı inkişaf hədəfləri” mövzusunda VII Beynəlxalq Fətva Konfransı keçirilir. Tədbirdə ölkəmizi Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov təmsil edib.
Konfransın açılışında çıxış edən Misirin Baş müftisi Şövki Əllam, bu ölkənin vəqflər naziri Məhəmməd Muxtar Cuma, Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun müavini Hənan Bəlxi, BMT Baş katibinin müşaviri Abdulla Al-Maatuq və digər natiqlər İslam aləminin, o cümlədən qlobal fətva institutunun BMT-nin Dayanıqlı İnkişaf Hədəflərinin təmin edilməsində rolundan bəhs ediblər.
Tədbirdə din xadimlərinin dünyada baş verən müharibə və silahlı münaqişələrin qarşısının alınması, yaxud dayandırılması, COVID-19 pandemiyasından sonrakı dövrdə sosial-mənəvi reabilitasiya, aclıq və humanitar fəlakətlərin aradan qaldırılmasında dövlətlərin qarşılıqlı yardım şəraitində birgə fəaliyyəti, iqlim dəyişikliyi və qeyri-leqal miqrasiya məsələləri müzakirə olunub.
Zefertv.az Məhəmməd Osmanov
Ankara.