VƏTƏN..TORPAQ...ŞƏHİD
Baxılıb: 488 Tarix: 25-10-2022 22:02
Bir millətin sahib olduğu ən önəmli şey vətəndir.Vətən bayraq,hər bir xalq üçün müqəddəsdir.Vətən-bir millətin illər uzunu yaşadığı,adətinin,ənənəsinin,varlığının,şüurunun,birliyinin torpağı ilə birləşdiyi məkandır.
Elə bir məkan ki,ana qucağı kimi isti,ata qoynu kimi əmin və etibarlıdır.Vətən sadəcə müəyyən sərhədləri olan,coğrafi bir məkan deyildir.
Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Vətən müqəddəsdir.Ata-babalarımız bu torpaqlarda yaşamış,onu becərmiş,qorumuş onun uğurunda vuruşmuşlar.
Onlar bu torpaqlar uğurunda canlarından kecib,şəhidlik rütbəsinə yüksəlmişlər.
Ata-babalarımızdan bizə əmanət olan bu torpaqları,onların böyüdüb boya-başa çatdırdıqları,nəsildən-nəsilə,buraxdıqları oğullar indi qoruyur.
Millətimizin azad firavan,öz doğma torpaqlarında yaşaması üçün,30 illik mənfur düşmanlarda qalan,müqəddəs yerlerimizi,bizlərə qaytaran oğullardan biridə bu oğuldur.
İLQAR MEHDİ OĞLU İSMAYILOV.
23 avqust 1988-ci ildə Beyləqan şəhərində anadan olmuşdur.
1994-2005-ci illərdə F.Hacıyev adına tam orta məktəbdə təhsil almışdır.Ailəlidir iki qız övladı var.
Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il,sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi,və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan,Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğurunda gedən döyüşlərdə savaşıb.
İlqar İsmayılov Sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı,"Nüzgar"istiqamətində Piyadaların Döyüş Maşınının (PDM)vurulması nəticəsində şəhid olub.
İLQAR İSMAYİLOV DÖYÜŞ TAPŞIRIQLARINI ŞƏRƏFLƏ YERİNƏ YETİRDİYİ ÜÇÜN,AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏRƏNCAMINA ƏSASƏN....
Ölumündən sonra "Vətən uğurunda" "Xocavəndin azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə"medalı ilə təltif edilib.
23.10.2022-ci il.
Vətən müharibəsinin qalib ŞƏHİDLƏRİNDƏN olan İlqar İsmayilovun şəhadətə yüksəldiyi gündən bu yana iki il ötür.
Vətənini Şəhidini sevən,oğulların olmağı bu vətən şəhidlərinin əsla unudulmayacağını və daima yaşadılacağını göstərir.
Şəhid İlqar İsmayılovun ən yaxın dostu,qardaşı,sirdaşı olan Anar Məmmədzadənin redaksiyamıza olan müraciəti üzərinə,şəhidimizin Beylaqanda ailəsi tərəfindən verilən məclisində iştirak etməyi özümüzə borc bildik.
Anar Məmmədzadənin təşkilatçılığı və dəstəyi üzərinə "Zefertv.az xeber saytın təsisçi direktoru Yazıçı Dəniz Rüzgar,Yazıçı Uğuryolutv.az saytın təsisçi direktoru Raziyə Kamilqızı,Şirvan şəhərinin igid şəhidi Röyal Məmmədovun atası Misil Məmmədov" da şəhidin ailəsinin yanında oldu.
İlk öncə açılış məclisi şəhidin yaşadığı evin qapısı önündə və sonra evində başladı.
Ailə üzvlərinin çıxışı hər kəsi kövrəltdi.
ŞƏHİDİN ANASI:Oğlumla qürur duyuram,bütün şəhidlər mənim ovladımdır.
ŞƏHİDİN XANIMI:
Böyük qızım Sara ən böyük təsəllimdir.Çunki onun gözlərində İlqarı görürəm.Bəzən evdə oturanda elə bilirəm ki naryaddadır və harda olsa gələcək.Çox ağır olsada onunla qürur duyuram.
ŞƏHİDİN BACISI:
Qardaş dərdi ən ağır dərddir.Agır olsada qürur duyuram,danışmaq mənim üçün çox çətindir.O nəslimizin tək oğul övladı idi.İlqarsız tək mənə deyil,İlqarsız hər birimizə çətindir.
ŞƏHİDİN DOSTU VƏ SİNİF YOLDAŞI ANAR MƏMMƏDZADƏ:
Çox çətindir,heç bir söz deməklə o insanı tərif edə bilmərəm,bir kəlimə deyim:"O məndən belə yaxşı insan olub"tək istəyim İlqarı hər kəs tanısın....
Bəli, acı və çox çətindir ailələri sevənləri üçün,bir o qədərdə qürurludur.Axi şəhidlər Allah dərgahında secilmişlərdir.
Ailəmizin və sevənlərinin xatirələrindən sonra şəhidimizin məzarı ziyarət edildi,dualar oxundu.Ziyarətdən sonra ailəsi tərəfindən şəhidin adından ehsan süfrəsi açıldı.
Allah ruhunu şad məqamını ucalardan uca etsin.
ZeferTvAz-a istinadən