Reklam
Reklam
Xəbər lenti
Bu gün, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

Ən çox oxunanlar
Reklam
Reklam

Şəhid Həsənov Əsəd (16.04.1988 - 01.10.2020)

Baxılıb: 1 764     Tarix: 21-03-2023 16:35   
Adı: Həsənov
Soyadı: Əsəd
Ata adı: Fərhad
Doğum tarixi: 16.04.1988
Şəhid olub: 01.10.2020
Rütbəsi: Kapitan
“Hüseyn oğlum mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq” deyə son vəsiyyətini yazıb göndərən kapitan Əsəd Həsənov dediyi kimi də etdi. O, şəhidlik zirvəsinə ucalaraq nəinki övladı, bütün Azərbaycanın fəxrinə çevrilən tarix yazan qəhrəmanlarımızdan biri oldu.
Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olub, daha sonra bir zabit olaraq vətən keşiyində dayanıb.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsəd Həsənov   "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunub.
Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.
Şəhidin anası Mələk Həsənova oğlundan fəxrlə və qürurla danışır: “Əsəd uşaq yaşlarından məğrurluğu, qürurlu olması ilə seçilirdi. Orta məktəbdə oxuyanda hərbçi olmaq istəyirəm. Evin tək oğlan övladı olduğu üçün əvvəl bir az israr etdik. Amma o dediyindən dönmədi. Mənə deyirdi ki, sən hərbçi anasısan, mən tək sənin yox, vətənin oğluyam. Biz də onunla hər zaman fəxr etdik."
 Şəhidimiz haqqında zafertv.az xəbər portalına  məlumatı bir daha Şəhidin xalası qızı Xəlilova Qönca verdi .
 
Zefertv.az Məhəmməd Osmanov