“Göyçə Zəngəzur Respublikası”Nın “Prezident”Ləri SAXLANILDI
Baxılıb: 912 Tarix: 11-08-2023 00:19
Özünü “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni “prezidenti”, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir.
Zefertv.az
Xəbəral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil.
Xatırladaq ki, 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilirdi. Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil.
Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan olunub.
2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun Göyçə Zəngəzur Respublikasına rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlandı.
Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etdi.
Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirildi.
Daha sonra Rizvan Talıbovun rəbhər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika prezidentliyi”ndən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın “prezident” elan edilməsi ictimaiyyətdə əlavə çaşğınlıq və suallar yaratdı.
Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Rizvan Talıbovun özünə “yardımçı” elan etdiyi Mehmet Ali Arslan adlı şəxs Türkiyədə və İraqda kürdlərlə bir sıra görüşlər keçirib. Mehmet Ali Arslan “Kürdüstan İslam Ədalət Partiyası”nın rəhbəri Mamusta Ali Bapirlə İraqda görüşüb.
Həmin görüşlərdən fotoları təqdim edirik:
Zefertv.az