Şəkidə Qazilər və Şəhid ailələri ilə bağlı ciddi problemlər var…Bunlar “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı-ŞƏKİ ŞƏHƏRİNDƏ BAŞ TUTAN TƏDBİRİNDƏ DİLƏ GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB
Baxılıb: 774 Tarix: 15-09-2023 19:40
Qazilərlə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları ilə bağlı Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi növbəti-üçüncü tədbir bu dəfə Şəki şəhərində düzənlənib.
Zefertv.az
Tədbir “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, ocümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Etikxeber.az xəbər verir ki, sebtyabrın 11-də Şəki şəhərində-Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutan tədbir iki saatdan çox davam edib.
Tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, “Vətən Naminə” təşkilatının digər təmsilçiləri, o cümlədən Şəkili Qazilər, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları və bəzi Şəhid ailələri iştirak ediblər.
Onu da qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyətindən, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən heç kim tədbirə qatılmayıb.
Bu isə həm “Vətən Naminə” təşkilatının təmsilçiləri, həm də Şəkili Qazilər və Şəhid ailələri tərəfindən ciddi narazılığa səbəb olub, mənfi qarşılanıb.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.
Bir daha qeyd olunub, bir daha diqqətə çatdırılıb ki, əsas məqsəd Qazilərə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etmək, eyni zamanda, problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.
Tünzalə Abduləlimovanın qısa nitqindən-layihə ilə bağlı təqdimatından sonra çıxışlar başlayıb.
Şəkili Birinci və İkinci Vətən Müharibəsi Qaziləri, Şəhid ailələri və digər şəxslər çıxış ediblər.
Qazilərdən Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli, birinci qrup müharibə əlili Polad Mədəni, Gizir, 3-cü dərəcəli “Vətənə xidmət görə” ordenli, üçüncü qrup müharibə əlili Qaçay Abdullayev, Şəhid analarından Rəşad Əhmədovun anası Şərafət Əhmədova və digər iştirakçılar çıxışlarında tənqidlərini, iradlarını, təkliflərini səsləndiriblər.
Onlar Qazilərin, eləcə də Şəhid ailələrinin üzləşdiyi, qarşılaşdığı problemlərindən, xüsusilə, işsizlik problemindən, məmur bürokratiyasından, Şəhid ailələri və Qazilərə diqqət göstərilməməsindən söz açıblar, o cümlədən, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib.
Zefertv.az