QUBADLI FATEHİ RÖYAL MƏMMƏDOV
Baxılıb: 754 Tarix: 26-10-2023 22:17
Vətən!....Bu kəlmə nə qədər mənalı və dərindir.Səslənməsi şirin olduğu kimi,məzmunu,qayəsidə yüksək və hikmətlidir.
Vətəni sevmək,vətən fədaisi olmaq deməkdir.Vətəni sevmək ona səcdagah kimi baxmaq,torpağa öz xalqına qəlbən bağlı olmaq deməkdir.Son dövrlərdə başlanan Qarabağ savaşı göstərdi ki,Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə,onun uğrunda ölümə getməyə hazır olan,igid oğul və qızlarımız çoxdur.Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə,nümunə ola biləcək şərəfli bir iz qoymuşlar.
Bu vətən oğullarından biridə Röyal Misil oğlu Məmmədovdur.
Vətənin dar günündə düşünmədən,qorxmadan canının fəda etdi xalqın azadlığı üçün.
Röyal Məmmədov 12 noyabr 1990-cı il Şamaxı rayon Kürdəmic kəndində anadan olub.
R.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Ikinci Qarabağ müharibəsi şəhididir.
2020-ci il Sentyabrın 27-də Vətən torpaqlarının Erməni stan işğalından azad edilməsi zamanı başlanan İkinci Qarabağ vətən (44günlük)müharibəsində Röyal Məmmədov cəsur və qəhramancasına savaşıb.R.Məmmədov Füzüli,Cəbrayıl və Qubadlı şəhərlərinin azad edilməsində iştirak edib.O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sərancamına əsasən R.Məmmədov medallarla təltif edilmişdir.
Təltifləri:
1."Vətən uğrunda"(15.12.2020)
2."Cəbrayılın azad olunmasına görə"(24.12.2020)
3."Qubadlının azad olunmasına görə"(29.12.2020).
Çox ağır yükdür sənsizlik dərdi
Şərəfli bir yolda yolunu seçdin
Bükülüb üç rəngli şanlı bayrağa
Röyal balam şirin canından keçdin
Zefetv.az"a istinadən
Qeyd edək ki bu gün (26.10.2023) vətən qəhramanı Röyal Məmmədovun şəhadətindən 3 il ötür.Bu gün Röyal sevənlər şəhidin ailəsini tək qoymayıblar,beləki səhər saatlarında Şirvan şəhər şəhidlər xiyabanında ilk öncə şəhidin məzarı ziyarət olunub,dualar oxunub onun döyüş yolundan qəhramanlıqlarında ağız dolusu qürurla danışılıb.
Daha sonra məclis Şirvan şəhərində yerləşən "Şam Qalası"restoranında ailəsi tərəfindən verilən ehsan süfrəsində davam edib.Məclis Azərbaycan Respublikasının dövlət rəmzi olan dövlət himni və qəhraman oğulların xatirəsini yad etməklə açıq elan edilib.
Məclisdə Cənab prezidentin göstərişlərini laiqincə yerinə yetirən daima Şirvan şəhər ailələrinə diqqət və qayğı göstərən Şirvan şəhər icra başçısı cənab İlqar Abbasov və icra nümayəndəliyi,şəhid ailələri,qazilər, Şirvan şəhər N saylı hərbi hissənin komandiri və hərbi heyyəti,media və ictimaiyyət nümayəndələri Röyal sevən hər kəs iştirak edib.Məclisdə Röyal haqqında xatirələrini bölüşən hər kəs onun qəhramanlıqından cəsurluğundan ürək dolusu danışıblar...
Qeyd edilib ki Röyal və onun timsalında olan vətən üçün can verən qəhraman oğullar daima yad ediləcək...
Allah cəmi şəhidlərimizin ruhunu şad etsin.Qarabağ Azərbaycandır
Müəllif:
Ajb üzvü, Zefertv.az Təsisçi Direktoru araşdırmaçı yazar Dəniz Rüzgar
Zefertv.az xəbər portalı