ZƏFƏRƏ GEDƏN YOL
Baxılıb: 896 Tarix: 05-11-2023 18:04
İnsanı vətəninə bağlayan, onun ürəkdən gələn sevgisi və sədaqətidir. Əgər vətənini sevirsənsə sən əsl vətəndaşsan.
Burda şair düz deyib:
"Vətəni sevməyən insan olmaz,olsada o şəxisdə vicdan olmaz".
Biz vətənimizə bağlıyıq, onu sevirik və ona sadiqik.
Hər kəs öz vətən, xalq, torpaq sevgisini, əməllərində fərqli boyutda yaşadır.
Vətəni bədii ədəbiyyatda müxtəlif şairlər öz qələmləri ilə könüllərindən gələn sevgi ilə yaşadır. Azərbaycan bizim doğma yurdumuzdur. Yurdumuzun başı çox bəlalar çəkmiş, yağı düşmən hücumlarına məruz qalmışdır. Amma düşmən vətən oğulları tərəfindən layiqincə cavabını almış və bizə bata bilməyəcəyini qulağına sırğa etmişdir. Can alıb, can qan tökdü vətən üçün oğullar. Onları yaşatmaq, tarixdə əbədi bir yerdə saxlamaq isə qələm əhlinin üzərinə düşdü.
Bu qələm sahiblərindən biri də, vətəninə millətinə qəlbən bağlı olan, Qarabağın suyunu içib, havasını udan şair (və AJB) üzvü Raziyə Kamil qızıdır. O, artıq bir çox kitab müəllifidir və bu kitablar da tarix yazan oğullara olan sevgisini ürək yanğısı ilə qələmə alıb. O, bu gün, 03.11.2023-cü tarixində daha bir kitabı oxucularının ixtiyarına verdi. "Zəfərə Gedən Yol" adının daşıyan bu kitab yenə qəhraman ogulları unutmadı. Bakı şəhər Yasamal rayonunun H.Əliyev Mərkəzində baş tutan "ZƏFƏRƏ GEDƏN YOL" kitabının tıqdimatında Yasamal rayon İcra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, İctimai Birlik sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar, bir çox qonaqlar iştirak ediblər.
Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıq elan edərək, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra isə Ulu Öndər Heydər Əliyevin və qəhraman oğulların xatirəsini ehtiramla yad edildi. Raziyə Kamilqızı öz çıxışında qəhraman oğullar haqqında fikirlərini qələmə almaqdan qürur duyduğunu bildirdi və qeyd etdi ki, illərdi ürəyi Vətən, yurd həsrəti ilə alışıb yanırdı, bu həsrətə son qoyuldu, Qarabağ öz azadlığına qovuşdu, yurd həsrətim bitdi. Zəfər adlı sevinci yaşayıram indi. Daha sonra çıxış edənlər, şəhid ailələri, qazilər, AMEA-nın kimya üzrə fəlsəfə doktoru Zülfiyyə Məmmədova, QMƏSİA İB-nin Yasamal rayon şobəsinin sədri Bəhram Şeydayev, iqtisadçı Arzu Əliyeva, Vətənpərvərlər Maarifləndirmə İB-nin sədr müavini Şəhla Hüseinova və başqaları kitab haqqında müsbət fikirlər bölüşüblər. Sonda xatirə şəkili çəkdirilib. Müəllifə redaksiyamız adından bu şərəfli yolda uğurlar arzu edirik.
Yazar Araşdırmaçı Dəniz Rüzgar