Reklam
Reklam
Xəbər lenti
13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

26-12-2023, 18:17

15-12-2023, 19:48

Ən çox oxunanlar
Reklam
Reklam

"Belə bir xoş niyyəti, xoş məramı bütün qazilərə aid etsinlər" - Asəf Əliyev

Baxılıb: 916     Tarix: 09-01-2024 18:24   
"Lap yaxşı, biz alqışlayırıq, müharibə qazilərinin, şəhid ailələrinin kredit borclarının silinməsini. Amma ayrı-seçkilik etməsinlər"
Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək. Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib. 
"Son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib.
Kredit borclarının silinməsi, kredit faizlərinin dayandırılması bütün qazilərə şamil edilirmi? ABA sədri kimi biz ayrı-seçkilik etmək fikrində deyilik. Lakin, məcburən, məsələyə aydınlıq gətirilsin deyə soruşuruq: “kredit borclarının silinməsi, faizlərin dayandırılması Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri qazilərinə də aiddirmi, yoxsa təkcə İkinci Qarabağ müharibəsi (44 günlük müharibə) və sonuncu anti-terror əməliyyatlarında qazi olanlara aiddir? 

Qarabağ Qaziləri İctimai Birliyinin (onlar qaziləri “kateqoriyalara”, illərə, aylara bölmür - M.R.) sədri Asəf Əliyev “Şərq”ə açıqlamasında Banklar Assosiasiyası sədrinin ayrı-seçkilik salmasını dövlət maraqlarınnın əleyhinə getmək adlandırdı: 

- 1988-ci ildən 1994-cü ilin may ayında imzalanan atəşkəs müqaviləsinədək Vətən müharibəsi – Qarabağ müharibəsi davam edib. Və bu müharibədə minlərlə qəhrəman oğullarımız yaralanaraq qazi olub. İndi Banklar Assosiasiyasının sədri deyir, son anti-terror əməliyyatları zamanı və ondan öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib, qazilərin kredit borclarına hesablanmış faizlər dayandırlılıb. Məcburur biz də “ayrı-seçkilik” edərək bildirək ki, “Birinci Qarabağ Müharibəsi” qazilərinə bu şamil olunmayıb. Bu gün də elə qazilərimiz var, banklara kredit borcları var, kredit borclarına hesablanan faizlər də silinməyib, hətta faizin üstünə əlavə faiz də gəlib. Niyə belə ayrı-seçkilik salırlar? Bütün qazilər Vətən uğrunda döyüşüb, fiziki cəhətdən əlil olub, şərəfli qazi adı qazanıb. Lap yaxşı, biz alqışlayırıq, müharibə qazilərinin, şəhid ailələrinin kredit borclarının silinməsini. Amma ayrı-seçkilik etməsinlər. Belə bir xoş niyyəti, xoş məramı bütün qazilərə aid etsinlər. Bank güzəştlərinə bütün qaziləri cəlb etsinlər.  
A.Əliyev bildirdi ki, fakitiki olaraq hazırda qazi Sadiq Quliyevin banka kredit borcu var, ödəmək imkanında deyil, hər gün kredit borcunun üstünə faiz əlavə olunur: 
- Bu, faktlardan yalnız biridir. Qazilərin kredit borclarının silinməsiylə bağlı dəfələrlə müraciətlər etmişik, müsbət cavab almamışıq. Hətta xahiş etmişik ki güzəştli şərtlər tətbiq edilsin, qəbul etməyiblər, yeni cədvəl açıb, faiz təyin ediblər ki ödənilməlidir. Açıq şəkildə bildiriblər ki ancaq 44 günlük Vətən müharibəsi qazilərinə güzəşt edilir. Belə bir ayrı-seçkilik biz qaziləri üzür, sarsıdır.  
A.Əliyev Azərbaycan Banklar Assosiasiyasına birlik adından müraciət edəcəkləri bildirdi.

Zefertv.az