Reklam
Reklam
Xəbər lenti
13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

26-12-2023, 18:17

15-12-2023, 19:48

Ən çox oxunanlar
Reklam
Reklam

Hüseynova Ziba Sevindik qızı 26 İyun 1968-ci ildə Yevlax rayonun Qoyunbinəsi kəndində anadan olub. İlk ibtidai təhsilini 1975-ci ildə doğulduğu kənd orta məktəbində almışdır.

Baxılıb: 697     Tarix: 29-01-2024 02:53   
Hüseynova  Ziba   Sevindik  qızı  26  İyun  1968-ci  ildə   Yevlax   rayonun   Qoyunbinəsi  kəndində  anadan  olub.  İlk  ibtidai  təhsilini   1975-ci ildə   doğulduğu   kənd  orta  məktəbində  almışdır. 
1985-ci  ildə  həmin  məktəbin  10-cu  sinfini  bitirmişdir. Hələ  orta  məktəbdə  oxuduğu  illərdə  məktəbin  bütün   tədbirlərində  fəal  iştirak  etmiş,  bir  çox  fəxri  fərman  və  tərifnamələrlə  təltif  olunmuşdur.   Ziba  xanımın  muğam  sənətinə  olan  həvəsi  onu  Bakı  şəhərinə  gətirir. O,  burda  Adil  İsgəndərov  adına  musiqi  məktəbində  muğamın  sirlərinə  dərindən  bələd  olan  Respublikanın  Əməkdar  artisti  İsmayıl  Ələkbərovdan   dərs  almışdır.  Ecazkar  muğamların  mahir  ifaçısı  olduğuna  görə  həmin  məktəbin  fəxri  diplomuna  layiq  görülmüşdür.  Respublikada  keçirilən  dövlət  tədbirlərində,  uşaq  evləri  və  qocalar  evlərində  ,o  cümlədən, hərbi  hissələrdə  keçirilən  möhtəşəm  konsert  tədbirlərində  iştirak  etmiş, saysız-hesabsız  sayda  diplomların  sahibi  olmuşdur.
Türkiyənin  Adana,  Sivas, İzmir  şəhərlərində  ədəbi-musiqili  tədbirlərin  iştirakçısı  olmuşdur. Ölkəmizdən  kənarda  da  bir  sıra  fəxri  diplomlara    layiq  görülmüşdür.  Türkiyənin  Sivas şəhərində  işıq  üzü  görmüş  Antalogiya  kitabında  şeirləri  çap  olunmuşdur.       
 ,,Mənim Vətənim" , ,,Bir Yandan boşalıb- dolan dünya" , ,,Xarı Bülbül" , ,,Aprel Döyüşləri",  ,,Könül Dastanı",   ,,Anasız- Atasız Dünya" ,  ,,Sevirəm, Sevmişəm Sevəcəyəm" ,    ,,Dünya Yalan Dünya ", 
,,Ömür yollarında", ,,Qarabağ həsrəti",
 ,,Cahana Sığmazam I-Il hissə" ,,Zirvəyə doğru" ,, Dolub boşaldı dünya" , İlham çeşməsi ,, , ,,Buta" ,,Canım Azərbaycanım" ,,Təbriz-Bakı- El boxçası" ,,Dünyaya yayılsın anamın adı", Sevənlərin dünyası" ,, Məktub" , ,, Ata", ,, İlhamdan ilham aldıq", ,,Qarabağ Azərbaycandır," ,, Seçkin Şairlər-11" Sabit İncenin ,,Türk ve Dünyanın Seçkin Şairleri "
    antalogiya kitablarında, ,,Həkəri "qəzetində , ,,Uğurlu Yol "qəzetində , ,,Müstəqil Azərbaycan , ,,,,Yurd" Jurnalinda və bir çox qəzetlərdə şeirləri dərc olunmuşdur. Həmçinin,,Əsrin Ziyalıları" ensiklopediyası kitabında haqqında geniş məlumat və şeirlərindən nümunələr verilmişdir.
,, İstedad", ,, Şöhrət ", ,, Dostluq Məşəli" , ,,ESİLTV.AZ ", ,,Məhsəti Şairlər Məclisi", ,, Xocalı", Türkiyənin ,, Sivas Yazarlar və Şairlər Dərnəyi ", ,,Çukorova Ədəbiyyatçılar Dərnəyi"nin, o cümlədən, Xalq TV-nin
,,İlhamlı Azərbaycan", ,,Türkiye Müharip Gaziler Dernegi Hatay Şubesi Təşəkkürnamesi",
 QMİB-nin ,, Sazın- sözün butası", İdeal Sülhün Təbliği Fondunun ,, Qalib Sultan" ,, Əsrin Ziyalıları" , AYTV-1 kanalının ,, İlin Ən Yaxşı Şair-müğənnisi", ,,
Siyşad Katılım Belgesi", ,,Sivas Yazarlar ve Şairler Dernegi Katılım Belgesi ", ,,Məhsəti Şairlər Məclisi İctimai Birliyinin İdarə Heyyətinin Qərarına Əsasən Xanəndə -Şairə Ziba Hüseynova Fəxri Diplom" , Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirdiyinə və Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə ,, Dünya Kriminalı" qəzetinin ,, İlin Yazarı", fəxri diplomu, həmçinin,
,,Qızıl Qələm",
,,Yurd" jurnalının
,,Cahana sığmazam" antologiyasındakı şeirlərə görə ,, Nəsimi poeziya diplomu", KİV koordinasiyası və ,,Yurd" jurnalının birgə təşəbbüsü ilə keçirilən rəy sorğusuna əsasən, ,,İlin Nəğməkar Şairi" fəxri diplomuna layiq görülmüşdür.
 ,,Qafqaz Media İctimai Birliyi" tərəfindən ,, İlhamlı Azərbaycan", həmçinin, 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə ,, Heydər Zirvəsi", ,,Xarıbülbül", ,, Vicdanlı Qələm" ,,Cəsarətli Qələm" medallarına layiq görülmüşdür.
 Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.  
Azərbaycan nəşriyyatında ,,Ocaq" qəzetində şöbə müdiri, ,,Yurd Jurnalında Mədəniyyət Şöbə Müdiri və ,,Yeni Xilaskar" qəzetində baş redaktor müavini vəzifəsində işləmişdir. Bir çox publisist məqalələrin müəllifidir. Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzinin üzvü və Mədəniyyət Şurası Sədrininin müavinidir.
 Dövlət Filarmoniyasında, Gürcüstan, Türkiyə, Rusiya, İrandan gələn iştirakçılarla bərabər festifallarda çıxışına görə fəxri diplomlara layiq görülüb . Rəşid Behbudov adına Mahnı Teatrında Şəlalə ansambılı ilə uğurlu çıxışına görə Mahnı Teatrının fəxri diplomuna layiq görülüb.
,, Muğam mənim həyatımdır" ilk şeirlər kitabı 2018-ci ildə ,, Elm və Təhsil" nəşriyyatında işıq üzü görmüşdür.,,Mən Şair Olmazdım", 2-ci şeirlər kitabı 2019-cu ildə, ,,Elm və Təhsil"nəşryatinda işıq üzü görmüşdür. Əsasən, sevgi şeirlərindən ibarət olan ,,Səni Düşünürəm"- adlı 3-cü kitabı, 2022 ci ildə ,Bakı, ,, İmza" nəşrlər evi nəşriyyatında çap olunmuşdur.,,Vətən Sevgisi " 4-cü kitabı 10 May 2023 cü ildə,Bakı , ,,İmza nəşriyyatında çap olunmuşdur. 
,,Şam işığı" və ,,Nur Ocağı" ədəbi birliyinin üzvdür. Adı çəkilən ədəbi birliklərin almanaxlarında da şeirləri işıq üzü görmüşdür.
10.02.2023-il tarixində Azərbaycan ədəbiyyatının poeziya və muğam sahəsində qazandığı uğurlara, vətənpərvərlik ideyalarının təbliğiə görə Azərbaycan respublikası ,, DZMAN" MMC-nin Fəxri Fərmanı ilə təltif edilmişdir
1990-cı ildə ailə həyatı quran Ziba xanım 2 qız, bir oğul anasıdır. 
Həyat yoldaşı Elxan Hüseynov 14.08.2017-ci il tarixində haqq dünyasına qovuşmüşdur.
Ziba   xanım       ,, Qafqaz  Media  İctimai  Birliyi"nin,   Mədəniyyət  şöbəsinin  müdiri və  ,,Dünya  Krminalı " qəzetinin  əməkdaşı    kimi  fəaliyyət göstərir.
Zefertv.az