Reklam
Reklam
Xəbər lenti
13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

26-12-2023, 18:17

15-12-2023, 19:48

Ən çox oxunanlar
Reklam
Reklam

Misirin Qahirə Universitetində Azərbaycan dili dərslərinə başlanılıb

Baxılıb: 493     Tarix: 04-03-2024 16:04   
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir.
Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100 dən çox tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.
Qeyd edək ki, diaspor mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 57 ölkəsindən 600 dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Zefertv.az