Reklam
Reklam
Xəbər lenti
13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

Ən çox oxunanlar
Reklam
Reklam

MÜƏLLİFİ RAZİYƏ KAMİLQIZININ OLDUĞU "CAN QARABAĞ"kitabının təqdimat mərasimi keçirilib.

Baxılıb: 1 147     Tarix: 04-08-2024 13:57   
 Vətən hər kəsin ən zəif nöqtəsidir.Çunki onun hər qarışı doğma,və əzizdir.
Əziz olan o torpağı qorumaq onun üstündə əsmək,biz vətəndaşların vəzifə,vijdan borcudur.Vətən ana qucağı qədər bizə doğmadır.Ana vətən deyirik çünki ana bətnində belə o sevgi bizim damarlarımızda dolanmağa başlayır.Böyüdükcə vətənin nə olduğunu,bizə nə ifadə etdiyini  öyrənirik.Çünki bizə canımızı ona fəda edəcək qədər əzizdir.Hər kəs bir vətəndə böyüyə bilər,amma hər kəs o vətənin vətəndaşı ola bilməz.Vətəndaş olmaq üçün öncə onun hər kiçik daşını belə sevməli qorumalısan.Bizə nəsil-nəsil əmanət edilən,bu vətənə ölüncə sahib çıxmağa,canımızı uğrunda  fəda etməyə hazırıq...İllərdir düşmən tapdağında olan öz halal torpaqlarımız,nəhayət ki,30 il sonra öz yerinə öz doğmalarına qayıtdı.Qayıtdı bəli,bəs kim qaytardı onları,kimin hesabına,kimlərin hesabına biz qovuşduq o torpaqlara.Bunu hər kəs dünya bilməlidir.Qəhraman oğulların,gücü Alibaş Komandanın güclü siyasəti 44 günə bizə azadlıq,qüru bəxş etdi.Can verdilər,can aldılar amma düşmənə bir saniyə belə olsa  göz acdırmadılar.
Ön cəbhədə səngər qurdular öz canları ilə,sipər etdilər sinələrini vətən oğulları, və dünyaya bir dəmir yumruq kimi bir olub  güc göstərdilər.Onların xatirəsini yaşatmaq  isə bizə düşən ən böyük vicdan borcu,şəhid borcu oldu.Aslanın erkəyi dişisi olmaz deyib atalarımız.Bəli arxa cəbhədə öz qələmi ilə,beyin gücü ilə,zehni ilə yazdığı hər cümlədə göz yaşını vərəqlərə tökən,Azərbaycanın qeyrətli xanımı yazar Raziyə Kamilqızıda bu uğurda özünə bir yol,bir amal cızıb.Neçə- neçə qəhramanların xatirəsinə yazdığı kitablar,jurnallar qəzetlər,dövrü mətbuatımızda,cəmiyyətimizdə öz sözünü artıq deyib.Bu gün 02.08.2024-cü il tarixində onu daha bir kitabının təqdimat işığına yığıldı hər kəs.Qarabağlı qızı olduğunu elə bu kitabla bir daha sübut etdi və Qarabağda can verən oğulların kitabına "Can Qarabağ"dedi. Can Qarabağı təmsil edən artıq igid oğulların ruhları və onların əmanətləri oldu.Kitabin işığına ilk səs verən elə o oğulların anaları,ataları,bacıları,canyoldaşları,övladları oldu.Təqdimat mərasimi Azərbaycan Veteranlar birliyinin binasında baş tutdu.Tədbirdə,şəhid ailələri ilə birlikdə ictimaiyyət nümayəndələri,ziyalılar,şəhidsevərlər iştirak etdilər.Tədbir Ulu Öndər Heydər Əliyevin və qəhraman oğulların xatirəsini anmaqla açıq elan edildi.Tədbirin açılışını edən müəllif,qəhramanları tanıtmaqdan,onlardan yazmaqdan qürur duyduğunu böyük sevinclə dilə gətirdi.O qeyd etdiki,bu yolda nə qədər varam yolumu davam edəcəm.Zefertv.az xəbər verir ki,bu müəllifin 18-ci kitabıdır.Tədbirdə çıxış edən şəhid ailələri müəllifi təbrik edib,oğulları adından göstərilən diqqətə görə  təşəkkürlərini bildiriblər.Daha sonra çıxış edən qonaqlar bu yolda müəllifə uğurlar və şəhidlərimizə rəhmət diləyiblər.Tədbirin sonunda kitablar,şəhid ailələrinə təqdim edilib və xatirə fotoları çəkilib.Bizdə zefertv.az adından müəllifə gələcək işlərində müvəffəqiyətlər arzu edirik.Müəllif:Yazar Dəniz Rüzgar (www.zefertv.az)zefertv.az