Reklam
Reklam
Xəbər lenti
13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

Ən çox oxunanlar
Reklam
Reklam

CƏNNƏT ƏTİRLİM

Baxılıb: 701     Tarix: 19-09-2024 08:58   
 Bu gün qəhraman oğul Rasim Oktay oğlu Məmmədovu ziyarətə getdim.Əzəmətli məzarı önündə dayanaraq məğrur duruşlu oğulla  söhbət etdim,ürəyimdən keçən o kəlmələri göz yaşıyla söylədim.
Sanki Rasim mənim sözlərimi dinləyərək gülumsəyirdi.Ölümsüz ruhun qarşısında baş əyirəm igid oğul.
Yurdu yaşatmaq üçün can verənlərdən,Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərə öz adını qızıl qanıyla yazaraq şəhidlik zirvəsinə ucaldı  Rasim Məmmədov.
Allah yolunda şəhid olanlara hələ dünyada olar ikən cənnətə girəcəkləri müjdəsi verildi.Məhz buna görə də hər bir müsəlman Allah yolunda can verməkdən çəkinməz və müqəddəs bildiyi dəyərlər uğrunda qorxmadan mübarizə aparır.Allah yolunda gedən müharibənin iki nəticəsi var:Ya şəhid olurlar,yada qazi: Hər ikisi ən gözəl dərəcələrdəndir və onların qədrin bilən müsəlman heç bir şeydən qorxmadan döyüşə davam edir.
Azərbaycan dövləti asan qazanılmayıb.Bu vətəni xilas etmək üçün mülyonlarla insan mübarizə apard, yüz minlərlə insan şəhid oldu.
Şəhidlərimiz...Minlərlə tanımadığımız demək olar ki ,heç birini ancaq müəyyən hadisələrdə tanımadığımız insanları hər zaman minnətdarıq və minnətdarlıqla xatırlayırıq. Millətimizin yaşamasını, gələcək nəsillərə çatmasını təmin etdi şəhidlərimiz.
Bax şəhidlik belə bir zirvədir,ünvanı əbədiyyətdir.Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik,cəsurluq, müsbət əxlaq,əqidə vardır.Elə ona görə də onlar şüurlu şəkildə ölümü gözə ala biliblər.
Qorxu duymadan,ürəklərində böyük Vətən sevgisi qəhrəmanlıqla  şəhid olan Rasim Oktay oğlu Məmmədov 8 oktyabr 1987 tarixində Bakı Şəhəri,Xətai rayonu ziyalı bir ailədə anadan olmuşdur. Hər zaman vətənpərvərliyi,ədəb- ərkanı  ilə  yaşıdlarından fərqlənir,hər kəsin rəğbətini qazanan bir oğul idi Rasim Məmmədov.Xətai rayonu 254 nömrəli məktəbdə təhsil alıb.Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında ali təhsilə yiyələnib.Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Rasim Oktay oğlu Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023 tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olmub.
Rasim Məmmədovun  mərdliyi,vətənpərvərliyi,hər zamanxeyir sevərliyi, qorxmazlığı hər kəsin yaddasında bir iz salmışdır.Rasim ailəli idi çalışırdı ki,i oğulanları Rüstəmə də Rəsula da örnək bir ata olsun.Bu gün adını tarixə əbədiyyən yazdı Rasim Məmmədov.Uğrunda canını verdiyin vətən torpaqları azaddır!

Doğulanda adını,
Rasim qoydular onun.
O igid hünərinin,
Dəyərini bilirdi
Seçilirdi hər yerdə
Gözəl istedadıyla
Sevirdi vətənini
Rasim erkən yaşından
Ana vətən kəlməsi,
Süzüldü baxışından.
Sevirdi vətənini
Xalqa xidmət edirdi
Öz elmi,kamalıyla
Dünyaya nur saçırdı
Düşüncəsi amalı
Vətənin dar günündə
Yollandı Qarabağa
19sentyabr 2023
Qızıl qanıyla yazdı
Xocavəndin uğrunda
Şəhadətə ucaldı.
Gözləri yollardadı
Hər qapı döyüləndə
Bəlkə gələn balamdı
Deyir Xuraman ana
Sonra sakit oturur
Pıçıltıyla söyləyir
Mənim qəhraman balam
Ay mənim şəhid balam
Səninlə fəxr edib
Mən qürur duyuram
Məzarında rahat yat
Qarabağ azaddır!
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
18.09.2024

Zefertv.az