ƏBƏDİ AND YERİMİZ
Baxılıb: 87 Tarix: 01-12-2024 15:34
Torpaq uğrunda ölən varsa Vətəndir.
Vətən naminə canlarını fəda edən,torpağı vətənləşdirən qəhraman ogullardır.Qəhramanların niyyəti,məqsədi,dönməz iradələri,xalqının,millətinin mənafeyinə xidmət edir.
Bu gün Salyan rayon Şorsulu kəndinin igid qəhraman oğullardan olan Ceyhun Talıbzadənin xatirəsinə həsr olunmuş tədbir keçrildi.
Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Şorsulu kənd Bələdiyyə sədri əvəz edən Elmar Xudiyev Salyan rayon İcra başçısı Rüstəm Xəlilovun salamlarını və baş sağlığını çatdirdı.
Şorsulu kənd İcra nümayəndəsi Qahramanov Fuad şəhid ailələrinə Allahdan səbr dilədi.
Kənd orta məktəbinin müəllimləri Aygün xanım,Rəsmiyyə xanım və Zabit müəllim çıxış etdilər. Vətənpərvər məktəblilər şerlər səsləndirdilər,vətənpərvər musiqilər səsləndirdilər.
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhramanlıq səhifələri ilə zəngindir.Vətən sevgisiylə bizlərin qüruru,vüqarı,fəxri ölməzliyi ilə örnək olan Ceyhun Aqil oğlu Talıbzadə 30.11.1994-cü ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuşdur.Hər zaman vətənini bayrağını sevən Ceyhun Talıbzadə müharibənin ilk günlərində silaha sarılıb torpaqların müdafiəsinə qalxdı.Hərənin öz yol var deyirdi."Mən yolumu seçmişəm.Mənfur düşməndən qisas almasam elə bilərəm ki,Allahım da, valideyinlərinə,gələcək nəsl də məni bağışlamaz.Vətənin,doğma torpaqlarımızın azadlığı üçün canımı belə qurban verərəm..."
Uzun bir döyus yolu keçdi Ceyhun Talıbzadə 18.10.2020-ci il tarixdə qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Ölümundən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "İgidliyə görə",, "Hərbi xidmətdə fərqlənməyə gôrə" medalları və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Ailədə vətənpərvərlik sevgisi o qədər aşılanıb ki,Ceyhun Talıbzadə şəhid olan günü qardaşı Əkbər söyləyirdi mən də Ceyhun kimi şəhid olacam .Məktəbli olan Əkbər qardasının adını daima uca tutacağını və qardaşı kimi daima vətəni sevəcəyini bildirdi.
Tədbirin sonunda şəhid Ceyhun Talıbzadənin məzarı ziyarət olundu.
Vətən sağ olsun.
Raziyə Kamilqızı
Zefertv.az