İstanbul Kartalgücü spor kulübü başkanı ÖZGÜR SUBAŞI: Milli spora herzaman destek olucaz.
����: 22-11-2023, 05:59
İstanbul Kartalgücü spor kulübü başkanı ÖZGÜR SUBAŞI Yaptığı açıklamada:
Bakırköy ilçesinde bulunan İstanbul Kartalgücü spor kulübümüze Kadın spor branşını açarak Kadın liglerinde’de olucaz İstanbul Kartalgücü spor kulübü camiamız olarak Kadın alt yapımızda futbol okulu ögrencilerimizden aidat almayacağız amacımız gençlere spor yaptırmak yanımızda olan desteklerini esirgemeyen sponsorlarımıza teşekkür ederiz dedi.








Zefertv.az
QARABAĞ QAZİSİNİ BU VƏZİYYƏTƏ SALANLAR NİYƏ CƏZASIZ QALIR ? Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi.
����: 22-11-2023, 05:39
Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.



Bu barədə "Zirvetv.az"a müraciət edən Mübariz Quliyev deyib ki, Səbail rayonunda 6 sot torpağı var: "Bu torpaq sahəsini sənədlərində bağlı heç bir problem yoxdur. Bələdiyyə sənədi və evin cizgisi var. Burda xeyli abadlıq işləri gördüm və işıq dirəklərinin yerinin dəyişdirilməsi ilə bağlı müəyyən qurumlara müraciət etdim. Sağolsunlar mənə bu işdə yardımçı oldular. Abadlığa başladığım gündən özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs mənə qarşı təzyiq və təhdid edir. Adamları ilə söz göndərir ki, torpaqda iş görməyim, əks halda tək ayağımı da sındıracaq. Bu təzyiqlərlə bağlı aidiyyatı qurumlara müraciət etsəm də bu adam əksinə daha da irəli gedir. O, vəzifəli şəxsin adından sui-istifadə edərək mənə hədə-qorxu gəlir".
Şikayətçinin sözlərinə görə, gördüyünüz bu yerlər onun tərəfindən abadlaşdırılıb, tikinti işləri aparmaq üçün hasar çəkib: "Hazırda mənə icra hakimiyyətindən təzyiqlər olunur, icra nümayəndəsi o adamın sözü ilə mənə hədə-qorxu gəlir, eyni zamanda Ekologiya və təbii sərvətlər nazirliyindən və digər aidiyyatı olan olmayan qurumlardan gəlib mənim işimi ləngidirlər".
Qarabağ qazisi məsələ ilə bağlı Prezident İlham Əliyevə, eləcə də Daxili İşlər naziriz general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə müraciət edib.
Müraciətdə deyilir:
"Cənab Prezident mən sizin, eyni zamanda Ulu öndər Heydər Əliyevin əsgəri olmuşam. Hər bir zaman çağırışınıza cavab verə biləcək vətəndaşam. Bədənimin bir hissəsini vətənimizin suverenliyi uğrunda fəda etmişəm və digər hissəsini də sizin bir kəlmə bu vətənə qurban verməyə hazıram. Eyni zamanda, daima Ali baş komandan sadiqliyi ilə seçilən, şəhid və qaziləri xüsusi hörmət edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov cənablarına müraciət edirəm. Bu adamlar həyatıma qəsd etmək istəyirlər. Dalımca maşın salırlar, anonim zənglər edirlər, hədə qorxu gəlirlər və burda çalışan işçi heyətinə təzyiqlər edirlər. Başa düşə bilmirəm ki, 6 sot torpağı bu adamlar sanki qızıla döndərib təzyiqlər edirlər. Mənə deyirlər ki, səni yoxlatdıracağıq, əlindən nəyin varsa alacağıq. Mənim əlimdən olan iki əsamı almaq istəyirlər? Cənab prezident, 30 il işğal altında qalan torpaqlarımızla xalqımızla bərabər dəmir yumruqla azat etdiz. Atam, mən və qardaşım qazidir, yaxınlarım şəhiddir. Mənim səsimə səs verməyinizi xahiş edirəm. İnanıram ki, bu haqsızlıq və ədalətsizlik öz yerini tapacaq. Səbail icra nümayəndəliyi iki gündən bir gələrək işimizi ləngidir. Biz hüquqi dövlətdə yaşayırıq. Bu kimi hallar yolverilməzdir. Mənim qonşuluğumda olan hər kəs də evlərini eynilə mənim əlimdə olan sənədlərlə tikiblər".


Zefertv.az
ZƏFƏRƏ GEDƏN YOL
����: 5-11-2023, 18:04
İnsanı vətəninə bağlayan, onun ürəkdən gələn sevgisi və sədaqətidir. Əgər vətənini sevirsənsə sən əsl vətəndaşsan.
Burda şair düz deyib:
"Vətəni sevməyən insan olmaz,olsada o şəxisdə vicdan olmaz".
Biz vətənimizə bağlıyıq, onu sevirik və ona sadiqik.
Hər kəs öz vətən, xalq, torpaq sevgisini, əməllərində fərqli boyutda yaşadır.

Vətəni bədii ədəbiyyatda müxtəlif şairlər öz qələmləri ilə könüllərindən gələn sevgi ilə yaşadır. Azərbaycan bizim doğma yurdumuzdur. Yurdumuzun başı çox bəlalar çəkmiş, yağı düşmən hücumlarına məruz qalmışdır. Amma düşmən vətən oğulları tərəfindən layiqincə cavabını almış və bizə bata bilməyəcəyini qulağına sırğa etmişdir. Can alıb, can qan tökdü vətən üçün oğullar. Onları yaşatmaq, tarixdə əbədi bir yerdə saxlamaq isə qələm əhlinin üzərinə düşdü.
Bu qələm sahiblərindən biri də, vətəninə millətinə qəlbən bağlı olan, Qarabağın suyunu içib, havasını udan şair (və AJB) üzvü Raziyə Kamil qızıdır. O, artıq bir çox kitab müəllifidir və bu kitablar da tarix yazan oğullara olan sevgisini ürək yanğısı ilə qələmə alıb. O, bu gün, 03.11.2023-cü tarixində daha bir kitabı oxucularının ixtiyarına verdi. "Zəfərə Gedən Yol" adının daşıyan bu kitab yenə qəhraman ogulları unutmadı. Bakı şəhər Yasamal rayonunun H.Əliyev Mərkəzində baş tutan "ZƏFƏRƏ GEDƏN YOL" kitabının tıqdimatında Yasamal rayon İcra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, İctimai Birlik sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar, bir çox qonaqlar iştirak ediblər.
Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıq elan edərək, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra isə Ulu Öndər Heydər Əliyevin və qəhraman oğulların xatirəsini ehtiramla yad edildi. Raziyə Kamilqızı öz çıxışında qəhraman oğullar haqqında fikirlərini qələmə almaqdan qürur duyduğunu bildirdi və qeyd etdi ki, illərdi ürəyi Vətən, yurd həsrəti ilə alışıb yanırdı, bu həsrətə son qoyuldu, Qarabağ öz azadlığına qovuşdu, yurd həsrətim bitdi. Zəfər adlı sevinci yaşayıram indi. Daha sonra çıxış edənlər, şəhid ailələri, qazilər, AMEA-nın kimya üzrə fəlsəfə doktoru Zülfiyyə Məmmədova, QMƏSİA İB-nin Yasamal rayon şobəsinin sədri Bəhram Şeydayev, iqtisadçı Arzu Əliyeva, Vətənpərvərlər Maarifləndirmə İB-nin sədr müavini Şəhla Hüseinova və başqaları kitab haqqında müsbət fikirlər bölüşüblər. Sonda xatirə şəkili çəkdirilib. Müəllifə redaksiyamız adından bu şərəfli yolda uğurlar arzu edirik.
Yazar Araşdırmaçı Dəniz Rüzgar
YURDUN QAN YADDAŞI
����: 5-11-2023, 12:33
Can verib torpağa can alan qəhraman oğulların adını yaşatmaq vətəndaşlıq borcumuzdur.

Biz bir millət olaraq azadlığımızı,müstəqilliyimizi vətən oğullarına borcluyuq.
Vətən deyəndə onun sevgisindən ürək döyünür ,qürurlanır insan doğma yurdunun adı çəkiləndə fərəh dolur içinə.
Bizə əmanət olan bu yurdu,canımız bahasına qorumalı,ona sahib çıxmalıyıq...İllərdir həsrət qaldığımız,30il uzaqdan izlədiyimiz doğma torpaqlarımız bizə qəhraman şəhidlərimizin artıq əmanətidir.Biz vətənimizə bağlıyıq ve ona sadiqik.Vətənə xəyanət olmaz.Biz öz sadiqliyimizi vətənpərvərliyimizlə millətimizə olan sevgimizlə sübut edirik.

Bunlardan birini nümunə olaraq sizlərlə bölüşməkdən qürur duyuram.Artıq 3ildirki dayanmadan öz zehni ilə qəhramanlarımızı ürək dolusu sevgi ilə yazılarında yaşadan,AYB və AJB -nin üzvü olan şairə Raziyə Kamilqızının 14.10.2023-cü il tarixində Salyan rayonunun Mərkəzi kitabxanasında "Şəhidlə Şəhidəm"kitabının təqdimatı keçirilib.
Tədbir qəhraman şəhidlərimizin əziz xatirəsini yad etməklə və dövlət rəmzimiz olan himnimizin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Salyan rayon şəhid ailələri,müharibə veteranları,şöbəsinin müdiri Rəşad Kərimov,əməkdar müəllim Allahverdi Piriyev,kitabxananın müdiri Səidə Əliyeva,tarixçi Sahib Həsənov,şair jurnalist Əzizağa Məmmədi,Hacıoğlu restoranlar şəbəkəsinin müdiri Anar Cahangirov,Salyan rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Əliyeva,ziyalılar və məktəblilər iştirak ediblər.
İştirak edənlər qəhrəmanların həyat və döyüş yolundan ürək dolusu danışıblar,tədbirdə 30illik həsrətini çəkdiyimiz gözəl Qarabağ diyarının ecazkar gözəlliyindən ona qovuşduğumuz günün sevincinden qürurla çıxış ediblər.Tədbirin sonunda kitablar müəllif tərəfindən gələn qonaqlara təqdim edilib.Bu məsuliyyəti və qürurlu yolda həmkarıma uğurlar arzu edirəm...
Müəllif:Dəniz Rüzgar
Zefertv.az xəbər saytın rəhbəri Araşdırmaçı yazar.



Zefertv.az
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK TÜRKİYE YÜZYILI TÜRK DÜNYASI'NIN YÜZYILI OLACAKTIR.
����: 30-10-2023, 18:43




Zefertv.az
QƏLƏBƏ RUHLU VƏTƏNİM
����: 27-10-2023, 20:33
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin maliyyə dəstəy ilə , Şəki Rayon İcra Hakimiyyətinin, Şəki rayon Mədəniyyət Mərkəzinin və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə S.Vurgun adına folklor evində “Qələbə ruhlu Vətənim” adlı layihəmizə həsr olunmuş tədbir keçirildi. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı qeyd etdi ki Məclisimiz Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi oldu.
06.09.2023-cü il tarixində , Şəki, şəhərində “Qələbə ruhlu Vətənim” adlı Vətən müharibəsi və Zəfər tarixi mövzusunda yeniyetmə-gənclərin şer, qiraət və mugam müsabiqəsinin iştirakçılarının çıxışları dinləndi .




Müsabiqəyə müraciət edən Şəki rayon üzrə 30 nəfər olmaqla video çəkilişlərinin Münsiflər heyəti tərəfindən dəyərləndirilildi . Şəki rayonu üzrə göndərilmiş video materiallar əsasında Vətən müharibəsi və Zəfər qələbəsinə dair şer qiraəti, şer müəllifliyi, mugam ifaçılığı üzrə , Şəki, rayonundan 9 nəfər olmaqla istedadlı iştirakçılar seçildi. Şəki rayonunda Vətən müharibəsi və Zəfər tariximizlə baglı geniş açılış-təqdimatı keçirildi .9 iştirakçı arasından yarımfinal və final müsabiqəsi keçirilərən nəticələrə əsasən Şəki rayondan seçilmiş 9 iştirakçı arasından hər 3 nominasiya üzrə 1 nəfər olmaqla (Vətən müharibəsinə dair şer qiraəti, şer müəllifliyi və mugam ifası) Şəki rayon üzrə ümumilikdə 1-ci yer üzrə 1, 2-yer üzrə 1 və 3 yer üzrə 1 nəfər olmaqla 9 iştirakçı qalibin diplom və mükafat kuboku ilə qiymətləndirildi.

Tədbiri ilk öncə AYB-nin Şəki bölməsinin Sədri hörmətli Vaqif Aslan öz xeyir duaları ilə tədbirimizə şərəf verdi. Sonra məclisin Sədri Cəvahir Qaraqızı tədbirdə iştirak edənləri salamladı və tədbir haqqında tamaşaçılara məlumat verdi. Qonaqlara xoşgəldin etdi. Azərbaycanda Ədəbiyyatımızın , Mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışdı. Azərbaycan Himni səsləndi
Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
İlk öncə Şəkinin şəhid İsmayılov Elnur valideynləri İsmayılova Elnarə, İsmayılov Arif və Şairə Gülarə İnci səhnəyə dəvət olundu . Münsiflər heyətinin üzvü Filalogiya üzrə Fəlsəfə Doktoru Fəridə Ləmana söz verildi .Cəvahir Qaraqızı Fəridə xanımı 70 illik yubileyi münasibəti ilə təbrik etdi ona can sağlığı uğurlar arzuladı Azərbaycan milli dəyərimiz olan baş örtüyü hədiyyə etdi. Tamaşaçılar isə Fəridə xanıma gül dəstəsi bağışladı. Fəridə xanım gül dəstəsini Şəhid Elnur İsmayılovun anası Elnarə xanıma bağışladı . Şəhid valideynləri təşəkkür etdilər. Gülarə xanım İnci Məhsəti ŞM-nin Heydər Zirvəsi Diplomu ilə təltif olundu. Daha sonra Cəvahir Qaraqızı Şəhidlər şeirini söylədi.Qiraətçi Gülnur İsmayılova şeiri gözəl qiratlə söylədi. Qətibə Salmanova çox ustalıqla muğam ifa eylədi .Münsiflər heyətinin üzvü Natiq müəllim, Mərkəzi kitabxanaın əməkdaşı qiraət ustası Dilbər Yaqubova çıxış etdilər . Şair, aktyor , qiraət ustası Elvin Nuriyə söz verildi . Onun söylədiyi şeir həm münsiflər heyətinin həm də tamaşaçıların rəğbətini qazandı.Daha sonra xanəndə Fərid Siracəddin,Şair Zaur İlham,Qiraətçi Səma Abdullayeva maraqlı çıxışlar etdilər.
Xanəndə Qasımov Nurlan,Qiraətçi Abdullayeva Aylin,şair Valeh Hüseyn, Şəki mədəniyyət mərkəzinin metodisti Nazilə Həmid qızı, şairə Əfsanə Rəvan, xanəndə Muradlı Ayxan,qiraətçi İlahə Kərimlinin da çıxıları maraqla qarşılandı . Şairə Qönçə,xanəndə Mehdiyev Elnur,Qiraətçi Babazadə Banu da alqışlarla qarşılandı. Qiraətçi Alxasov Seyhun , həvəskar şair Aslanlı Mehran ,qiraətçilər Xalıqova Səbinə, Məmmədov Elcan , Xanəndə Adəm çox gözəl ifaları ilə hamını heyran qoydular.Tamaşaçıların xahişi ilə xanəndə Salmanova Qətibə dünya şöhrətli Zeynəb Xanlarovanın repertuarından “Məhbubə” mahnısını çox böyük ustalıqla ifa etdi . Xanəndə Vəsilə Quliyeva , Natiq müəllim , Tərlan müəllim şair Pərvanə Kələğayı Dilbər Yaqubovə Məhsəti ŞM-nin diplomlarına layiq görüldülər.
Müsabiqədə kubok qazanan iştirakçılar aşağıdakılardı: Muğam üzrə 1-ci yer Salmanova Qətibə
2-ci yer Mehdiyev Emin
3-cü yer Muradov Ayxan
Şəki rayonu Vətən müharibəsi və Zəfər qələbəsinə dair
şer müəllifliyində 1-ci yeri pedaqoq - şair Zaur İlham
2-ci yer Əfsanə Rəvan
3-cü yer Aslanlı Mehran
Qiraət üzrə 1-ci yeri aktyor , şair Elvin Nuri
2-ci yeri İsmayılova Gülnur
3-cü yer Abdullayeva İlahə
Tədbirin boyu müsabiqədə iştirak edən bütün iştirakçılar Məhsəti ŞM-nin “Heydər Zirvəsi Diplom”u və “Məhsəti ŞM Fəxri Diplom”ları ilə təltif olundular . Fəridə xanım Ləman iştirakçılara öz kitabını hədiyyə etdi .Tədbirdə həm də Cəvahir Qaraqızı Məhsəti Gəncəvinin ruhuna ehtiramla onun rübailərini səsləndirdi . Sonda xanəndə Vəsilə Quliyeva öz gözəl muğam ifası ilə alqışlarla qarşılandı . Tədbiri yekun sözü ilə Məhsəti Şairlər Məclisi İB-Sədri Cəvahir Qaraqızı, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin Sədrinə və bütün üzvlərinə ,Şəki Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Usubova , Zərinə xanıma , Sadiq bəyə, Ağəli bəyə ,Dilbər xanıma, Tərlan müllimə, Natiq müəllimə , Nazilə xanıma Fəridə xanıma, Vəsilə xanıma S.Vurğun adına Şəki Folklor evinin rəhbəri Şahmar Əsədova və tədbirdə əməyi keçən hər kəsə bütün iştirakçılara və tamaşaçılara öz dərin təşəkkürlərini bildirdi. Tədbir boyu musiqimizi tarda ifa edən Rəcəb müəllim,Səxavət nüəllim,Orxan müəllim , kamançada ifa edənlər Soltan müəllim, Babək müəllim, səs operatou Cavidana , Vaqif İbrahim adına Şəki folklor evinin Direktoru Rövzət müəllimə, Kameraman Rauf və fotoqrafa də də öz dərin təşəkkürünü bildirdi . Bütün müsabiqə iştirakçıları səhnəyə gəlib xatirə rəsmi çəkdirdilər və tamaşaçılarla sağollaşdılar.



Məhsəti Şairlər Məclisi İB-nin müxbiri Radə Dursun qızı
Zefertv.az
QUBADLI FATEHİ RÖYAL MƏMMƏDOV
����: 26-10-2023, 22:17
Vətən!....Bu kəlmə nə qədər mənalı və dərindir.Səslənməsi şirin olduğu kimi,məzmunu,qayəsidə yüksək və hikmətlidir.

Vətəni sevmək,vətən fədaisi olmaq deməkdir.Vətəni sevmək ona səcdagah kimi baxmaq,torpağa öz xalqına qəlbən bağlı olmaq deməkdir.Son dövrlərdə başlanan Qarabağ savaşı göstərdi ki,Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə,onun uğrunda ölümə getməyə hazır olan,igid oğul və qızlarımız çoxdur.Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə,nümunə ola biləcək şərəfli bir iz qoymuşlar.
Bu vətən oğullarından biridə Röyal Misil oğlu Məmmədovdur.
Vətənin dar günündə düşünmədən,qorxmadan canının fəda etdi xalqın azadlığı üçün.
Röyal Məmmədov 12 noyabr 1990-cı il Şamaxı rayon Kürdəmic kəndində anadan olub.
R.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Ikinci Qarabağ müharibəsi şəhididir.
2020-ci il Sentyabrın 27-də Vətən torpaqlarının Erməni stan işğalından azad edilməsi zamanı başlanan İkinci Qarabağ vətən (44günlük)müharibəsində Röyal Məmmədov cəsur və qəhramancasına savaşıb.R.Məmmədov Füzüli,Cəbrayıl və Qubadlı şəhərlərinin azad edilməsində iştirak edib.O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sərancamına əsasən R.Məmmədov medallarla təltif edilmişdir.
Təltifləri:
1."Vətən uğrunda"(15.12.2020)
2."Cəbrayılın azad olunmasına görə"(24.12.2020)
3."Qubadlının azad olunmasına görə"(29.12.2020).
Çox ağır yükdür sənsizlik dərdi
Şərəfli bir yolda yolunu seçdin
Bükülüb üç rəngli şanlı bayrağa
Röyal balam şirin canından keçdin

Zefetv.az"a istinadən
Qeyd edək ki bu gün (26.10.2023) vətən qəhramanı Röyal Məmmədovun şəhadətindən 3 il ötür.Bu gün Röyal sevənlər şəhidin ailəsini tək qoymayıblar,beləki səhər saatlarında Şirvan şəhər şəhidlər xiyabanında ilk öncə şəhidin məzarı ziyarət olunub,dualar oxunub onun döyüş yolundan qəhramanlıqlarında ağız dolusu qürurla danışılıb.
Daha sonra məclis Şirvan şəhərində yerləşən "Şam Qalası"restoranında ailəsi tərəfindən verilən ehsan süfrəsində davam edib.Məclis Azərbaycan Respublikasının dövlət rəmzi olan dövlət himni və qəhraman oğulların xatirəsini yad etməklə açıq elan edilib.
Məclisdə Cənab prezidentin göstərişlərini laiqincə yerinə yetirən daima Şirvan şəhər ailələrinə diqqət və qayğı göstərən Şirvan şəhər icra başçısı cənab İlqar Abbasov və icra nümayəndəliyi,şəhid ailələri,qazilər, Şirvan şəhər N saylı hərbi hissənin komandiri və hərbi heyyəti,media və ictimaiyyət nümayəndələri Röyal sevən hər kəs iştirak edib.Məclisdə Röyal haqqında xatirələrini bölüşən hər kəs onun qəhramanlıqından cəsurluğundan ürək dolusu danışıblar...
Qeyd edilib ki Röyal və onun timsalında olan vətən üçün can verən qəhraman oğullar daima yad ediləcək...
Allah cəmi şəhidlərimizin ruhunu şad etsin.Qarabağ Azərbaycandır
Müəllif:
Ajb üzvü, Zefertv.az Təsisçi Direktoru araşdırmaçı yazar Dəniz Rüzgar





Zefertv.az xəbər portalı
Şairlərimiz ” Atatürk ” və ” Turan Birliyi” beynəlxalq medalları ilə təltif olundu
����: 26-10-2023, 13:57
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış teleradio-jurnalist, şair-publisist Mübariz Süleymanlı qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Çukuroba Ədəbiyyatçılar Birliyinin təsis etdiyi “Atatürk” Beynəlxalq medalı və Mərkəzi Asiya “Yeni Avaz” Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” fondunun təsis etdiyi “Turan Birliyi” Beynəlxalq medalları ilə təltif olunub. Azərbaycanın digər şairləri-Mikayıl Bozalqanlı, Elman Tovuz, Arzu Nehrəmli və Nəcibə İlkin isə “Turan Birliyi” Beynəlxalq medalı ilə təltif olunublar.

Ödülləri ölkəmizdə səfərdə olan Qırğızıstan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi,
Mərkəzi Asiya ”Yeni avaz” Yazıçılar və Tarixçilər Birliyinin sədri, Əmir Teymur fondunun rəhbəri Joldoşbek Akılbeyoviç Monoldorov və bu təşkilatların türk respublikaları üzrə baş koordinatoru İlqar Türkoğlu təqdim ediblər.
Elman Tovuz ocağında keçirilən gecənin aparıcısı şair Mübariz Məsimoğlu türk xalqlarının ortaq dilindən, eyni soy-kökə malik olmasından danışdıqdan sonra sözü iki medal alan jurnalist-şair Mübariz Süleymanlıya verib. Natiq çıxışında son illər türk dövlətləri birliyinin daha da sıx əlaqələrindən bəhs edib, qardaş Qırğızıstandan gələn qonaq Joldoşbek Monoldorova və İlqar Türkoğluna təşəkkürünü bildirib.
Digər çıxış edən şairlər Mikayıl Bozalqanlı, Elman Tovuz, Nəcibə İlkin, Arzu Nehrəmli türkün qədim tarixindən, folklor və incəsənətindən danışıblar .
Qonaq qismində iştirak edən şairlər Ayaz Arabaçı, Arzu Əsəd, professor Nazim İmamverdiyev, əməkdar mühəndis Zakir Mirzəyev, jurnalist İnqilab Əbilov qələmdaşlarını təbrik etdikdən sonra türkün zəngin ədəbiyyatına tövhələr verən dühalardan sitatlar gətirib, türk xalqlarının poeziyasının bəşəriliyindən söhbət açıblar.
Ədəbi-bədii gecəyə rəng qatan gənc aşıq Şəhriyar Kərimov gözəl ifaları ilə məclisi daha da rövnəqləndirib.

YER YÜZÜ ONUR ÖDÜLÜ TÖRENİ GERÇEKLEŞDİ
����: 26-10-2023, 13:29
Yüzüncü yılın anlam ve önemine yaraşır görkemli kutlamalar, etkinlikler devam ediyor.

Ödüller sahiplerine kavuşdu.

ÖDÜL SPONSORLARINDAN OLAN; Engellilerin manevi ablası; ŞEYDANUR HANIM ve NUR PLAKET destekleri ile insanlardan çok büyük teşekkür aldı.
Bizde haber ajansı olarak her kese ayrı ayrı teşekkür ediyoruz..



Zefertv.az
YER YÜZÜ ONUR ÖDÜLÜ TÖRENİ GERÇEKLEŞDİ
����: 26-10-2023, 01:20
Yüzüncü yılın anlam ve önemine yaraşır görkemli kutlamalar, etkinlikler devam ediyor.

Sunucusu - Gazeteci/ yazar İsmet TAŞ Olan, sponsorlardan olan MAGE ESPRESSO değerli insanları mekanında misafir etdi . ÖDÜL TÖRENİ bir çok tanınan kişilerin katılımıyla gerçekleşdi.
Ödüller sahiplerine kavuşdu.

ÖDÜL SPONSORLARINDAN OLAN; Engellilerin manevi ablası; ŞEYDANUR HANIM ve NUR PLAKET destekleri ile insanlardan çok büyük teşekkür aldı.
Bizde haber ajansı olarak her hese ayrı ayrı teşekkür ediyoruz..

Zefertv.az