İmişlidə şəhid Hakim Bəşirovun doğum günündə xatirəsi anılıb.

Xocalı Soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.Zefertv.az Məhəmməd Osmanov

CANDI ŞƏHİD


Zefertv.az
Kazakların Milli Qəhrəmanı Üzeyir Vahabov ölkəmizdə rəsmi səfərdə .
Bu gün Xocalı soyqrımının 30 illiyinə həsr olunan gecədə marşal Üzeyir Vahabov xalqımızın başına gətirilən vəhşiliklərdən danışıb, faciəni törədənləri pisləyib.Daha sonra O Ukrayna- Azərbaycan dostluq əlaqələrin tarixindən bəhs edib,ölkələrimiz arasında iqtisadi-siyasi və mədəni əlaqələrin geniş büsət almasını alqışlayıb.Görüşdə ali qonağın Azərbaycan, Türkiyə və Gürcustan respublikaları üzrə səlahiyyətli nümayəndəsi Mübariz Süleymanlı və marşalın adyutantı Ukrayna Müdafiə Nazirliyinin zabiti,kazak kapitanı Timur Ovsiannikov da iştirak ediblər.Qeyd edək ki,5 mindən çox kazak zabit heyətinə rəhbərlik edən həmyerlimiz Kazak Marşalı Üzeyir Vahabov əslən Azərbaycanlıdır.Gecədə digər çıxış edən natiqlərdən Şəhid ailələrinə və Qazilərə dəstək İctimai Birliyinin sədri Ceyhun Ağayev,şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım,yazıçı publisist Azər Hacıbəyli ,jurnalist Rəsmiyyə xanım,tərəqqi medal mükafatçısı Nəzakət Əhmədova,dörd kitab müəllifi Uğur yolu tv.az saytının təsisçisi Raziyə Kamilqızı da erməni vandallarının törətdiyi vəhşilikləri pisləyiblər.Sonda Qaradağ rayon məktəblisi 3 cü sinif şagirdi Səma Əliyeva vətənpərvərlik mövzusunda şeirləri bu səsləndirib.Sonda Şəhid Ailələri və Qazilərə Dəstək İctimai Birliyinin sədri Ceyhun müəllim cənab marşal Üzeyir Vahabovu, Raziyə xanımı,vətənpərvər könüllüləri İctimai birliyin döş nişanları ilə təltif etdi.Bizdə Zəfər TV .az saytı olaraq Raziyə xanıma gələcək işlərində uğurlar diləyirik.


Zəfər TV
QƏHRƏMAN BÖYÜDƏN ATA

TARİX YAZAN İGİDLƏR.






Zefertv.az
QƏHRƏMANLAR YETİŞDİRƏN XALQIM




Zefertv.az
İmişli rayonunda şəhid ataları ziyaret olundu.

ŞƏHİD ANILAR VƏTƏN TANINAR.

Bu gün şəhid Sarıyev Maarif Əlmusa oğlunun şəhadətindən 20 il ötür.Şəhidimiz Hacıqabul rayon Qubalıbaloğlan kəndinin igid və qəhrəman oğludur..Bu gün şəhidimizin qardaşı Zaur Sarıyevin dəvəti ilə şəhidimizin anım günündə onun ailəsinin yanında olduq.İlk öncə şəhidimizin təhsil aldığı şəhid Rahim Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbini və şəhidimizin adına verilən 5-ci siniflərin sinfini ziyarət etdik..Məktəbin hər guşəsində şəhidlərimizin plakatları yerləşdirilmişdir.Təsadüfə baxın ki,tarix dərsi zamanı sinfi ziyarət etdik və tarixə ad qoyan şəhidimizi böyük ehtiramla yad etdik.Şəhidimizin xatirəsini yad etmək üçün bir neçə qonaqlarda uzaq məsafələr qət edərək tədbirdə iştirak etdilər.Bunlardan "Şirvan şəhər şəhidimiz Röyal Məmmədovun atası Misil bəy,Neftçala rayon məzarı belə olmayan Milli qəhrəmanımız şəhidimiz Rövşən Baloğlan oğlu Ağamalıyevin bacısı İlhamə xanım,Binəqədi rayon şəhidimiz Rəşad Cəfərzadənin bacısı Nübar xanım,Məzarı belə olmayan Milli qəhrəman şəhidimiz Xəqani Aslanovun oğlu Sadiq Aslanov,İllərini şəhidlərini tanıtmağa həsr edən 6-7 ildir ki qapı-qapı gəzərək şəhid məzarlarını ailələrini ziyarət edən Vətən Sevdalısı Həsənov Ravin və vətənpərvər gənc şair Fərid Fəryad da şəhidimizin ailəsini tək qoymadılar..Məktəbdə şəhidimizin adına ayrılan sinifdə təhsil alan balaca vətənpərvər şagirdlər tərəfindən şəhidimizin xatirəsinə zamanca kiçik amma mənəvi cəhətdən böyük olan şeirlər və kompazisyalar səsləndirildi.Məktəbdə şagirdlər önündə çıxış edən qonaqlar onlara şəhidlərmizi unutmamağı vətənmizə laiqli övladlar olmağı tövsiyyə etdilər.Şagirdlərin tarix dərsində şəhidimizin anım günündə onun şəkli olan döş nişanlarını taxmaları iştirak edən şəhid ailələrini və qonaqları çox qürurlandırdı və kövrəltdi...Şagirdləri vətənpərvər ruhda böyütməklərinən danışan tarix müəllimələri hər zaman bu ənənəni davam etdirəcəklərini söylədi..Məktəbdən çıxışdan sonra şəhidimizin ocağına (evinə) yol alan qonaqlar şəhidimizin anasınada baş sağlığı verməyi unutmadılar..Evdə şəhidin yaxınları,kənd camaatıda ailənin başına toplaşmışdı.Şəhid haqqında xatirələrini bölüşən şəhidimizi n anası,sonra qonaqları oğlu üçün açılan ehsan süfrəsi dəvət etdi.Bütün şəhidlərimiz üçün dualar oxundu.Ehsandan sonra şəhidimizin məzarı ziyarət edildi.Allah rəhmət etsin.Bizdə hər zaman olduğu kimi "Zefertv.az"olaraq bacardığımız qədər şəhid ailələrimizi tək qoymamağa çalışırıq...Zəfərə addım-addım...
Rəhbər:Dəniz Rüzgari



zefertv.az
Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva istedadlı qadın rəssamla görüşüblər.
Azerbaycan-turkiye.az xəbər verir ki, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva rəssam Sahilə Rəxdari ilə görüşüb. Görüşdə Sahilə Rəxdari uğurları, problemləri, yeni yaradıcılıq planları, eləcə də, Azərbaycanda rəssamlıq sənəti və qadın rəssamların tohfələri mövzusunda fikir mübadiləsi aparılıb. Rəssam 2021-ci ildə Mədəniyyət Komitəsinin və əlaqədar qurumların xətti ilə keçirilən sərgilərin incəsənət ictimaiyyətinin genis marağına və rəğbətinə səbəb olduğunu söyləyib. Komitə sədri rəssama Qarabag motivli xatirə hədiyyəsi bağışlayıb, ona yeni yaradıcılıq uğurları diləyib. Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.












�����������
���������: