Helikopter qəzaya uğradı,ölənlər və yaralananlar var.
Qurumlar bildirib ki, qəza nəticəsində helikopterin heyəti arasında ölənlər və yaralananlar var.Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerində olduğu, hadisə ilə əlaqədar birgə araşdırmanın aparıldığı açıqlanıb.
Rəsmi açıqlamada əksəriyyəti yüksək rütbəli zabitlər olan heyət üzvlərindən ölən və yaralananların olduğu bildirilir. Qəza zamanı helikopterdə olan hərbçilərimizin siyahısı AFN-ə məlumdur. Həmin siyahını təqdim edirik:
Polkovnik Füzuli Cavadov
Polkovnik leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mayılov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Süleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
İşçi Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev

Polis - Vicdanlı xidmət.

Azərbaycan Mediası
Məhəmməd Osmanov .
Şəhid Murad Yusif oğlu İbadov
Daha bir igid oğulun,vətənə olan sevgisinin şəhadətlə sonlandığı o gündən bu yana tam bir il ötür.İkinci vətən müharibəsində,44 günlük haqq savaşında,30 ilə yaxın erməni işğalı altında olan, müqəddəs torpaqlarımızın azad edilməsində canla-başla döyüşərək,şəhadətə ucalan Baş Leytenant İbadov Murad Yusif oğlundan söhbət açacağıq.Murad Yusif oğlu İbadov 29.12.1993-cü ildə,Qobustan rayonunun Cəyirli kəndində anadan olub.2000-2009-cu illərdə doğulduğu kəndin Rasim Hüseynov adına tam orta məktəbində,2009-2011-ci illərdə isə,Ayaz Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb.2011-2015-ci illərdə,Ulu Öndər Heydər Əliyev adına,Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)ali hərbi təhsil alıb.Subay idi.
Murad İbadov 2015-ci ildən Azərbaycan Silahli qüvvələrinin sırasında xidmət edib.2016-cı ildə Bərdə rayonunda yerləşən,1-ci Ordu Korpusunda xidmət edib.2016-cı ilin,2-5 aprelində baş verən,"Aprel"döyüşlərində qəhrəmancasına iştirak edib.
Azərbaycan ordusunun Baş Leytenantı olan,Murad Yusif oğlu İbadov 2020-ci il sentyabır ayının 27-də Azərbaycan silahlı qüvvələri tərəfindən,30 ilə yaxın Mənfur düşmanlarımız, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün,başlanan "Vətən Müharibəsi"zamanı,Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğurunda gedən döyüşlərdə qəhramancasına savaşıb.
Döyüşə qatılan İgid Murad Suqovuşan istiqamətində,gedən qızğın savaşda düşmənin xeyli sayda,canlı qüvvəsini və texnikasını məhv edib.Murad İbadov Ağdərə istiqamətində gedən döyüşlərdə mühasirəyə düşərək ağır yaralanıb.Ancaq o yaralı olduğuna baxmayaraq,son nəfəsinə kimi düşmənlə mübarizə aparıb və oktyabırın 15-də,Ağdərə istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.O 36 gün neytral bölgədə qaldıqdan sonra,ailəsinə təhvil verilib.Baş Leytenant İbadov doğulduğu Qobustan rayon Cəyirli kəndində dəfin olunub.
20.11.2021-ci bu gün onun şəhadətindən 1 il ötür.Bizdə "Zefertv.az"kollektivi olaraq ailəmizin yanında olmağı,şəhidimizin xatirəsini yad etməyi özümüzə borc və şərəf bildik.
İlk öncə Muradın təhsil aldığı məktəbi ziyarət edərək ona dərs keçən,təhsilində böyük dəstək olan müəllimləri ilə həm söhbət olduq.Məktəbdə şəhidlərimizin adına ucaldılmış abidələr və güşələr daha çox diqqətimizi çəkdi.Bu onu göstərirki, məktəb rəhbərliyi və müəllim heyyəti həqiqətəndə millətinə xalqına bağlıdır.Məktəbliləri vətənpərvər bir ruhda böyüdürlər.Sinif otaqlarına şəhidlərimizin adının verilməsi isə,böyük bir alqışa laiqdir.Məktəbdən çıxıb yolumuzu şəhidimizin məzarına tərəf saldıq.Məzar önündə Muradın xatirəsini yad etmək üçün tədbir hazırlanmışdı.
Tədbirdə:Qobusta RİH-in başçısı Adil Məmmədov,general Gəray Bağırov,Hərbi komissar İxtiyar Əhmədov,Bələdiyyə sədri Aynur Axundova,Qobustan rayon Yaşar Sadıqov adına Çalov kənd məktəbinin direktoru Nemət Alcanlı,Qobustan rayon Ayaz Quliyev adına Cəyirli kənd orta məktəbinin direktoru Mais Əliyev,Qobustan rayon Rasim Hüseynov adına Cəyirli kənd orta məktəbinin direktoru və Vətən müharibəsinin iştirkaşçısı Azadə Buğday müəllim,kənd ictimaiyyəti və bir çox qonaqlar iştirak ediblər.İştirakçılar şəhidimiz haqqda öz xatirələrini bölüşüblər.Sonra Məktəblilər tərəfindən vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.Tədbir şəhidimizin evində onun üçün açılan ehsan süfrəsilə davam edib.Şəhidimizin ruhuna dualar oxunub.Sonda ailə üzvüləri gələn qonaqlara,Muradı yad edənlərə öz təşəkkürlərini bildiriblər.Bizdə bütün şəhid ailələrimizə dərin hüzünlə baş sağlığı veririk...ŞƏHİDLƏR ÖLMƏZ....VƏTƏN SAĞ OLSUN!!





Zefertv.az
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU GENEL BAŞKANI HAKAN AKTÜRK;24 KASIM ÖGRETMENLER GÜNÜ MESAJI YAYIMLADI.


zefertv.az Muhammed Osmanlı
ŞANLI SƏHİFƏ





Zefertv.az-a istinadən. "NİYE KIZIYORUZ Kİ? "Deyib,anlatdı ..


Yazar Suleyha Kara
Zefertv.az Muhammed Osmanlı
Şəhidin Var Vətən ! (16 noyabr)
Müdafiə Nazirliyin rəsmi saytına istinadən yayılan xəbərə görə( mod.gov.az ) ,əməliyyatlar zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub: - leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
www.mod.gov.az
Zefertv.az Məhəmməd Osmanlı
Şəhid Şamil Xançoban oğlu Əliyev (Fizuli r.)
Nə gözəldir,illərdir həsrətini çəkdiyimiz o dilbər güşəli torpaqlara qədəm qoymaq.Bir gözümüz gülür çünki artıq biz doğma torpaqlarımıza qovuşub bütün dünyaya gücümüzü sübut etdik.Bir gözümüz ağlayır,çünki 3000 igid oğullarımızı itirdik.Cismən itirsəkdə ruhən daima bizim qəlbimizdə yaşayacaqlar.
Şəhid Əsgər Əhmədkişi oğlu Əhmədov (Quba r.)
Bu dəfəki görüşümüzün qəhramanı Quba rayonun fəxri,Baş Çavuş Şəhid Əsgər Əhmədkişi oğlu Əhmədov oldu.Şəhidimiz ailəli idi.Ondan bizlərə əmanət 2 övladı,Özcan və Ömər qalıb.Əminik ki, onlar elə kiçik yaşlarından ataları ilə qürur duyurlar.09.11.2021 ci il şəhidimizin şəhadətə yüksəldiyi gündən bir il ötdü.İllər ötsədə onlar daima Azərbaycan xalqının qəlbində əbədiyyən yaşayacaq və daima xatırlanacaq.Qarabağ Azərbaycandır.
zefertv.az
"Leyli Və Məcnun" tamaşası Keçirildi (Gulzar Ferecova)

Muğam Televiziya Müsabiqəsinin diplomantı
Gülzar Fərəcova (Leyli)
Azərbaycan Respublikasının Əməkdar artisti
İlkin Əhmədov (Məcnun )
Cahangir Qurbanov (Nofəl)
Nurlan Namazov (İbn Salam)
Aytən Məhərrəmova (Leylinin Anası )
Afaq Ağayeva (Məcnunun Anası )
Mütəllim Dəmirov (Məcnunun Atası )
Sevil Hacıyeva (Əməktar incəsənət xadimi , tamaşanın dirijoru )


Zefertv.az













�����������
���������: