Reklam
Reklam
Xəbər lenti
16-02-2026, 16:28

15-02-2026, 23:37

10-01-2026, 15:18

19-12-2025, 10:34

30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

Ən çox oxunanlar
Reklam
Reklam

Muhamməd Osmanlı: Milli Dəyərlər və Şirvandan Anadoluya Uzanan Tarixi Köklər

����: 15-02-2026, 23:37
Ölkə.az xəbər portalının İçərişəhərdə, qədim Cümə məscidinin yaxınlığında keçirdiyi video-sorğunu araşdırmaçı-yazar, Türkiyədə fəaliyyətdə olan aktyor Muhamməd Osmanlı cavablandırıb. Söhbət zamanı o, həm milli mənəviyyat, həm də qarşıdan gələn bayramlarla bağlı fikirlərini bölüşüb.
 Gündəmdə olan mövzulara münasibət bildirən Muhamməd Osmanlı, mənəvi prinsiplərini belə ifadə edib: “Düzünü deyim, mən bu günü (14 fevral) qeyd etmirəm. Mən Ramazan günlərini gözləyirəm, bir neçə günə artıq Ramazan bayramıdır. Qarşıdan isə Novruz bayramı gəlir.” O, jurnalistləri qarşıdan gələn mübarək bayramlar münasibətilə təbrik edib.
 Qeyd edək ki, Muhamməd Osmanlının mənsub olduğu şəcərənin kökləri Azərbaycanın qədim dövlətçilik mərkəzi olan Şamaxı-Şirvan bölgəsinə, Şirvanşahlar irsinə və daha qədim Alban-Türk köklərinə dayanır. Tarixi mənbələr Türk millətinin nə qədər qədim və köklü bir keçmişə malik olduğunu sübut edir.
 Xüsusi olaraq vurğulamaq lazımdır ki, həm bu şəcərənin kökləri, həm də 1299-cu ildə Osmanlı dövlətinin əsasını qoyan Osman Qazi və 1453-cü ildə İstanbulu fəth edən Sultan Fateh Mehmed ortaq bir ulu qaynağa – Oğuzun Kayı boyuna mənsubdurlar. Bu bağlılıq, Türkün tarix səhnəsindəki sarsılmaz yerini və mənəviyyatın dəyişməzliyini nümayiş etdirir.
 Muhamməd Osmanlının Soy Xətti (Tarixi Xronologiya):
Ailə şəcərəsinin xronoloji hərəkət marşrutu və tarixi dövrləri aşağıdakı kimidir:
 1300-cü illər: Muhamməd Osmanlının ulu babalarının elm və ticarət sahəsində fəaliyyət göstərən nüfuzlu bir nəsil kimi formalaşdığı dövrün başlanğıcı.
 1700-cü illərdən bu günə: Soy xəttinin Şirvandan Muğana, oradan Orta Asiya və Qazaxıstan xətti ilə yenidən Bakıya və İstanbula uzanan, əsrlərin yaddaşını daşıyan tarixi yolçuluğu.

İstinad: Ölkə.az (Video-sorğu materialları əsasında) Əlavə məlumat toplayaraq təqdim etdi: Zefertv.az

����������� 0 ���������: İncəsənət / Maraqlı ������� : ������

Seymur Nəsirov Qahirə Universitetində Azərbaycan dilini tədris edir

����: 15-02-2026, 21:32
Misirin nüfuzlu Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də uğurla davam etdirilir. Artıq 10 ildir ki, bu ali təhsil ocağının Şərq dilləri bölməsində ana dilimiz tədris olunur.
  Dərslər Misirdəki Azərbaycan diasporunun və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tərəfindən keçirilir. S.Nəsirov bildirib ki, bu müddət ərzində ümumilikdə 1700 tələbə Azərbaycan dilinə yiyələnib. Onların arasında dilimiz üzrə magistratura pilləsində təhsilini davam etdirənlər, hətta məqalələri Azərbaycan dilindən ərəb dilinə peşəkar səviyyədə tərcümə edən gənclər də var.
 Tədris prosesində yalnız dil qaydaları deyil, həm də:
Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri;
İki ölkə arasındakı tarixi və müasir əlaqələr;
Azərbaycan həqiqətləri barədə geniş məlumatlar verilir.

 Seymur Nəsirov qeyd edib ki, dilimizə olan böyük marağı nəzərə alaraq, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində əlavə kurslar təşkil olunacaq.
  Hazırda diaspor mərkəzində dünyanın 59 ölkəsindən 650-dən çox tələbə ödənişsiz əsaslarla müxtəlif fənləri, o cümlədən Azərbaycan dilini öyrənir. Bu mərkəz Misirin müxtəlif universitetlərində təhsil alan əcnəbi gənclər üçün mühüm elm və mədəniyyət ocağına çevrilib.
 Qeyd edək ki, Seymur Nəsirov 30 ilə yaxındır ki, Misirdə Azərbaycanın təbliği, diaspor quruculuğu və ölkələrimiz arasında elmi-ədəbi əlaqələrin möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılmasında mühüm rol oynayır.

Zefertv.az Muhamməd Osmanlı
����������� 0 ���������: --- ������� : ������

Çəmənli kəndinin fədakar nümayəndəsi

����: 15-02-2026, 10:15
  Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər  ruhda yetişməsində ən vacib amillərdən biridir.Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır. 
 Vətəni sevən,dövlətini,dövlətçiliyini sevən insanlardan biri də Beyləqan rayonu Çəmənli kəndinin icra nümayəndəsi Bəbişova Məftunə Həsənağa qızıdır.
Beyləqan rayonunun Çəmənli kəndində görülən abadlıq və quruculuq işləri bu gün hər kəs tərəfindən rəğbətlə qarşılanır..Bu uğurların arxasında isə zəhmətkeş və məsuliyyətli icra nümayəndəsi Məftunə xanım dayanır.O fəaliyyəti ilə yalnız bu günkü kənd həyatına deyil,gələcək nəsillərə də yol nümunə olacaq bir yol göstərir.
 Məftunə xanımın rəhbərliyi ilə kənddə yolların təmiri,ətraf mühitin abadlaşdırılması, yaşıllaşdırma aksiyaları və sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində atılmışdır.Kənd sakinlərinin rahatlığı və rifahı onun üçün hər zaman prioritet olmuşdur.O,problemləri yerində dinləyir,həlli üçün operativ və məqsədyönlü tədbirlər görür.
Xüsusilə şəhid ailələrinə,qazilərə göstərilən diqqət və qayğı Məftunə xanımın fəaliyyətində xüsusi yer tutur.O,onların sosial problemlərinin həllinə dəstək olur,mənəvi dayaq göstərir və daima yanlarında olduğunu numayiş etdirir.Bu həssas yanaşma kənd sakinləri tərəfindən yüksək qiymətləndirilir və böyük hörmətlə qarşılanır.
Şəhid Həmid Həmidlinin anası Könül xanım Məftunə xanımın onlara,şəhid övladlarına, qazilərə necə hörmət və ehtiramla yanaşdığını bildirdi.
Məftunə xanımın fəaliyyəti bir daha sübut edir ki,güclü rəhbərlik yalnız inzibati idarəçiliklə deyil,həm də insanlara sevgi,diqqət və məsuliyyət hissi ilə ölçülür.Onun zəhməti nəticəsində Çəmənli kəndi gündən- günə inkişaf edir  və daha da firavan məkana çevrilir.
Gələcək işlərində Məftunə xanıma uğurlar diləyirik.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü

Zefertv.az 
����������� 0 ���������: --- ������� : ������