Reklam
Reklam
Xəbər lenti
15-03-2026, 22:14

16-02-2026, 16:28

15-02-2026, 23:37

10-01-2026, 15:18

19-12-2025, 10:34

30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

Ən çox oxunanlar
Reklam
Reklam

İqtisadiyyat və Humanitar Kollecində təhsilə verilən böyük önəm

����: 15-03-2026, 22:14
 Təhsil hər bir cəmiyyətin inkişafının əsas sütunlarından biridir. Bu inkişafın təmin olunmasında isə təhsil müəssisələrinin rəhbərlərinin və müəllim kollektivinin rolu danılmazdır. Məhz belə nümunəvi təhsil ocaqlarından biri də İqtisadiyyat və Humanitar Kollecidir. Bu kollecdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin hərtərəfli inkişafı və sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
 Hicran Əyyubova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.
 Gülnar Kərimova bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetində tamamlayıb. ADPU-nun Şəki filialında tütor, dekan müavini, müəllim, insan resursları və ümumi şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Dövlət İmtahan Mərkəzinin nəzarətçisi, “İnklüziv təhsil” layihəsinin ekspert təlimçisi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti və “Human Resources Management” üzrə beynəlxalq sertifikatlı mütəxəssisdir.
 Firuzə Fərmanlı bakalavr və magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi fəaliyyət göstərib. O, təhsildə innovasiya və pedaqoji inkişaf mövzularında təşkil olunan bir çox ixtisasartırma proqramlarında iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Rəsmi xəbər portalı 
Aynur Aydınqızı
����������� 0 ���������: Xəbər ������� : ������

BAYRAM TƏDBİRLƏRİ

����: 15-03-2026, 14:24
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri üçün xüsusi bir tədbir təşkil olundu. Tədbir şəhid Etibar Qafarovun həyat yoldaşının təşəbbüsü ilə baş tutdu və bu mənalı gün şəhid anaları və xanımları üçün həm diqqət, həm də ehtiram nümunəsinə çevrildi.
Tədbirin aparıcısı AYB və AJB-nin üzvü Raziyə Kamilqızı tədbir iştirakçılarını səmimi sözlərlə salamladı. O, çıxışında qeyd etdi ki, Vətən uğrunda canından keçən igidlərimizin ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Tədbir ilk öncə şəhidlərin əziz xatirəsinin ehtiramla yad olunması ilə başladı. Şəhidlərin ruhuna dualar oxundu. Daha sonra 8 Mart münasibətilə şəhid anaları və xanımlar ünvanına səmimi təbriklər səsləndirildi.
Tədbirdə BAKU STEEL COMPANY şirkətinin rəhbərliyi tərəfindən 35 şəhid ailəsinə gül dəstələri və bayram hədiyyələri təqdim olundu. Bu nəcib addım tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıqla qarşılandı.
Tədbirin təşkilatçısı Mətanət xanım çıxış edərək BAKU STEEL COMPANY şirkətinin rəhbəri Kamal İbrahimov başda olmaqla bütün kollektivə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, şəhid ailələrinə göstərilən belə diqqət onların qəlbində böyük təsəlli yaradır və şəhidlərin xatirəsinin daim yaşadığını göstərir.
Sonda tədbir iştirakçıları bir daha vurğuladılar ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Dəniz Rüzgar
����������� 0 ���������: --- ������� : ������

“Xoş gəldin, Ramazan” Şəhid Analarına həsr olunmuş mənalı tədbir

����: 15-03-2026, 14:18
14 mart 2026-cı il tarixində vətənpərvər insan Kifayət Bayramova tərəfindən şəhid anaları üçün xüsusi əhəmiyyət daşıyan “Xoş gəldin, Ramazan” adlı tədbir təşkil olundu. Müqəddəs Ramazan ayının gəlişi münasibətilə keçirilən bu tədbir həm şəhid ailələrinə ehtiramın ifadəsi, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından böyük məna daşıyırdı.
Tədbirdə şəhid anaları, qazilər və vətənpərvər insanlar iştirak edirdilər. Səmimi və duyğulu mühitdə keçirilən görüşün əsas məqsədi müqəddəs Ramazan ayı ərəfəsində şəhid ailələrinə mənəvi dəstək olmaq, onların yanında olunduğunu bir daha göstərmək idi.Tədbir Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad olunması ilə başladı. İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Daha sonra onların müqəddəs ruhlarına dualar oxundu,ehsanlar . Bu anlar tədbir iştirakçılarında həm qürur, həm də kövrək duyğular yaratdı.
Çıxış edənlər şəhid analarının göstərdiyi səbrdən və mərdlikdən danışaraq onların xalqımız üçün böyük mənəvi dayaq olduqlarını qeyd etdilər. Bildirildi ki, şəhid anaları Vətənə qəhrəman oğullar bəxş etmiş müqəddəs analardır və onların qarşısında hər zaman baş əyilir.Tədbirin təşkilatçısı Kifayət Bayramova çıxışında Ramazan ayının mərhəmət, paylaşmaq və birlik ayı olduğunu vurğuladı. O qeyd etdi ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər bir vətənpərvər insanın borcudur. O, tədbirə qatılan şəhid analarına minnətdarlığını bildirərək onların qarşısında böyük hörmət hissi keçirdiyini ifadə etdi.
Tədbir zamanı şəhidlərin qəhrəmanlıqlarından danışıldı, onların xatirələri yad edildi. Analərin dilindən səslənən xatirələr tədbir iştirakçılarını kövrəltdi və hər kəsə bir daha xatırlatdı ki, bu torpağın azadlığı böyük qəhrəmanlıq və fədakarlıq hesabına qazanılıb.
Tədbirin sonunda Kifayət Bayramova tərəfindən gələn qonaqlara və şəhid analarına Ramazan bayramı münasibətilə hədiyyələr təqdim olundu. Bu hədiyyələr tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıq və sevgi ilə qarşılandı.“Xoş gəldin, Ramazan” adlı bu tədbir şəhid ailələrinə göstərilən diqqət və ehtiramın gözəl nümunəsi oldu. Belə tədbirlər xalqımızın şəhidlərə və onların ailələrinə olan sonsuz hörmətinin ifadəsi kimi hər zaman böyük dəyər daşıyır.
Raziyə KamilqızıAYB və AJB- nin üzvü
����������� 0 ���������: --- ������� : ������