VƏTƏN SAĞ OLSUN...

O, vətən ki,o torpaq ki,uğurunda ölməyən qalmadı.Vətən sənə canım fəda deyərək,ailəsini deyil,millətini,xalqını,torpağını seçdi o igidlər.Bu igidlərdən biridə, Sumqayıt şəhərinin igid şəhidi Rəhimli Murad İlqar oğludur.
Rəhimli Murad İlqar oğlu,31.10.1991-ci ildə Sumqayıt şəhərində anadan olub.Ailəsindən aldığımız məlumatlara görə,igid şəhidimiz çox savadlı olub.Hətta millət vəkili olaraq namizəd belə seçilmişdi.Azərbaycan Respubilkasının İqtisadi inkişaf Nazirliyinin, Qida təhlükəsizliyində işə belə qəbul olunmuşdur.Amma vətən sevgisi o qədər güclü idiki o, Cənab generalımız Polad Paşanın şəhidliyə ucaldığı gündən sonra,onun qisasını alacağını deyərək könüllü olaraq 01.10.2020 tarixində döyüşə yollandı.06.10.2020 tarixində Tərtər,Suqovuşan, istiqamətində gedən döyüşlərdə,şəhadətin ən uca zirvəsinə,ən ali məqamına şəhidliyə ucaldı..Ailəlidir xalqımıza iki oğul övladı əmanətdir..Bu gün 14.09.2021 tarixi.Şəhidimizin bizlərə yadigar qoyub getdiyi oğlu,balaca Hüseynin DOĞUM GÜNÜDÜR.Gələcəyin igid əsgəri,sənə atanın adına laiq bir övlad olmağını,onun xatirəsini böyüdükcə daima yaşadmağını arzu edirik.Zəfərtv.az rəsmi saytının kollektivi adından, şəhidimizin ailəsinə dərin ehtiramla baş sağlığı veririk...Allah rəhmət etsin...Bizlər daima sizinləyik..."QARABAĞ AZƏRBAYCANDIR"


