Reklam
Reklam
Xəbər lenti
10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

26-12-2023, 18:17

Ən çox oxunanlar
Reklam
Reklam

Gözəllik "Canana"-da! (Canana Legend)

����: 14-09-2021, 23:44
"Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirildi.
 Əməkdaşlarımız oradan tamam fərqli bir sahə - Gözəllik , Moda ilə bağlı müsahibəyə yollandı.Bu dəfəki qonaqımız ünvanın "28 May"-a yaxın dəyişən "Canana Legend" gözəllik Salonu oldu.

Salona geyri adi rəng qatan bir neçə sənətkarı xüsusi Geyd etmək istərdik: Gözəlliyə Gözəllik qatan Cəmilə xanım - möhtəşəm Makiyajı hər zaman xanımları ən doğru ünvana gətirir.Aybəniz x. öz geyri adi üslubu ilə hər zaman xoşbəxtlik bəxş edir,Şəbnəm xanım isə həm saç düzümləri həm koloristikasıyla incə zövqlü yaradıcı dəsti xəttiylə müştəriləri sevindirir və sevdirir. 

  Bu tərz maraqlı sahibkarlar ilə çalışan Menecer bildirdiki "Canana Legend"-in çox geniş,rəngli biznes planı olsada bu kommersiya sirri kimi saxlanılır , lakin bir yeni məlumat verə bilərik ki Oktyabrın 5i İstanbul şəhərində Filialın açılışı üçün ilkin atdimlar Atılacaq.İstanbul  Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir.Əhalisinə görə Avropada birinci,İqtisadi böyüklüyünə görə dünyada 34-cü, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.Məksədimiz aparıcı ölkələrdə fəaliyyətdə olmaqdır. 
 Menecer Geyd etdiki:"Sahibkarların gonşu ölkələr ilə əməkdaşlıq etmələri Turizmin inkişafına,iqtisadiyyatın güclənməsinə həmdə sahibkarların öz imkanların genişlənməsinə şərait yaradacaqdır.Virus və müxtəlif maneələr hər zaman var,lakin garşımızı heç bir qüvvə ala bilməyəcək!" 
Beləliklə dünyamızın günü gündən gözəlləşmək diləyi ilə sizlərə gələcək dünya Brendin ilk addımların təqdim etdik .
����������� 0 ���������: Maraqlı ������� : ������

Muğamı dünyaya tanıdacam- Murad Laçın

����: 14-09-2021, 11:37
"Azərbaycan muğamını dünyada tanıtmaq istəyirəm"
GƏNC XANƏNDƏ, "MUĞAM FESTİVALI-2019"UN QALİBİ MURAD LAÇINLI İLƏ MÜSAHİBƏ

Muğamlarımız, xalq və bəstəkar mahnılarımızın məharətli ifaçısı, gənc xanəndə Murad Laçınlını ilk dəfə təxminən iyirmi il öncə muğam festivalındakı ifasından tanımışam. O vaxt onun hələ 9-10 yaşı ola, ya olmaya idi. Üstündən illər keçəndən sonra Muradın "Muğam Festivalı-2019"dakı iştirakının şahidi oldum. Bu, artıq gənc Murad idi. Bir müddət sonra onunla birlikdə "Məclisi-üns" televiziya proqramında olduq...

Amma Muradı bəstəkar Şahid Əbdülkərimovun "Şirin yuxun olaydım" mahnısının heyrətamiz dərəcədə təsirli, ürəyəyatan, adamın ürəyinin sarı siminə toxunan ifasından kəşf elədim. Axı, hər adamın başqasını kəşf etdiyi nəsə bir an, hadisə olur. "Şirin yuxun olaydım" mənim Muradı "görməyimdə" belə bir məqam oldu. Başa düşdüm ki, buna qədər onu sadəcə dinləmiş, sadəcə ona baxmışam və baxmaq hələ görmək deyil.

Uşaqlıqda unudulmaz müğənni Rövşən Behcətin ifasında sevdiyim bu mahnını üstündən 40 il keçəndən sonra bir gəncin meydana çıxıb bu cür ifa edəcəyinə heç vaxt inanmazdım. Zilə qalxmalar, bəmə enmələr, boğazdakı qaynatmalar, hamısı da öz ölçüsü, əndazəsində, bəstəyə zərrə qədər də xələl gətirmədən, ən başlıcası, ifaya ürək qoyaraq... Mən hələ indiyə qədər bu qədər ismətli səs görməmişdim. Muradın özünəməxsusluğu ondadır ki, mahnıya kənardan yox, içəridən yanaşır. Biri var ki, divara lepka vurasan, bir də var ki, daşı oyub naxışlayasan. Qərb mədəniyyəti birinci, Şərq ikinci yolla gedib. Gənc ifaçı səsi içəridən naxışlayır və bu, təbiidir. O, Şərq, Azərbaycan xanəndəsidir və onun ifasındakı milliliyin arxitekturasında, məncə, məhz bu amil durur. Hələ gənc xanəndəni müşayiət edən pianoçu xanım... Bütün ruhu, qəlbiylə mahnıya köklənib ifa edir, hər notu sözün həqiqi mənasında yaşayır. Lirik bəstə, ürəkdən gələn ifa və virtuoz müşayiət... Nəticədə bu balaca şedevr alınır. Yazmaqdan, oxumaqdan yorulanda bu mahnını dinləyirəm, bütün yorğunluğum çıxır. İndi mənim hər mahnısını gözlədiyim müğənnim var - Murad Laçınlı.

Bu gəncin ifasını siz də görün. Ola bilməz ki, onun səsində gələcəyin virtuoz sənətkarının addım səslərini eşitməyəsiniz. Onu sevək, təbliğ edək, zirvələrə ruhlandıraq. Çünki bu laçın(lı) oğlan cismən anadan, ruhən isə xalqımızın xoşbəxtlik arzularından doğulub.

***

- Murad, vətənpərvərlik evdən, sənət ailədən başlayır. Ailənizdə sənət mühiti olubmu?

- Atamın və babamın çox gözəl səsi olub. Xüsusilə, atamın arzusu olub ki, xanənədəlik eləsin. Amma təəssüf ki, o vaxtlar muğam sənəti üçün indiki şərait yox idi. Buna görə də atam öz arzusunu gerçəkləşdirə bilməyib. Onun arzularını mən gerçəkləşdirməyə çalışıram. 

- Xanəndə olacağını nə vaxt başa düşdün və buna qərar verdin?

- Orta məktəbdə ikinci sinifdə oxuyurdum. Təsadüf nəticəsində sinif rəhbərim boş sinif otağında zümzümə etməyi eşitdi və məni direktor müavininin yanına apardı. Mənə mahnı oxutdurdular. Bəyəndilər. Valideynlərimə məsləhət gördülər ki, məni 6 saylı musiqi məktəbinə aparıb, xanənədlik dərslərinə yazdırsınlar. O vaxtdan görkəmli sənətkarımız, Xalq artisti Əlibaba Məmmədovdan dərs almağa başladım. 

- Sənətə gəlməkdə ilk öncə özünü kimə borclu bilirsən?

- İlk öncə mənə bu həvəsi verən Allaha, sonra valideynlərimə, sonra da müəllimlərimə borcluyam. Görəsən, valideynlərimin dəstəyi olmasaydı, mən indi bu sənətdə olardımmı? Atam günü bu gün də bütün problemlərimin həllində mənim yanımdadır.

- Hər işin ibtidası çətin olur. İlk dəfə səhnəyə çıxdığın gün yadındadırmı? 

- O günü yəqin ki, ömrüm boyu unutmayacam. 1999-cu ilin oktyabr ayı idi. 9 yaşımda ilk dəfə böyük səhnədə muğam festivalında çıxış etdim. Yadımdadır ki, boyum kiçik olduğuna görə, ayağım yerə çatmırdı, buna görə ayağımın altına qutu qoymuşdular ki, daha rahat ifa edə bilim. Mən o müsabiqədə "Qran Pri" mükafatına layiq görüldüm.

- Lap uşaq yaşlarından Heydər Əliyev, İlham Əliyev, Vladimir Putin kimi şəxsiyyətlərin qarşısında çıxışlar eləmisən. Bu şəxslər təkcə görkəmli dövlət xadimləri yox, həm də dərin intellektə, yüksək estetik zövqə malik duyğusal insanlardır. Onların qarşısında oxumaq necə hiss idi? Həyəcanlanırdın, yoxsa uşaq olduğun üçün kimlərin qarşısında oxuduğunun fərqində deyildin? 

- Mən çox xoşbəxtəm ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qarşısında çıxışlar eləmişəm. O vaxt uşaq olduğuma görə necə böyük məsuliyyətin altına girdiyimi, şübhəsiz ki, lazımınca anlamırdım. Bircə istəyim var idi - istəyirdim ki, öz ifamı qüsursuz, səhvə yol vermədən ifamı yekunlaşdırım.

- Mənim üçün ən maraqlı nüanslardan biri Putinin sənin ifanı necə böyük maraq və hətta sevgiylə dinləməsi idi. Ola bilsin ki, öz düşüncələrimdə çox irəli gedirəm, amma hər dəfə sənin məlum videona baxanda hətta mənə elə gəlir ki, Putin "Qarabağ yalnız belə istedadları olan xalqa məxsus ola bilər" deyə düşünür, Rusiyanın ermənipərəst siyasətinə görə heç kəsə etiraf etmədiyi daxili bir peşmançılıq duyur.

- Yadımdadır ki, konsertdən sonra dedilər ki, Putin məni axtarıb. Dediklərinizin nə dərəcədə həqiqət olduğu barədə isə bir söz deyə bilmərəm. Bu barədə danışmaq sizin kimi sənət biliciləri və tamaşaçıların haqqıdır. Amma istənilən halda bu, sizin tərəfinizdən sənətimə verilən yüksək qiymətdir və buna görə sağ olun.         

- Muğam sənətində Əlibaba Məmmədov, Qəzənfər Abbasov kimi görkəmli sənətkarların şagirdi olmusan. Bunlardan hansı sənin bir xanəndə kimi formalaşmağında daha böyük rol oynayıb?

- Hər iki ustadımın formalaşmağımda rolu çox böyükdür. Sağ olsunlar, üzərimdə əməkləri çox olub. Muğam sənətinin incəliklərinin öyrənilməsində ilk addımlarımı Əlibaba Məmmədovun sinfində atmışam. Bəxtim gətirib ki, muğam kimi mürəkkəb, çətin sənətin əlifbasını belə görkəmli sənətkardan öyrənmişəm. Hər işdə olduğu kimi, muğamda da əsas özüldür. Bu varsa, sonrakı problemləri həll edə bilirsən. Daha sonra Konservatoriyada təhsil alarkən əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olmuşam. Akademik təhsilimdə ustadımdan öyrəndiyim çox şey olub. Hər iki müəllimimə ömrümün sonuna qədər borcluyam.

- Amma arada bir müddət səhnədə görünmədin. Bu, nə ilə bağlı idi? 

- Bəli, bir müddət səhnədən uzaq qalmalı oldum. Oğlanlarda müəyyən yaşdan sonra səsin dəyişkənlik dövrü başlayır. Həmin dövrdə müəllimlərim oxumağı tövsiyə etmirdi. Daha sonra hərbi qulluqda oldum. Vətənə xidmət edib qayıtdıqdan sonra fəaliyyətimi davam etdirdim. Sizin dediyiniz fasilə bu illərdə olmuşdu. 

- Hansı hadisəni sənətdə ilk uğurun sayırsan? 

- İlk uğurum yəqin ki, Əlibaba Məmmədov kimi dahi sənətkarın tələbəsi olmaq idi. Biz ona "əmi" deyirik. Əmi məni kəşf etməsə, üzərimdə zərgər həssaslığı ilə işləməsəydi, mən indi, bəlkə də, bu sənətdə olmazdım. Amma ilk rəsmi uğurumu nəzərdə tutursunuzsa, bu 1999-cu ildə "Qran Pri" mükafatına layiq görülməyimdir.

- Muğam Festivalı 2019-un qaliblərindən birisən. Festival çoxmu çətin keçdi?

- Bütün festivalların öz çətinliyi var. Uşaq olanda insan məsuliyyəti çox da dərk eləmir. Amma böyüyəndən sonra ustadların önündə hər həftə yaxşı ifalar etmək böyük məsuliyyət tələb edir. Mən də çalışırdım ki, nə ustadlarımın, nə də məni sevən dinləyicilərimi məyus edim.

- Bu gün onlarla istedadlı gənc muğam ifaçısı var. Onlardan kimin ifasını daha çox bəyənirsən?

- Əvvəla, gənclərin muğama gəlməsinə görə Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bütün gənc ifaçılar adından minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanım başda olmaqla Heydər Əliyev Fondunun qayğısı sayəsində muğam sənətinə maraq gücləndi və istedadlı gənclər özlərini bu sahədə axtarmağa başladılar. Yaşıdlarımın bəziləri ilə bir səhnəni məmnuniyyətlə paylaşmışam, bəzilərini isə maraqla dinləyir, əksərinin ifalarını bəyənir, onların hər birinə uğurlar arzu edirəm.

- Özünün digər muğam ifaçılarından fərqini nədə görürsən?

- Mən həmişə öz ifamda yeniliklər etməyə çalışıram. İstəyirəm ki, təkrardan qaçım, dinləyiciləri bezdirməyim. Ona görə bir muğamı iki dəfə eyni cür oxumuram. Hər dəfə başqa cür alınır. Məncə, muğam sənətinin əsas özünəməxsusluğu elə bundadır. O, ifaçı üçün geniş improvizə imkanları yaradır.

- Hər xanəndənin öz sevimli muğamı olur. Məsələn, ustadın Əlibaba müəllimin sevimli muğamı "Hümayun"dur. Bəs sən necə, öz muğamını tapmısanmı?

- Əslində, mənim sevimli muğamım qeyri-ixtiyarı olaraq mənim sevimlimə çevirilib. Lap uşaqlıqdan "Bayatı-Şiraz" muğamı ifamda çox bəyənilirdi. Elə böyüyəndən sonra da bu rəğbət davam elədi. Hansı tədbirə, hansı məclisə dəvət alsam, məndən "Bayatı-Şiraz" muğamını ifa etməyimi istəyirlər.

- Səncə, niyə məhz "Bayatı-Şiraz"?

- Görünür, bu muğama məxsus lirizm, həzinlik mənim ifa tərzimə uyğun gəlir.

- Muğam ki, dedin, qəziyyə məlum, işi dəstgahdır...

- Dəstgah yazdırmaq bütün xanəndələrin ən böyük arzularındandır. Mənim də hədəflərim var. Yeni dəstgah yazdırmaq üçün hazırlıqlar görürəm. İnşallah, ən qısa zamanda bu arzumu da həyata keçirmək fikrindəyəm.

- Muğamla yanaşı, lirik mahnılara da meyl edirsən və yaxşı da alınır: "Şirin yuxu olaydım", "Biri sənsən, biri mən", "Belə qəmli dayanma", "Yandım, elə yandım"... Klassik lirika nümunələrini seçəndə nəyi əsas götürürsən? Məsələn, necə oldu ki, "Şirin yuxun olaydım" mahnısına müraciət elədin?

- Bizim çox gözəl klassik musiqilərimiz var. Mənim ifamda muğamla yanaşı, lirik mahnılar da bəyənilirdi. Buna görə bəzən lirikaya müraciət edirəm. "Şirin yuxu olaydım" mahnısını tez-tez dinləyirdim. Yaxınlarımın, sənət dostlarımın yanında bir-iki dəfə zümzümə etdikdə onlar bunu çox bəyəndilər. Mən də qərara aldım ki, studiyada mahnını yazdırıb, daha çox auditoriya ilə paylaşım.

- Səndən əvvəl bu mahnını Rövşən Behcət, İslam Rzayev kimi görkəmli sənətkarlar oxuyublar. Yaşıdlarının arasında da mahnının ifaçıları var. Sən bu ifanla mahnıya nəsə bir yenilik gətirə bilmisənmi?

- Mənə elə gəlir ki, hər hansı mahnı, xüsusən də klassik mahnılar hər bir ifaçının səsində yeni tərzdə səslənməlidir. Yoxsa o mahnıya müraciət etməyə dəyməz. Amma mən indi demək istəmirəm ki, öz ifamla bu mahnıya hansısa yeniliklər gətirmişəm. Bunu demək haqqı dinləyicilərindir.

- İstedad həmişə qısqanclıqla qarşılanır, xüsusən də ilk vaxtlarda. Heç bu hallarla rastlaşırsanmı? Əgər rastlaşırsansa buna reaksiyan necə olur?

- Mən həmişə sənət yoldaşlarımın, ustadlarımın tənqidlərini ciddiyə almışam. Özüm heç kimin uğurlarını qısqanmamışam deyə belə şeylərə əhəmiyyət verməmişəm. Bizim hər birimizin bir məqsədi var. Yaxşı ifaçı olmaq, xalq tərəfindən sevilmək və yaddaşlarda qalmaq.

- Dinləyicilərin və səlahiyyətli şəxslərin sənətinə verdiyi qiymətdən razısanmı?

- Əlbəttə, razıyam. Dediyim kimi, tənqidləri həmişə ciddi qəbul edib üzərimdə çalışmışam. Mən böyük ustadlardan dərs almışam. Hətta bəzi zamanlar onlarla bir səhnəni də bölüşmüşəm. Ustadlarımın uşaqlıqdan mənim gələcəyimlə bağlı böyük ümidləri var idi. Həmişə çalışmışam ki, onların ümidlərini doğruldum. 

- Artıq xeyli müddətdir ki, musiqi məktəbində müəllimlik edirsən. Şagirdlərin arasında gələcəyinə ümid bəslədiyin istedadlar varmı?

- Artıq 7 ildir ki, Georgi Şaroyev adına 11 illik musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğulam. İstedadlı gənclərimiz çoxdur. Mənim də tələblərim arasında gələcəyinə ümid bəslədiklərim var. Və bir müəllim ki, əlimdən gələni etməyə çalışıram ki, onlara doğru yol, doğru istiqamət göstərim.

- Bu yaxınlarda toyun oldu. Bu münasibətlə səni təbrik edir, xoşbəxt ailə həyatı arzulayıram. Amma sənət adamı əksərən sənətlə ailə arasında qalır, qısqanclıqlar, söz-söhbətlər olur. Belə hallarla qarşılaşırsanmı? 

- Təbriklərinizə görə təşəkkür edirəm. Həyat yoldaşım sənət aləmindən olan xanım deyil. Amma ilk tanışlığımızdan işlərimizdə bir-birimizə dəstək olmuşuq. Qısqanclıq üçün şərait yaratmadıqdan sonra belə söz-söhbətlər də baş vermir.

- Gələcəklə bağlı nə kimi arzuların, istəklərin var?

- Gələcəklə bağlı arzularım, istəklərim sonsuzdur. Bunlardan biri və ən vacibi Qarabağımızda dünyaya səs salan konsertlərdə çıxış etməkdir. Azərbaycan muğamını dünyada tanıtmaq istəyirəm. 


Söhbətləşən Əsəd CAHANGİR Aldıqı müsahibəni sizə təqdim etdi Zefertv.az Saytı (Məhəmməd Osmanov.)
Mənbə : xəbər portalı 525.az saytı .
����������� 0 ���������: --- ������� : ������

VƏTƏN SAĞ OLSUN...

����: 14-09-2021, 08:38

O, vətən ki,o torpaq ki,uğurunda ölməyən qalmadı.Vətən sənə canım fəda deyərək,ailəsini deyil,millətini,xalqını,torpağını seçdi o igidlər.Bu igidlərdən biridə, Sumqayıt şəhərinin igid şəhidi Rəhimli Murad İlqar oğludur.
Rəhimli Murad İlqar oğlu,31.10.1991-ci ildə Sumqayıt şəhərində anadan olub.Ailəsindən aldığımız məlumatlara görə,igid şəhidimiz çox savadlı olub.Hətta millət vəkili olaraq namizəd belə seçilmişdi.Azərbaycan Respubilkasının İqtisadi inkişaf Nazirliyinin, Qida təhlükəsizliyində işə belə qəbul olunmuşdur.Amma vətən sevgisi o qədər güclü idiki o, Cənab generalımız Polad Paşanın şəhidliyə ucaldığı gündən sonra,onun qisasını alacağını deyərək könüllü olaraq 01.10.2020 tarixində döyüşə yollandı.06.10.2020 tarixində Tərtər,Suqovuşan, istiqamətində gedən döyüşlərdə,şəhadətin ən uca zirvəsinə,ən ali məqamına şəhidliyə ucaldı..Ailəlidir xalqımıza iki oğul övladı əmanətdir..Bu gün 14.09.2021 tarixi.Şəhidimizin bizlərə yadigar qoyub getdiyi oğlu,balaca Hüseynin DOĞUM GÜNÜDÜR.Gələcəyin igid əsgəri,sənə atanın adına laiq bir övlad olmağını,onun xatirəsini böyüdükcə daima yaşadmağını  arzu edirik.Zəfərtv.az rəsmi saytının kollektivi adından,   şəhidimizin ailəsinə dərin ehtiramla baş sağlığı veririk...Allah rəhmət etsin...Bizlər daima sizinləyik..."QARABAĞ AZƏRBAYCANDIR"

Hörmətlə:Saytın rəhbəri Dəniz Rüzgar
����������� 0 ���������: --- ������� : ������

ƏL TUTMAQ, ƏMƏLİ SALEH İNSANLARIN İŞİDİR.

����: 14-09-2021, 00:45

Bir insanın,həqiqi zənginliyi onun bu dünyada, etdiyi yaxşılıqlardır.Dayanmadan 6 ilini fizki qüsurlu körpə uşaqlara,həsr edən insan.Bir neçə dövlət müəsissələrində onlar üçün xeyriyyə tədbirləri keçirən,gördüyü işin ona daima, rahatlıq verdiyini və ALLAH xatirinə etdiyini hər zamanda onlara dayaq olacağını deyir...Bu gün o dəyərli insanın, "XƏYAL XEYRİYYƏ CƏMİYYƏTİNİN"rəhbəri Xəyal Musayevin doğum günüdür..

Biz də Zəfərtv.az kollektivi adından,Xəyal bəyə sağlam ömür arzu edir,bundan sonra da görəcəyi bütün işlərdə uğurlar güc qüvvət arzu edirik...

Hörmətlə : Saytın rəhbəri Dəniz Rüzgar.
����������� 0 ���������: --- ������� : ������