Reklam
Reklam
Xəbər lenti
Bu gün, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

Ən çox oxunanlar
Reklam
Reklam

"Zalim" ilə ürəkləri fəth edən Anar..

����: 15-05-2022, 17:29
Anar "Zalim"ilə ürəkləri fəth etdi .
Mübarek Ramazan ayında enerji dolu olan sənətçilər arasında Anar gündəmə səs saldı, "Zalim"adlı yeni ərsəyə gələn mahnısı dillər əzbəri oldu . 
Videonu YouTube sehvəsində izləyə bilərsiniz 
 Geyd edəkki Anar Türkiyədə fəaliyyət göstərən gənc istedadlı müğənnidir , qısa zamanda izləyiciləri tərəfindən daha böyük sevgi və hörmət qazanmışdır.  

Zefertv.az Məhəmməd Osmanov 
����������� 0 ���������: Şou-biznes ������� : ������

Bakı Marafonu 2022”də start həyəcanı.

����: 15-05-2022, 14:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2022” keçirilib.
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”-də 15 minədək iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.  

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilir. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq.

21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir: Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edir. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start veriləcək. 3-cü start isə ümumi iştirakçılar üçün olacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçiriləcək. 

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
 
Zefertv.az Məhəmməd Osmanov
����������� 0 ���������: İdman ������� : ������

Ukrayna 66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi oldu.

����: 15-05-2022, 13:54
66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın “Kalush” qrupu olub.
Turin şəhərinin ev sahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirib.
Çıxışlar bitdikdən sonra səsvermə başlayıb. Səsvermənin nəticəsinə əsasən, “Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush” qrupu 631 xalla birinci olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 xal toplayaraq 16-cı yeri tutub.
Şüarı “Gözəlliyin Səsi”dir (“The Sound of Beauty”) olan “Eurovision 2022” Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilib.
Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 
 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib

Zefertv.az Məhəmməd Osmanov
����������� 0 ���������: Xəbər / Şou-biznes ������� : ������